Yasin | 12 Mart 2013 13:37
salam hekim men spermadan analiz vermisem. aktiv hereketler 60 faiz zeif hereketliler 35 faizdi 1 da aqreqasiya var. bilmek isteyirem ilk once aqreqasiya nedi. zeif hereketlileri o yaradir mence ne meslehet gorursunuz
Dr.Orxan Agabəyov | 14 Mart 2013 17:55
Salam Yasin. Aqreqasiya - spermotozoidlərin bir-birinə yapışmasıdır və hərəkətliliyi azaldan faktordu. Amma, məsləhətdi spermoqrammanı təkrarlamaq(fərqli klinikada), göstəricilər qeyri-real görünür. Uğurlar.
Fazil | 12 Mart 2013 12:09
salam doktor. menim problemim budurki men qadinla cinci elaqede bowala bilmirem. amma mastubraciya ile rahat mewgul ola bilirem.amma qadinlarla cinci elaqe zamani penis normal hazir veziyyete gelir amma bowalma alinmir. saglam oldugumu bilirem cunki tek bunu rahatligla bacariram.bu problem nededir sizce ve men nece mualice ala bilerem
? qabagcadan tewekkur.
Dr.Orxan Agabəyov | 14 Mart 2013 16:58
Salam Fazil. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Səbəbləri dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ramin | 12 Mart 2013 10:57
salam hekim.mende prostatda kicik kisteoridler var bunu mualice etmek olurmu?
Dr.Orxan Agabəyov | 14 Mart 2013 16:52
Salam Ramin. Ola bilər müalicə nəticəsində, aradan qalxsın. Amma iri kistaların yalnız cərrahi müalicəsi var. Uğurlar.
Namiq | 12 Mart 2013 09:55
Salam Doktor.Doktor men Nevroloji dermanlarin qebulu vaxti yoldawim hamile qaldi.Bunun betindeki uwaga ne kimi ziyani ola biler? Tewekkur.!
Dr.Orxan Agabəyov | 14 Mart 2013 16:54
Salam Namiq. Bu dərmanların, yalnız Sizin sağlamlığınıza təsiri ola bilər, uşağa təsiri yoxdur, narahat olmayın. Uğurlar.
huseyn | 12 Mart 2013 09:53
salam.menim erken bosalmam var.bu ne ile elaqelidir?burda infeksiya ile elaqeli mualice aldim.helede var idi.getdim irana dedilerki hec bir infeksiya filan yoxdu.ama mende yene erken boshalma var.neyleye bilerem ki bu qaydasina dushsun.cox sag olun
Dr.Orxan Agabəyov | 14 Mart 2013 07:58
Salam Huseyn. Cinsi yolla keçən infeksiyaların, birbaşa erkən boşalma probleminə aidiyyatı yoxdur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
fateh sultan | 12 Mart 2013 07:31
salam dr. size bir sualla muraciet etmey isteyirem. men ehtiraslananda ister telefonla daniwarken ister goruwerken goruwerken opuwmeyee bawlayanda bir sozle ehtiraslananda cinsiyyet orqanimda wire emele gelir ve axmaga bawlayir. adi vaxti bele bir wey olmur. bunun sebei ne ola biler? evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 14 Mart 2013 07:54
Salam Fateh. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Elgiz | 12 Mart 2013 06:51
Salam Həkim,mənim 21 yaşım var,heç cinsi əlaqədə olmamışam,yalnız mastrubasiya,ama həftədə 4-5 dəfə,məni narahat edən sual budurki,belə davam etməy gələcəydə mənə cinsi problemlər yarada bilərmi? birdəki əvvəlki istədiyim hisslərin olmamasına səbəb tez-tez olması olabilərmi? əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 14 Mart 2013 07:52
Salam Elgiz. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Potensiyanın zəifləməsinin, masturbasiyaya birbaşa aidiyyatı yoxdur. Uğurlar.
aqil | 11 Mart 2013 21:06
Həkim penisin böyüdülməsi mümkünmüdür?
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:25
Salam Aqil. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
mine | 11 Mart 2013 15:26
Salam hekim men cinsi elaqeden sonra ozum orqazm oluram ve gun erzinde de oluram bu hamile qalmaga mane olmaz ki tesekkurler
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:26
Salam Mine. Orqazma çatmağın, hamiləliyə heç bir aidiyyatı yoxdur, narahat olmayın. Uğurlar.
Turan | 11 Mart 2013 13:23
Salam Doktor men qanda hormonal analiz verdim ,Sizce normaldir ?beledir neticeler- Luteinlesdirici hormon 6.8, referans 1.7 -8.6
Follikulstumulasdirici 8.05 ,referans 1.5 -12.4
Ozel referans araliklari- luteal faza 1.7- 7.7
Umumi testestoron 3.95 , referans 2.8 -8
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:33
Salam Turan. Bütün göstəricilər, norma daxilindədi. Uğurlar.