elnur | 15 Mart 2013 20:27
saıam hekim.siz hansi klinikada olursunuz.zehmet olmasa adresi yazardiniz.evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 17 Mart 2013 10:17
Salam Elnur. Mən Nyu Med klinikasında, işləyirəm. Ünvan: Həsən Əliyev küç. 29, TQDK-nın yanı. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ramil | 15 Mart 2013 20:13
Salam hekim.cinsi elaqede olandan sonra tekrar olmaga heves olmur bu ne ile elaqedardi zeyiflikmi?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 10:29
Salam Ramil. Sizdə potensiya zəifləyib, bunun müxtəlif səbəbləri var - orqanik(hormonal pozğunluq, prostatit və s.) və psixoloji(depressiya, stresslər, daimi gərginlik). Uğurlar.
Fuad | 15 Mart 2013 20:01
Salam adim fuad hekim menim 23 yaşim var subayam mende prostad vezi şişmesi var men ne vaxt tualete böyuk bayira ifrazata çixiramsa mende cinsiyet orqanimdan sperma gelir bu ne xestelikdi buna yoluxmagimin sebebi mumkundurse bilmek isteyirem ?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:56
Salam Fuad. Sizdə durğunluq prostatiti(konqestiv prostatit) var. Bu xəstəliyin yaranmasında, əsas rolu, qeyri-müntəzəm cinsi həyat, yəni böyük fasilələrlə olan cinsi əlaqələr, oynayır. Prostatit, fəsadları olan bir xəstəlikdir, ona görədə, müalicə kursu keçməyiniz, məsləhətdir. Uğurlar.
RESKA | 15 Mart 2013 19:05
SALAM HEKIM CINSI ELAQEYE COX ARA VERMEK HASNI PROBLEMLER YARADA BILER,BIRDE NORMAL BOSALMA NECE DEQIQE ERZINDE OLMALIDIR?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:23
Salam Reska. Ən əsas, durğunluq prostatiti(konqestiv prostatit) yarana bilər, erkən boşalma və s. cinsi problemlər yarana bilər. Normal cinsi əlaqənin müddəti, 7-8 dəqiqə təşkil edir. Uğurlar.
cavid | 15 Mart 2013 18:45
salam doktor men tez bosaliram ikincide gec bosaliram birinci 1 deqiqe 2 ise 10 deqe bunun ziyani var
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:32
Salam Cavid. Əgər birinci cinsi əlaqənin müddətinin az olması(erkən boşalma), Sizi narahat etmirsə, heç bir ziyanı yoxdur. Uğurlar.
ZAUR | 15 Mart 2013 18:29
SALAM HEKIM. HEKIM MEN QADIN YANINA GEDENDE, PENISIM DURMUR. AMMA ELE DE HEYACANLI OLMURAM KI,BU TESIR ETSIN. MENE ELE BIR DERMEN YAZA BILERSINIZ KI,MENDE AKTIVLIK YARANSIN? TEWEKKUR EDIREM.
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:02
Salam Zaur. Cinsi zəifliyin müxtəlif səbəbləri var- psixoloji və orqanik. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
aqsin | 15 Mart 2013 17:25
hekim hervaxtiniz xeyir man 3 ildi evliyam toy gecamizda olubdu 2 ildi cinsi havasim olubdu analiz vermek istemisam spermadan vera bilmadim basqa cur analiz neca vera bilaram
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:26
Salam Aqsin. Spermoqramma analizi, yalnız masturbasiya yolu ilə verilir. Əgər alınmırsa, cinsi gücü artıran müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Nazim | 15 Mart 2013 13:40
Salam doktor.evelceden minetdaram. Anadan gelme mende sag terfli xaya qarin boslugunda idi. 2007 ci ilde emeliyat olundum xaya kiseye yerlewdirildi. Amma cox balaca idi hekim dedi narahat olma boyuyer amma inkiwafi yoxdur. Hiss edirem cinssi oyaniw zeyifedir qadinla oldnda ya seksa baxanda ozum oydiram ve tez bosaliram cetilik penisin durmasindadir. Superma analizler hamisi normaldir. Bilmek isdiyirem mende ne proses gedir problem varmdir.??
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:18
Salam Nazim. Xayanın böyüməsi, yetkinlik yaşına çatmış kişilərdə, mümükün deyil. Çox güman ki, Sizdə hormonal pozğunluq yaranıb. Dəqiqləşdirmək üçün, müayinələrdən keçmək. məsləhətdir. Uğurlar.
ferid | 15 Mart 2013 11:50
salam hekim ,18 yasim var,texminen 10 gundur ki sol xayamda damar genislenmesi (diesen varikoseldir) var,sol xayamda biraz temperatur artib.usagliqda bir defe qrija olubmus,o da oz-ozune kecib getmisdi.bir de bir agir is gorende idmanla mesqul olanda sag xaya berk agriyir.indi men ne etmeliyem?bir de varikosel ile qrijanin ferqi nedir?son olaraq varikosel emeliyyati neceye basa gelir,varikosel ola bilerki hec bir problem toretmesin?xaish edirem etrafli cavablandirarsiz.qabaqcadan tesekkurler.
Dr.Orxan Agabəyov | 17 Mart 2013 14:14
Salam Ferid. Diaqnozu dəqiqləşdirmək üçün, birinci növbədə, Siz xayaların doppler müayinəsindən keçməlisininz. Varikosele, kişi sonsuzluğunun əsas yaranma səbəblərindən biridir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
samir | 15 Mart 2013 11:08
salam hekim. men her gun oz isdeyimle cinsi elaqede oluram amma 2 defeden artiq ola bilmirem bu normaldimi?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:50
Salam Samir. Bu tamamilə normaldı, naraht olmayın. Uğurlar.