Mahir | 21 Mart 2013 07:51
Salam hekim.Men gunde 1 defe masturbasiya etmekle bosaliram.Bunun menim saglamligima ziyani varmi?
Dr.Orxan Agabəyov | 23 Mart 2013 21:28
Salam Mahir. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
sadiq | 20 Mart 2013 22:39
salam hekim ! men nece penisimi boyude bilerem?
Dr.Orxan Agabəyov | 23 Mart 2013 21:05
Salam Sadiq. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Nurlan | 20 Mart 2013 14:05
Salam doktur sizi bayram munasibetile tebrik edirem. Mende bir az zeiflik var ve ona gorede sizi muraciet edirem.Mende xanima qarwi hissiyat cox zeifdir.Sag olun.CAvabiniza gore minetdarq.
Dr.Orxan Agabəyov | 24 Mart 2013 09:30
Salam Nurlan. Çox sağolun, məndə Sizi bayram münasibətilə, təbrik edirəm. Potensiyanın zəifləməsi müxtəlif səbəblərdən ola bilər - psixoloji(daimi stress,gərginlik, depressiya) və orqanik(hormonal pozğunluq, prostatit və s.). Səbəbləri dəqiqləşdirib, düzgün müalicə yazmaq olar. Uğurlar.
gulnar | 20 Mart 2013 13:24
salam. biz 3 ile kecir ki aile qurmuwuq,hele ki evladim yoxdu nede hele hamile qalmamiwam. Yoladawimin sprema % cox azlik tewkil edir. Uziden kecdik falikul 0-1% tewkil edir. Biz nece onu qaldira bilerik?
Dr.Orxan Agabəyov | 24 Mart 2013 09:26
Salam Gulnar. Əgər spermoqrammanın, göstəriciləri zəifdirsə, bu problemin səbəbləri aşşkar edilməlidir. Dəqiqləşdirəndən sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.
dfuad | 20 Mart 2013 11:52
hekim menim penisim balacadı nece boyudum onu?
Dr.Orxan Agabəyov | 23 Mart 2013 21:02
Salam Fuad. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
patron | 20 Mart 2013 09:41
Salam hekim cinsi orqanin boyudulmesi ucun Siz hansi üsulu meslehet görürsüz? Sizdə onun müalicəsi və ya əməliyatı var ?cavab ucun evvelden tewekkurler
Dr.Orxan Agabəyov | 23 Mart 2013 21:01
Salam Patron. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
rasim | 20 Mart 2013 09:32
dr mende oz ozune gece bowaliram yatan zaman o neden olar?
Dr.Orxan Agabəyov | 23 Mart 2013 21:39
Salam Rasim. Yuxuda qeyri-iradi boşalmarın əsas səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Müntəzəm cinsi həyata başlayın, əgər vəziyyət düzəlməsə, müalicə lazım ola bilər. Uğurlar.
İsmayil | 20 Mart 2013 08:39
Salam doktor.men her gece yuxuda boşalıram.bunun qarşısını nece ala bilerem?
Dr.Orxan Agabəyov | 23 Mart 2013 21:34
Salam İsmayıl. Yuxuda qeyri-iradi boşalmarın əsas səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Müntəzəm cinsi həyata başlayın, əgər vəziyyət düzəlməsə, müalicə lazım ola bilər. Uğurlar.
viking | 20 Mart 2013 05:57
salam Hekim. men evveller her gun en azi bir defe heftede iki uc defe ise iki ve daha artiq sexle meshqul olurdum. axir vaxtlar birdefe olandan sonra ikinciye nese heves qalmir. neden ola biler
Dr.Orxan Agabəyov | 23 Mart 2013 20:58
Salam Viking. Sizdə potensiyanın zəifləməsi halları var. Səbələr müxtəlif ola bilər - orqanik(hormonal pozğunluq, prostatit və s.) və psixoloji(daimi stresslər, gərginlik, depressiya). Uğurlar.
Tuncay | 19 Mart 2013 22:22
Salam Həkim, İlk öncə bu xidməti bizə görə hazırladığınız üçün sizə dərin təşəkkürlərimi bildirirəm və sizi, sizinlə çalışanları Novruz Bayramı münasibəti ilə təbrik edirəm
Həkim, Mən 9 gündür ki, varikoseldən əməliyyat olunmuşam. Məndən bu 9 gündə iki dəfə yatmış vəziyyətdə sperma xaric olunub, bunun bir ziyanı yoxdur ki?
Mən nə vaxt cinsi əlaqədə ola bilərəm?
Əvvəlcədən təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 23 Mart 2013 20:53
Salam Tuncay. Çox sagolun, məndə Sizi bayram münasibətilə təbrik edirəm. Böyük bir ziyanı olmaz, cinsi həyata isə, əməliyyatdan 1 ay sonra başlaya bilərsiz. Uğurlar.