ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ELCAN | 16 Mart 2013 16:43
salam hekim men cinsi elaqede olanda hansisa xanimla olanda cinsi zeyifliy olur tez bosaliram birde ele olurki qadinla gorusende neyniyirem ola bilmirem bilmirem heyecanandim yoxsa zeyiflikden xais edirem bu haqda yazasiniz
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:32
Salam Elcan. Həyacan və inamsızlıq, bu tip problemlərə gətirib çıxara bilər. Amma ola bilər, Sizdə orqanik səbəblərdə olsun, məsələn prostatit(prostat vəzinin iltihabı) və ya hormonal pozğunluq və s. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Sadiq | 16 Mart 2013 16:13
Salam hekim onceden oz minetdarligimi bildirirem Menim 29 yasim var 15-16 yasimnan mutamadi masturbasya ile mesgul olmusam indi evliyem mende gec bosalma ve cinsi orqanim zeiflik var men ne ede bilerem ne meslehet gorursuz
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:00
Salam Sadiq. Uzun müddətli masturbasiya, boşalmanın gecikməsinə gətirib çıxara bilər. O ki qaldı, cinsi zəifliyə, bu problemin müxtəlif orqanik səbəbləri ola bilər - hormonal pozğunluq, prostatit və s. Hər halda, müalicə kursu keçməyiniz, məsləhətdir. Uğurlar.
togrul303 | 16 Mart 2013 15:02
Doktor salam.size bir sualim var ama cox xaiw ediremki, mumkun qeder etrafli cavab veresiz.men cinsi elaqede olanda bowalana yaxin cixardirdim ve penisin ucundan sixirdim bowalana qeder saxliyirdim ve bu mende cox guclu hezz verirdi.daje ele olurduku nece tezyiqle gelirdise ucu agridirdi saxliya bilmirdim buraxib cole bowalirdim.indi bu hal 2-3 aydiki temiz olub.yani yene sixib saxliyiram hec bir tezyiq olmur nede hezz.bu meni cox narahat edir bu neden olar? Cox xaiw edirem mene etrafli cavab yazin.evelceden minnetdaram doktor
Dr.Orxan Agabəyov | 20 Mart 2013 08:17
Salam Togrul303. Çox güman ki, Sizdə prostat vəzinin iltihabı var(prostatit). Daha ətraflı, saytda, prostatit məqaləsində oxuya bilərsiz. Dəqiqləşdirmək üçün, prostat vəzinin USM -dən, keçmək məsləhətdi. Uğurlar.
tural | 16 Mart 2013 14:59
Salam hekim cinsi orqanin boyudulmesi ucun tabiletqalarin xeyri var? cavab ucun evvelden tewekkurler.
Dr.Orxan Agabəyov | 17 Mart 2013 11:42
Salam Tural. Heç bir dərman vasitəsi, penisin ölçülərini artırmır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
mayor | 16 Mart 2013 13:37
salam həkim bilmək istəyirəm kunilingus və ya oral seks xəstəlik yarada bilərmi? təşəkkürlər
Dr.Orxan Agabəyov | 17 Mart 2013 10:24
Salam Mayor. Oral seks zamanı, cinsi infeksiyalara yoluxmaq mümkündür, amma, bu ehtimal vaqinal seksdən, daha azdır. Uğurlar.
Yaşar | 16 Mart 2013 07:28
Həkim salam qarşıdan gələn Novruz Bayramınızı tebrik edirəm.Bayramınız mübarək...Həkim məim cinsi orqanıma Göbələk düşüb,müalicə aldım amma 1 aydan sonra yene əvvəlki vəziyət oldu.
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:40
Salam Yaşar. Çox sağolun, Sizidə bayram münasibətilə təbrik edirəm. Göbələk infeksiyasını aradan qaldırmaq üçün, effektiv müalicə sxemləri var, ola bilər düzgün müalicə yazılmayıb. Uğurlar.
Celair | 16 Mart 2013 06:33
Salam hekim mende tez bowalma evvelerden var idi amma getdikce zeiflik yaranib neylemek olar?Mukundurmu mualicesi?2gun bundan evvel yoxladim helede zeiflik var munkunse aciqlama verin .Tewekrlr...
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:05
Salam Celair. Bəli, bu problemlərin müalicəsi mümkündür, müalicə zamanı dərman preparatları ilə yanaşı, davranış terapiyasındanda istifadə olunur. Uğurlar.
Maga | 16 Mart 2013 05:58
Salam Hekim, Menim sualim beledir, Penisi uzatmag uchun oxuduguma gore xusui temrinler /trainingler var, bunlari ev sheraitinde elemekle penisi boyutmek olar, bu hagda ne deye bilersiz , bu mumkundurmu?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 11:48
Salam Maga. Penisin ölçülərini heç bir təmrin artırmır, rəsmi tibb belə üsulları, qəbul etmir. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Rustem | 15 Mart 2013 21:37
Hekim masturbasiyanin (ozunu bosaltmanin) gozlere ne derecede ziyanliligi var?kor olmaq mumkundu ?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 10:14
Salam Rustem. Masturbasiyanın, gözlərə heç bir təsiri və ya ziyanı, yoxdur, narahat olmayın. Uğurlar.
Samir | 15 Mart 2013 20:54
Men 6 il bundan qabaq trixomonoz tutmusdum.Duzgun mualice almadim.Hekime getmisdim ama sen deme tam mualice etmeyib sadece iltihabin cole axmasinin qarsisini alib.5-ilden sonra ozumde cinsi zeiflik hiss eledim.Hekime gedende mende xlamidiya da cixdi.Son 4-ilde bakida mualice almadigim klinika qalmayib amma hec bir tesiri yoxdur.. Mene ne meslehet vere bilersiniz..
Dr.Orxan Agabəyov | 17 Mart 2013 13:52
Salam Samir. Müalicələrin təsiri olmamağı, səbəbin düzgün təyin edilməməsindəndə ola bilər. Yalnız cinsi infeksiyalar, cinsi zəifliyə səbəb olmur, başqa orqanik səbəblər ola bilər, məsələn hormonal pozğunluq, birdə psixoloji faktorlarda böyük rol oynayır. Məsləhət, səbəbləri dəqiqləşdirib, düzgün müalicə kursu keçməkdir. Uğurlar.