ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
tahir | 14 Mart 2013 15:22
Salam Hekim .Cox sadam ki bizde de bele bir sayt yaradilib islerinizde ugurlar arzu edirem .menim bele bir problemim var bilmirem bu sertlesme problemisayilir yoxsa nedi.Bezen olur sertlesme normal olur bezen olur ki hec istek olmur ,ozumu 40 yasli bir kisi kimi hiss edirem ,yasim 27 ozumde bir inamsizli yaranib neticede son 1 ilde cinsi heyatim yox derecesindedir .BU ne ile elaqedar ola biler ? mene nece komek ede bilersiniz? xatirladim ki son analizde testes hormonu norman cicib 1 ay once
Dr.Orxan Agabəyov | 16 Mart 2013 19:17
Salam Tahir. Sizdə potensiyanın zəifləməsi halları var. Bu problemin, müxtəlif səbəbləri var - həyat tərzi (oturaq həyat tərzi, daimi gərginli, stresslər), hormonal pozğunluq, prostatit və s. Eyni zamnda, Sizdə psixoloji faktorlarda qoşulub, yəni cinsi uğursuzluq gözləmə sindromu. Əgər hormonlar. qaydasındadısa, ola bilər səbəb, prostatitdir. Hər halda, ən əsas inamsızlığı aradan qaldırmaq lazımdır. Uğurlar.
Orxan | 14 Mart 2013 14:33
salam Hekim,demeli men cinsi elaqede(Anal) olan zaman 2ci defe qutarmada zeiflik hiss eledim,sora fikirlewdimki ola bilsin yagin hansisa xesteliye bulawmiwam,hekime getmiwem ama hekim deyibki sadece psixolojii hadisedir,ve xesteliye aid xususiyyetlerin hec biri mende yoxdur amaki maragsizlig ve oyanma hissi gec olur 4-5 gunder bir olur,buda meni subheye salirki goren nese varmi,birde hekim mene demisdiki biraz prostat vezin soyugluyub ama onlada bagli hec bir problemim yoxdur,xahis edirem sizden mene etrafli melumat veresiniz,meslehetiniz nedir zehmet olmasa deyerdiz....
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:55
Salam Orxan. Ola bilər, Sizdə hormonal pozğunluq var, hormonları yoxlamaq, məsləhətdir. Psixoloji faktorlarda bu problemin yaranmasında vacib rol oynayır. Hər halda, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Leyla | 14 Mart 2013 13:54
Добрый день, доктор. Скажите пожалуйста. а возможно при мастурбации потерять девственность? ( при этом полового контакта не было ни разу)
Dr.Orxan Agabəyov | 16 Mart 2013 19:34
Здраствуйте Leyla. Возможно, если палец или предмет, используемый для мастурбации, засунуть во влагалище, более 5 см. Удачи.
Vüqar | 14 Mart 2013 13:29
Salam Həkim. Məndə sidik kanalında daima sidiyə getmək hissi və qıcıqlanma vardır. Gün ərzində az miqdarda tez-tez sidiyə getsəm də kanalda qıcıqlanma halı keçmir. Qadınla bir saat ərzində 4 dəfə cinsi əlaqədə ola bilirəm lakin hər bir əlaqə 30 saniyə və ya 1 dəqiqə çəkir və erkən boşalma baş verir. Xahiş edirəm mənə məsləhət verəsiniz. Hörmətlə Vüqar.
Dr.Orxan Agabəyov | 16 Mart 2013 19:28
Salam Vüqar. Çox güman ki, Sizdə uretrit(sidik kanalının iltihabı) və sistit(sidik kisəsinin iltıhabı) var. Erkən boşalmanın isə səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Ugur | 14 Mart 2013 13:22
Salam doktor, sualim ondan ibaretdir ki men gece cinsi elaqede olanda cox ehtirasli oluram ama bir defe orqazm olduqdan sonra hardasa yeniden olmaq ucun mene 1 saat vaxt lazim olur bundan elave hemde her hansi bir qoruyucudan istifade etdikde orqazm ola bilmirem sanki hissiyatimi oldurur temiz neden ola biler hekim bu?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 15:19
Salam Ugur. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Prezervativ, ehtirasın gücünü azalda bilər, cinsi əlaqə zamanı, sürtünməni azaldır. Uğurlar.
ANONIM | 14 Mart 2013 12:55
SALAM DOKTOR ! XAHISH EDIREM SUALIMI CAVABLANDIRASIZ NORMAL PENISIN UZUNLUGU NE QEDER OLMALIDI?
Dr.Orxan Agabəyov | 16 Mart 2013 19:31
Salam Anonim. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
Vasif | 14 Mart 2013 11:08
Salam hekim her vaxtiniz xeyir. MEN spermadan analiz vermisem mumkunse oz fikrinizi bildirerdiniz. onceden tesekkurler. Sadece olaraq analiz verdiyim klinikada netice yazmirlar. ona gore casbas qalmisam Spermoqramma Eyakulyatın həcmi 2.0 ml Xarici görünüşü Bozumtul-ağ, Konsistensiyası 1.4 sm Cinsi pəhriz (günlərlə) 4 gün Durulaşma vaxtı 35 dəqiqə Spermatozoidlərin 1 ml- də miqdarı 152 mln. Eyakulyatda spermatozoidlərin ümumi sayı 304 mln. İrəli hərəkətlilər 64 % Rəqsi hərəkətlilər 25 % Hərəkətsiz 11 % Hərəkətli spermatozoidlər sayı 89 % Patoloji formalar 69 % Başcıq 51 Boyuncuq 14 Qarışıq 4 Yaşama qabiliyyəti 93 % Spermatogenez hüceyrələri 2 % Spermaqqlütinasiya Yoxdur Leykositlər 11.0 mln/ml Eritrositlər 0-1 g/s Epitel hücəyrələri az Lesitin orta Maya göbələyi Yoxdur Mikroflora
Dr.Orxan Agabəyov | 16 Mart 2013 12:43
Salam Vasif. Hədsiz yüksək(qeyri-real) rəqəmlər olduğundan, çox güman ki analizdə səhflər var. Fərqli klinikada yoxlamaq, məsləhətdir. Uğurlar.
XEYAL | 14 Mart 2013 10:24
HEKIM SALAM.Mende 1 aydi ki peyroni xesteliyi emele gelib.yeni cinsiyyet uzvunun uc hissesihde (kalofkada)sish emele gelib.lakin bu sish gozle gorunmur derinin altinda toxunduqda(elle) hiss olunur.Hekime getdim derman yazdi,qebul etdim sish bir az cekilib lakin evvelki kimi cinsi akt zamani cox siddetli axrilar olur. (ereksiya zamani)Sualim beledi bu sishi birdefelik cerrahi mudaxile ile araradan qaldirmaq olarmi?Xaish edirem mene komek edin.Evvelceden tessekur edirem ALLAH RAZI OLSUN
Dr.Orxan Agabəyov | 18 Mart 2013 05:58
Salam Xeyal. Bəli, əgər xəstəlik inkişaf edibsə, əməliyyat edilə bilər. Uğurlar.
kənan | 14 Mart 2013 08:50
cinsi üzvü qalınlalaşdırılması əməliyatını qiymƏtini yazIN.TEL NÖMRƏNİZİ VERƏ BİLƏRSİZ.SİZ BUƏMƏLİYYATI EDİRSİZ?
Dr.Orxan Agabəyov | 16 Mart 2013 12:29
Salam Kənan. Bu məsələlər, konsultasiya zamanı təyin edilir. Daha ətraflı 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zerife | 14 Mart 2013 08:30
Hekim bagihslayin yene narahat edirem. menim hamileliyimin 6-ci heftesidi. Qripe tutulmusham, halsizam. bunun hamileliye ne qeder ziyani var? bir de ki sagalmaq uchun bu veziyyetde neynemeliyem?
Dr.Orxan Agabəyov | 16 Mart 2013 19:00
Salam Zerife. Qripp, hamiləliyin gedişatına mane ola bilər. Ən yaxşısı. qinekoloqa müraciət edin. Uğurlar.