Ruslan | 14 Mart 2013 05:24
Salam Orxan hekim size sualim bilmek isterdim prostad mualicesi haqqinda melumat en effektli mualice formasi nedir ? 2 sualim cinsiyeet orqani penis sertlesdirmek ucun derman qebul etmek duzgunmudur ve cinsi aktif olmaq ucun ne etmeli?
Dr.Orxan Agabəyov | 16 Mart 2013 19:03
Salam Ruslan. 1. Saytda prostatit və potensiyanın gücləndirilməsi haqqında məqalələr var, oradan oxuya bilərsiz. 2. Bu tip dərmanlar, psixoloji asıllıq yarada bilər. Uğurlar.
Natiq | 13 Mart 2013 21:18
Salam hekim.Men bilmek isterdim normal halda neçə gündənbir cinsi əlaqədə olmaq olar?Mən demək olar ki,hər gün,təsadüfi hallarda 2-3 gün fasilə ilə oluram.36-yaşım var.Əvvəllər isə hər gün həmdə bir dəfə yox,fasilə olmadan 2 dəfə,fasilə ilə 4-5 dəfə olurdum.Bilmək istərdim bu xəstəlikdir ya hiperseksualliqdır.Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 15 Mart 2013 09:00
Salam Natiq. Hər bir kişidə individual seksual temperament var, ona görədə Sizdə olan hal, heç bir xəstəliyin əlaməti deyil, sadəcə güclü potensiyadan xəbər verir. Uğurlar.
elnur | 13 Mart 2013 20:57
salam hekim,mende siydikde nese problem varee,ayaq uste işəyəndə nese gec gelir siydik,oturanda rahat işeyirem,birdeki seher qalxanda işemek istiyende gec gelir umumiyetle,cavaba gore onceden tesekkurler....
Dr.Orxan Agabəyov | 16 Mart 2013 12:26
Salam Elnur. Bu problemin səbəbləri həm sidik kisəsində iltihab(sistit) həmdə prostat vəzinin iltihabı(prostatit) ola bilər. Dəqiqləşdirmək üçün, USM-dən keçmək və sidiyin ümümi analizini vermək, məsləhətdir. Uğurlar.
Nicat | 13 Mart 2013 20:11
Salam Orxan hekim,
Size qisa sualim olacaq, cinsi elaqeni uzatmaq meqsedile aerozolundan istifadenin sonradan agir side effectleri olmaz?texminen ayda 1-2 defe istifade edirem, ama bezi tanishlar deyir ki, bu sonradan sinirleri tamamile mehv ede biler ve umumiyyetle ereksiya yaranmaz?...mumkunse cavablandirardiz, evvelceden teshekkurler...
Dr.Orxan Agabəyov | 15 Mart 2013 09:04
Salam Nicat. Xeyr, bu spreylərin o qədərdə ziyanı yoxdur, amma müvəqqəti effekt verir, birdəfəlik bu problemi həll etmə üçün isə müalicə lazımdır. Uğurlar.
Ceyhun | 13 Mart 2013 17:35
Hekim salam. evvela bilmek isterdim ki, qrip zamani spermoqramma testi verdikde bu, cavaba nece tesir gosterir? bildiyim qeder menfi tesiri var. ama deqiq hansi gostericide ozunu gosterirse onu bilmek isterdim. ikindisi zehmet olmasa bu spermoqrammaya baxaib bir soz deyerdiniz. Eyakulyatin hecmi - 3.5, Konsistensiyasi - 1.0, Spermotozoidlerin 1 ml.de miqdari - 45, Eyakulyatda spematazoidlerin umumi sayi - 157,5, Ireli hereketliler 20, reqsi hereketliler 44, Hereketsiz 36, Hereketli spermotozoidlerin sayi 64, Morfoloji normal 49, canli spermatazoidler 77, Spemaqqlutinasiya , Epitel huceyralari az, lesitin otrta, mikroflora . hansi xestelik var bu gostericilerde? Evvelceden minnetdaram.
Dr.Orxan Agabəyov | 15 Mart 2013 09:09
Salam Ceyhun. Qripp və ya soyuqdəymə, spermoqrammanın göstəricilərinə mənfi təsir edir, əsasən keyfiyyətə. Sizdə irəli hərəkətlilər, normadan azdır, Sizdə - 20 % -di, norma isə - 32%, qalan göstəricilər, demək olar ki, normaya uyğundur. Uğurlar.
Yehya | 13 Mart 2013 17:13
salam hekim. seher mastrubasiyadan sonra ayaq arasindan xayalara geden yerde cox kicik aqri oldu. bu hemise olmur cox nadir hallarda olub belke ilde 2 defe cemi. amma cinsi elaqeden sonra hecvaxt olmuyub bele sey..ancaq mastrubasiyadan sonra bu gun erzinde cox kiciy aqri oldu bugun.. bunun sebebi nedi? xahis eliyirem cavab vererduz 20 yasim var. hekim men bundan yarim saat qabaq size sual yazdim orda bir seyi unudmusam yazmaqi diyesen. men bugun dediyim aqri ARXA Terefden oldu ele bil xayalardan 2-3 sm yuxardan xayalaracan olan yolda.
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:41
Salam Yehya. Bu ağrının səbəbi həm prostat vəzinin iltihabı(prostatit) ilə bağlı ola bilər. Dəqiqləşdirmək üçün, prostat vəzinin USM-indən keçmək, məsləhətdi. Uğurlar.
Shamil | 13 Mart 2013 15:43
Salam Orxan m. Fiziki naqruzkalar barede sorushmaq isterdim.Men choxdandi meshgul oluram.Oyrenmek isterdim agirliqlarnan meshgul olmagin penisin kichilmesine tesiri ola biler?Xryashlar yigishir meshqden sora.Eger varsada Djelkinq filan oz formasinda saxlaya biler?Qabaqcadan teshekkurler size ve ugurlar!!
Dr.Orxan Agabəyov | 15 Mart 2013 09:20
Salam Shamil. İdmanın heç bir növü ilə məşğul olma, penisin ölçülərinə təsir etmir. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Sadiq | 13 Mart 2013 13:52
Salam evvelceden cavablandirdiginiza gore minnetdaram.Size sualim ondan ibaretdir ki, menim penisimin xayasinin adi halda sag terefi daha uzundur.Amma ereksiya zamani ikiside eyni olcude olur.Sizce bu nedendir?
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:33
Salam Sadiq. Bu suala dəqiq cavab vermək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
ramil | 13 Mart 2013 11:07
Salam. Sualım bundan ibarətdir ki, mən əskərlikdə olan vaxtı bir dəfə mart ayında (ilk dəfə onda olmuşdu) böyük bayıra çıxarkən qeyri iradi olaraq sperma axdı. O gündən ta bu günə qədər (mənə elə gəlir ən çox havalrın soyuq olan vaxtı ya da ayağım üşüyən günlərdə. amma yenə də deyirəm bu mənə elə gəlir) mən böyük bayıra gedəndə məndən qeyri iradi olaraq sperma axır.yəni ki, istər istəməz gücənirsən və bu prosses bu zaman baş verir. Xahiş edirəm mənə bu hadisənin nədən və hansı səbəbdən baş verdiyini izah edəsiniz. Bu prossesin cinsi həyata bir təsiri varmı və ya ola bilərmi? Bunu aradn qaldırmaq üçün nə etməliyəm, hansı pereparatdan istifadə edilməlidi? Əgər bu qeyd elədiyim məsələ cidii bir pozğunluqdursa Sizinlə əlaqə saxlamağım barədə bir qeyd yazın.
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:35
Salam Ramil. Sizdə çox güman ki, prostatitin(prostat vəzinin iltihabının) əlamətləri var. Bu hal durğunluq fonunda, yəni qeyri-müntəzəm cinsi həyat nəticəsində yaranır. Soyuq olanda, bu prosess kəskinləşir. Prostatit, kişi cinsi sağlamlığı üçün ciddi ziyan verir. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur | 13 Mart 2013 10:41
hekim salam men seksle mewqul olanda tez bowaliram... mene tablet adi yaza bilersiz zehmet olmasa..? en yaxwi geciktirici tablet hansidi ... indiden tewekkurler
Dr.Orxan Agabəyov | 15 Mart 2013 07:28
Salam Elnur. Erkən boşalmanın müalicəsi, bu problemi yaradan səbəblərdən asılıdır. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.