ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
rewad | 2 Oktyabr 2014 18:40
salam orxan doktor necesiz ? doktor sualim beledir size seher duranda ereksiya veziyeti cox yaxsi olur bezen vaxdlardada cox yaxsi olur ama elaqe olmaq isdeyende pisxoloji kompleks yaranir ereksya barede duwunurem alinmaz deye onu nece aradan qaldira bilerem?
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 06:10
Salam Rewad. Cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 2 Oktyabr 2014 17:42
salam men 1 ay bundan qabaq sperma analizi vermisem cirk cixib cinsi elaqede hecvaxt olmamisam cox derman qebul edirem bundan ola biler ya masturbasyondan olar???? cinsi elaqede olmadan cirk gele bilermi
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:33
Salam Tural. Bu problemin səbəbi nə masturbasiyadır, nə də ki dərman preparatlarının qəbulu, çox güman ki cinsiyyət sistemində iltihabi proses var. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elgun | 2 Oktyabr 2014 15:32
SALAM HEKIM MENIM TEXMINI 1 HEFTEYE YAXINDIRKI SIDIK KANALINDA QAWINMALAR OLURDU 2 GUNDURKI QAWINMA YOXDU ANCAG SIDIK XARIC OLUNARKAN CINSI ORQANIN UC HISSESINDE AGRI OLUR BEZEN AZALIR BEZEN COXALIR XAIW EDIREM BUNUN NE ELAMETI OLDUGUNU DEYERDIZ COX SAGOLUN
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 06:10
Salam Elgun. Bu əlamət ya cinsi yolla keçən infeksiyanın və ya cinsiyyət sistemində iltihabi prosesin əlamətidir. Dəqiqləşdirmək üçün, birinci növbədə cinsi infeksiyaların olub-olmaması yoxlanmalıdır. Sonra düzgün müalicə taktikası seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Seva | 2 Oktyabr 2014 13:14
Salam həkim.Sualıma görə üzr istəyirəm.Mənim yoldaşım spermaqramma verib elədə ciddi problem yoxdur.Lakin varikosele bunun haqqında internetdən araşdırma elədim varikosele əlamətləri arasında belə bir variant var:-Seksual pozulmalar:ereksiyanın pozulması,vaxtından qabaq toxumaxıtma.Üzr istəyirəm əlaqədən öncə yoldaşımda penisin başı sualanır su kimi axır.Vaxtından qabaq toxumaxıtma budur yoxsa başqa şeydir?
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:33
Salam Seva. Varikosele - cinsi problemlər yaratmır, oxuduğunuz resursda sadəcə səhf məlumatlardı, varikosele yalnız spermanın keyfiyyətinə mənfi təsir edir. O ki qaldı, cinsi əlaqənin əvvəlində şirə ifrazına -  bu erkən boşalma deyil, bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Asim | 2 Oktyabr 2014 08:50
Salam doktor.Evvela size olan suallarimizi bu shekikde size catdirmaqimiz ucun yaratdiqiniz sheraite gore minnetdariq size.Uzr isteyirem cinsiyyet orqaninin olcusu 11 sm olan bir kishi ev sheraitinde olculerini artira bilermi.Hansi vasitelerden istifade etmeyini meslehet gorerdiniz?
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:33
Salam Asim. Necə ki, "ev şəraitində" burunun, gözlərin və s. orqanların formasını və ölçüsünü dəyişmək olmur, cinsi orqanın ölçülərini bu cür dəyişmək mümkün deyil. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı da təsir etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 1 Oktyabr 2014 21:40
Sizin yaniniza mualiceye gele bilerem??
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:33
Salam Orxan. Bəli, gələ bilərsiz - Qəbul vaxtını dəqiqləşdirmək üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, əvəllcədən mənimlə əlaqə saxlayın. Uğurlar.
Elnur | 1 Oktyabr 2014 10:03
Salam. Zehmet olmasa asagida linkde sekle baxa bilersiz? Normaldir dusunen de var. Kimisi asagidir deyir. Qeyd edilen dermanlar dogrudur mu? http://i57.tinypic.com/28 Tesekkur edirem.
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:33
Salam Elnur. Sprmoqrammanın ən əsas göstəricilərindən olan, spermotozoidlərin miqdarı - normadan azdır. Bu problemin səbəbi var və bu səbəb qidlanma pozuntusu, ekologiya və s. umumi səbəblər deyil. Səbəbləri dəqiqləşdirirb, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 1 Oktyabr 2014 09:11
salam dokdor men sizden aqir derecede xaiw edirem menim sualima cavab veresiniz men cinsel bowalmadan sonra cox aqrinam aqrilar olur boyunda bawda dizlerde xayada penisde arxamda he medemde encox medemde aqrilar olur qastirit bawlayir urek bilama baw gicelenme he halsizliq olur bu nedir cox analizderide cixmiwam tekce pirostamim var
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:32
Salam Samir. Belə hallar orqanizmdə başqa xəstəliyin(cinsi xəstəlik deyil, ümumi) olmasından xəbər verə bilər və ya POİS - tam səbəbi məlum olmayan, "orqazmdan sonra xəstələnmə sindromu"nun əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramal | 1 Oktyabr 2014 08:31
salam hekim ereksiya pzuntusu zamani qalxanabenzer vezini yoxlatdirmaq meslehetdir??????birde geder hepatit c askar olunur bu ereksiyaya menfi tesir ede biler?????
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:32
Salam Ramal. Hepatit C xəstəliyinin, cinsi zəiflik probleminə aidiyyatı yoxdur, qalxanabənzər vəzinin xəstəlikləri nadir hallarda ereksiyaya təsir edə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nazim | 1 Oktyabr 2014 08:08
Salam doktor. məni düz başa düşmədiz. mən dərmansız müalicəni nəzərdə tutmuram. bilmək istəyirəm ki, belə hallarda dərmanları nə qədər qəbul etmək lazımdır ki, ona ehtiyac qaımasın? onda belə çıxır ki, mən ömrümün sonuna qədər cinsi fəaliyyətim üçün dərman qəbul etməliyəm? məndə son vaxtlara qədər belə problem olmayıb. təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 3 Oktyabr 2014 05:32
Salam Nazim. Əgər səbəblər məlumdursa, müalicə müddəti məhdud olur - maksimum 2-3 ay. Amma səbəblər araşdırılmayıbsa, aydındır ki dərman preparatlarının qəbulu uzunmüddətli ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.