ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Azer | 19 Mart 2013 20:59
Salam hekim mende erken bowalma var birincini oluram amma 2 cini neqeder istesende ola bilmirem mene bu barede bir meslehet verin.
Dr.Orxan Agabəyov | 20 Mart 2013 08:14
Salam Azer. Sizdə potensiya zəifləyib, bu problemin müxtəlif səbəbləri ola bilər - həm psixoloji həmdə orqanik. Saytda potensiyanın gücləndirilməsi haqqında, məqalə var, çalışın tövsiyyələrə riayət edin. Əgər situasiya düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
Samir | 19 Mart 2013 12:19
Salam Hekim .Men cox ehtirasliyam 1 saata yaxin qadinla oynasdigdan sonra cinsi elaqde oluram 30 saniye 1 deqiqeye bosaliram MUMKUNSE NOMRENIZI YAZIN eLAQ SAXLAYIMDA SIZLE
Dr.Orxan Agabəyov | 20 Mart 2013 07:48
Salam Samir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 055 655 00 66 və 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elchin | 19 Mart 2013 09:09
salam hekim men analiz vermiwdim cinsi yolla kecen infeksiyalara gore 1il bundan qabaq neticeler bele idi Титр IgG Микоплазмы слабополож.а остальные все нормальные были и еше Altemaria Aspergilus niger Aspergilus flavus Cradosporium herbar Peliollum tardum penicillum expansum Rhizopus nigricans candida albicans candida kruzei fusarium oxvspora mucor pusillus bu neticeler necedi?mene mualice yazdilar 2-3kurs kecdim no demek olarki hec bir deyiwiklik olmadi ve zehmet olmasa bu analizderin qiymetinide yazardiz gelib sizde analiz vermek istiyirem
Dr.Orxan Agabəyov | 20 Mart 2013 08:38
Salam Elchin. Sizin keçdiyiniz analizlər tamamilə səhvdir - 1. Mikoplazma kişilərdə qanda yoxlanılmır. 2. Qalan göstərdiyiniz, cinsi infeksiyalar deyil, qanda göbələk infeksiyalara qarşı, allergiya yoxlanılıb. Kişilərdə, cinsi yolla keçən infeksiyalar, yaxmada(sidik kanalında), PZR üsulu ilə yoxlanılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Firudin | 18 Mart 2013 21:06
salam. hekim siz varkosel emeliyyati edirsiniz? eger edirsinizde hansi usulla ve neceye edirsiz ? teshekurler
Dr.Orxan Agabəyov | 20 Mart 2013 07:04
Salam Firudin. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elyana | 18 Mart 2013 20:05
Salam doktor.Bu gun tesadufen sidiyin analizini yoxladim.Zulal 1.65 g/l olub.1-3 deyiwmiw eretrosit,5-6 leykosit,4-6 yasti epitel,az miqdarda xirda oksalat kristali var.Kreatinin ve sidik covheri normadadir.hec bir agrim wikayetim yoxdur.usi eledim her wey normaldir.HB-130 g/l,leykosit-10,5.ECS-20.bu ne demekdir?menim xesteliyim nedir?bu qeder zulal niye var men ozum hecne hiss etmirem bu qorxuludur?
Dr.Orxan Agabəyov | 20 Mart 2013 07:35
Salam Elyana. Sidikdə zülal, müxtəlif səbəblərdən ola bilər - soyuqdəymə, emosional sarsıntı, ağır fiziki iş. Bir müddətdən sonra, təkrar yoxlamaq, məsləhətdi. Uğurlar.
emil | 18 Mart 2013 15:31
salam.. hekim, mende sidiye gedennen sora spermaya benzer 1 wey ifraz olunure neden olar?
Dr.Orxan Agabəyov | 19 Mart 2013 06:10
Salam Emil. Bu çox güman ki,  prostatitinin (prostat vəzinin iltihabı) əlamətidir. Uğurlar.
yasar | 18 Mart 2013 13:22
gec qurtarmaq ucun ne etmek lazimdir birde qadinda ehtiras oyatmaq ucun
Dr.Orxan Agabəyov | 19 Mart 2013 06:30
Salam Yasar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
ilham | 18 Mart 2013 13:17
salam doctor necesiz mende sekse qarsi heves olubdur birincini oluram ve tez bosaliram ikinciye heves qalmir men basqa hekimin yaninda olmusam mene dermanlar yazibidr iki kurs mualice eletdirmisem amma xeyri olmayib axirinc qebul elediyim dermanlar (a-a, e-t, p-k) amma hec bir xeyri olmadi xahis edirem mene komek edesiniz
Dr.Orxan Agabəyov | 19 Mart 2013 06:12
Salam İlham. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlərdə. qeyd elədiyininz preparatlar, istifadə olunmur. Erkən boşalmanın müalicəsində, dərman preparatlrı ilə yanaşı, davranış terapiyasıda istifadə olunur. Düzgün müalicə olunduğu təqdirdə, bu problem tamamilə aradan qalxır. Uğurlar.
lale | 17 Mart 2013 21:19
salam hekim.menim yoldasimin 26 yasi var,4 aydirki evliyik.usagimiz yoxdu,cunki yoldasimda varikosel variydi.Bu yaxinlarda emeliyat olundu.Hekim deyir 3 aydan sonra spermaqramma verib neticeni bileciyik.Yoldasimda hemcinin prostatit de var..onuncun de mualice yazmalidirlar.Sualim odurki 3 aydan tez bizde netice ola bilermi? Xatirladimki evelki spermaqramma analizi berbad gunde idi.Hereketlilik yox idi,hereketsizlik 80% idi,sperma faizi az idi 1mln..Birde onun emeliyati mikroskopik olmadi,spinal anestezi ile normal emeliyat oldu.Indi de internetden oxuyuramki mikroskopik daha yaxsidi..nebilim qalmisam cash-bash..sizi de yordum ay hekim..cox tesekkurler..
Dr.Orxan Agabəyov | 19 Mart 2013 06:19
Salam Lale. Yoldaşınızda, xayaların doppler müayinəsi aparılmışdı? Xayaların ölçülərində və strukturundu başqa problem yox idi ki? Əgər problem yalnız varikoseledirsə(prostatit, spermotozoidlərin sayına təsir etmir), adətən göstəricilər 3 aydan sonra,  bərpa olmağa başlayır. Hansı əməliyyat üsulunun yaxşı və ya pis olması, diskussiya mövzusudur. Uğurlar.
nicat85 | 17 Mart 2013 19:18
salam hekim .Men cinsi isteksizlik probleminnen boyuk eziyyet cekirem ,analizde testosteron normal cixib .prostatda problem yoxdur ,amma bu problemi hell eliye bilmirem iki ilsi sifir veziyyetindeyem icimde bir qorxu ozume inamsizliq yaranib ,dostlarla eylenmeye getmekden cekinnirem birden nese oar,yas26 mene nece komek etmek olar ne meslehet gorursunuz?
Dr.Orxan Agabəyov | 20 Mart 2013 06:45
Salam Nicat85. Əgər orqanik səbəb yoxdursa, deməli psixoloji səbəblər var. Yaranan inamsızlıq, Sizdə ereksiya mexanizmləri pozur. Bu situasiyada, həm dərman preparatları həmdə rasional psixoterapiyası, istifadə olunur. Uğurlar.