mine | 13 Mart 2013 10:13
hekim masturbasiyayla da orqazm olsa hamile qalmaga mane olmur? tsk
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:24
Salam Mine. Fərqi yoxdur, orqazm cinsi əlaqə zamanı olur ya masturbasiya vaxtı, orqazma çatmaq - hamiləlik üçün heç bir əngəl yaratmır. Uğurlar.
Anar | 13 Mart 2013 07:35
Salam hekim ,evvelceden cox sag olun, mende cinsi elaqe zamani boshalma cox gec bash verir ,bilmek olar bu nedendi,
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:26
Salam Anar. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Uğurlar.
royal | 13 Mart 2013 06:39
salam hekim erken bosalmanin tebii yolla mualicesi mumkundur? (keci buynuzu kapsulu esitmisem duzdu?) sagolun
Dr.Orxan Agabəyov | 15 Mart 2013 19:44
Salam Royal. Erkən boşalmanın müalicəsində, təbii vasitələrdən istifadə olunmur. Müalicə, bu problemi törədən səbəblərdən asılıdır. Müalicədə, həm dərman prepaaratları həmdə davranış terapiyası istifadə olunur. Uğurlar.
cavid | 13 Mart 2013 06:17
salam doktor menim pensilimin ustunde sepkiler var herden pensilimin ustune prisik cixir goynedir sonra yox olur bunun qorxusu yoxdur .
Dr.Orxan Agabəyov | 15 Mart 2013 19:42
Salam Cavid. Bu situasiyada, herpes virusu inkar olunmalıdır, əgər herpes deyilsə, yalnız kosmetik cəhətdən narahatlıq yarada bilər. Uğurlar.
Elvin | 13 Mart 2013 05:18
salam doktor mende tez tez yatarken bowalma olur derman la mumkunmu?
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:20
Salam Elvin. Öz-özünə boşalmaların(pollusiyaların) olması, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasından xəbər verir. Əgər müntəzəm cinsi əlaqədə olursuzsa, amma bu hal Sizdən keçmirsə - onda müalicə təyin edilə bilər. Uğurlar.
Etibar | 12 Mart 2013 20:52
Sizin qebulunuza nece duwmek olar?
Dr.Orxan Agabəyov | 14 Mart 2013 08:01
Salam Etibar. Mən Nyu -med klinikasında qəbul edirəm, H. Əliyev küç. 29. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, qəbul vaxtının dəqiqləşdirək. Uğurlar.
rustem | 12 Mart 2013 19:14
Salam Hekim.men gunde 3 defe olmaq sertile her gun ozum ozumu bosaldiram.(masturbasiya).bu hansi xesteliye getirib cixara biler?bunu cox etmeyin ziyani var?varikosel olmaq mumkundu bunu etmekle?umumiyyetle ne xesteliyine getirib cixara biler?
Dr.Orxan Agabəyov | 14 Mart 2013 08:05
Salam Rustem. Varikoselenin, masturbasiyaya aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
ferhad | 12 Mart 2013 18:41
cinsi kanalda movcud infeksiyalari teyin etmek ucun esas hansi analizleri vermek lazimdir...evvelceden teshekkurler...
Dr.Orxan Agabəyov | 14 Mart 2013 08:07
Salam Ferhad. Çox şey şikayətlərdən asılıdı, yaxmanın mikroskopiyasıda verilə bilər, amma gizli gedən infeksiyaları(xlamidiya, ureaplazma və s.) PZR metodu ilə yoxlamaq lazımdır. Uğurlar.
xeyyam | 12 Mart 2013 17:36
cinsiyyet orqanini hansi tebii vasite veya dermanlarla boyutmek olar?
Dr.Orxan Agabəyov | 14 Mart 2013 08:10
Salam Xeyyam. Heç bir dərman preparatı və ya təbii vasitə, penisin ölçülərini artırmır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Turan | 12 Mart 2013 17:34
Salam Doktor menim sperma gostercimlerim beledir ovlaD DUNYAYA GETİRMEK OLAR,.Butun neyekulyatda sperma sayi 90 , referans 40-600,
a)aktiv ,duzxetli ireli 27,zeif ,duz ve ya duzxetli 25, c)yerinde aktiv rotasiyon 18, d)herektsiz 30.
degenerativ forma 30 .degenerativ 14 ,degenerativ bas 7,degenerativ boyun 5. degenativ quyruq 2.leykosit 4-5.epiteli 0-1. spermotegenez elemenleri 1.6 referans 0.5-2. mikroflar yox .gobelek yox. trixomonda yox .selik az miqdarda .Selikin denecikleri orta miqdarda.TESEKKURLER
Dr.Orxan Agabəyov | 14 Mart 2013 17:58
Salam Turan. Göstəricilər normaya uyğundur, narahat olmayın. Uğurlar.