ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
BABEK | 17 Mart 2013 17:54
SALAM.MEN 15 GUN BUNDAN ONCE QADINLA OLMUSHAM QORUYUCUSUZ.ONDAN IKI GUN SONRA QIZDIRMA OLDU BOQAZIMIN LIMFA VEZI SHISDI,VE XAYALARIM TERLEMEYE BASHLAYIB,VE PENNIS GUNDE 2 DEFE ICI YANIR .SUALIM.LIMFA VEZININ SHISMESI HANSI QADIN XESTELIKLERIN ALAMETIDI???XAISH EDIREM XESTELIKLERIN ADINI QEYD EDESIZ.BU XLAMIDOZUN ALAMETI OLA BILER ???
Dr.Orxan Agabəyov | 20 Mart 2013 07:32
Salam Babek. Limfa düyünlərinin şişməsi, bir çox zöhrəvi xəstəlikdə ola bilər, sifilisdə ehtimallar daha çoxdu. Amma bu halda, nəzəriyyədənsə, sadəcə analiz verib, cinsi yolla infeksiyaların olub-olmamasını yoxlamaqdı. Uğurlar.
Xalil | 17 Mart 2013 15:17
salam hekim her vaxtiniz xeyir olsun.Sizi qarwidan gelen bayram munasibetile tebrik edirem.Hekim cinsi elaqede olan zaman ereksiya muddetini uzatmaq ucun muxtelif derman ve preparatlardan istifade etmek hansi fesadlara cixara biler.yeni onun orqanizme ne kimi ziyani var?hemcinin siz hansi erersiz vasiteleri meslehet gorerdiniz ki istoifade edek.onceden cox saolun
Dr.Orxan Agabəyov | 20 Mart 2013 07:11
Salam Xalil. Çox sağolun, Sizidə bayram münasibətilə təbrik edirəm. Bu tip preparatlar, problemi müvəqqəti həll edə bilər. Məsləhət isə, erkən boşalmanın səbəblərini müəyyənləşdirib, bu problemi birdəfəlik həll edən müalicə kursu keçmək. Uğurlar.
Perviz | 17 Mart 2013 13:52
Salam hekim mende inpotensiya var.cinsi orqanim tam sertlesmir.men ne ede bilerem buna?
Dr.Orxan Agabəyov | 19 Mart 2013 06:26
Salam Perviz. Cinsi zəiflik, başqa orqanların xəstəliyi kimi, cinsiyyat sisteminin xəstəliyidir. Və bu problemdə, ən yaxşı məsləhət, səbəbləri müəyyənləşdirib - müalicə kursu keçməkdir. Uğurlar.
nicat | 17 Mart 2013 13:35
salam,sizce 20% spermaynan usaga qalmag olarmi?
Dr.Orxan Agabəyov | 20 Mart 2013 06:50
Salam Nicat. Şanslar var, amma normadan aşağıdır(aktiv hərəkətlilər, normada - 32% olmalıdır). Spermoqrammanın başqa vacib göstəriciləri var, məsələn spermotozoidlərin sayı. Uğurlar.
elcin | 17 Mart 2013 04:56
salam hekim menim problemim tez qurtarmaqdi buda meni seks yasamaqima imkan vermir buna gore mene komek ede bilersiniz
Dr.Orxan Agabəyov | 17 Mart 2013 12:52
Salam Elcin.Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Mehdi | 16 Mart 2013 18:22
Salam DR. mende cinsi orqan tez durur, ve delicesine olmaq isteyirem, amma 1 deqiqeye bosaliram, ve artiq ureyim hec olmaq istemir, 2 cisini oluram, ve 30 deqiqeye bosaliram, hevesden dusurem, bu nese problemli bir seydi yoxsa psixaloji gerginliye saliram ozumu. tesekkurler
Dr.Orxan Agabəyov | 17 Mart 2013 12:54
Salam Mehdi. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
evez | 16 Mart 2013 17:45
salam hekim men cinsi elaqe zamani 1 defe bowalandan sonra 2 ci defe yumuwalir ve cox gec bowaliram bu zeyiflikdirmi 25 yawim var tewekkur edirem sag olun
Dr.Orxan Agabəyov | 17 Mart 2013 10:27
Salam Evez. Sizdə potensiya zəifləyib, bunun müxtəlif səbəbləri var - orqanik(hormonal pozğunluq, prostatit və s.) və psixoloji(depressiya, stresslər, daimi gərginlik). Uğurlar.
Resad | 16 Mart 2013 17:10
Salam Hekim.Masturbasiya (ozunu suni yolla bosaltma) gozlere ziyandi?coxlari deyir ki bunu etmekle kor olmaz mumkundu.bes en dogrusu necedi? kor olmaq olar?gozlere ziyandi?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 10:21
Salam Resad. Masturbasiyanın, gözlərə heç bir təsiri və ya ziyanı, yoxdur, narahat olmayın. Uğurlar.
ziya | 16 Mart 2013 16:54
salam hekim, mende ereksiya vaxti penisin olcusu normal sayila biler, ama adi vaxtlarda cox kicik ciliz halda olur, bu hansisa problemden xeber verirmi?
Dr.Orxan Agabəyov | 17 Mart 2013 11:38
Salam Ziya. Penisin ölçüləri, yalnız ereksiya vaxtı, əhəmiyyət daşıyır. Qalan vaxtlar, ölçülərin heç bir əhəmiyyəti yoxdur, narahat olmayın. Uğurlar.