ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mehriban | 13 Oktyabr 2014 13:48
salam dr.menim sualim beledirki men bir ildir evliyem amma usagimiz olmur yoldasimin sol xayasinda kistoz sis toremeleri cixib bunun bir maneciliyi ola bilermi?xaihs edirem cavablandirin evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:12
Salam Mehriban. Xayalarda olan kistalar, müəyəən hallarda spermanın keyfiyyətinə təsir edir. Amma kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vuqar | 13 Oktyabr 2014 12:29
Salam hekim. Hekim men heyat qadini ile elaqede olanda sertlesme gedir. Lakin dururam ki elaqeye girim sertelsme girmeden olur. Nese mandraja dusurem. Tezeden ehtiraslanarken sertlesme gedir yene elaqeye girererken bosalir. Axiri mecburi oral elaqeye giiriem. Bu psixoloji problemdi ? Cavab verseniz sevinerem.
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:12
Salam Vuqar. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 13 Oktyabr 2014 07:56
Salam hekim. Size sualim var,men. 2 illik evliyem, cinsi elaqe Zamani ve sonrasi mende bel agrilari olur, hec Halim olmur, is vaxti bele gucum sanki azalir, bu ne ile elaqeli ola biler, Ayda 1 ve ya 2 defe yasiya bilirem, hem hevesim azalib Hemde agri meni narahat edir, cox xais edirem mene yol gosterin Neylemeliyem?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:26
Salam Samir. Bel ağrılarının səbəbi prostat vəzidə yaranmış iltihabi proses ola bilər. Cinsi fəaliyyətin zəifləməsi isə müxtəlif - psixoloji və orqanik səbəblərdən ola bilər. Problemin səbəblərini dəqiqləşdirib, müalicə kursu keçməyiniz ən düzgün yol olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ibrahim | 13 Oktyabr 2014 06:35
salam hekim size bir sual verecem cinsi orqanin qawinmalar olur bu hardasa 3 gundu olub cox narahatam bu sizce sebebi nedi indiden size tewekurumu bildirirem xaiw edirem sualima cavab vererdiniz
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:26
Salam İbrahim. Bu əlamət ya cinsi yolla keçən infeksiyanın əlaməti, ya da sidik-cinsiyyət sistemində iltihabi prosesin əlamətidir. Dəqiləşdirb, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 12 Oktyabr 2014 20:17
Salam doktor. Sualım ondan ibarətdir ki, cinsiyyət orqanım sürtünmə nəticəsində qanamışdı. Bir müddət yaranın üstü bağlanıb təzədən açılırdı. Bugün üzr istəyirəm cinsi əlaqədə olan zaman qanamağa başladı və çox qan gəldi. Qanama cinsiyyət orqanımın uc hissəsinin altında olur. Bilmək istəyirdim belə qanamanın olması təhlükəlidir mi? Eyni zamanda cinsi əlaqədən sonra cinsiyyət orqanım çox pis ağrımağa başlayır. Səbəbin bilmirəm. Xahiş edirəm mənə yol göstərəsiniz. Öncədən Təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:57
Salam Anar. Hər halda qanaxma varsa, deməli bu situasiyanın təhlükəsi var. Yalnız yaraya baxıb, dəqiq diaqnostika etmək mümkündür, ola bilər cinsi infeksiyanın əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cavad | 12 Oktyabr 2014 17:57
Salam hekim . Menim Sag xayamin uzerinde vezi kimi bir sey var hereket etdirmek mumkundur onu bu tez tez masturbasiya etmekden ola bilermi? ereksiya normaldir bu her hansisa xestelik ola bilermi (cinsi elaqede olmamiwam)
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:26
Salam Cavad. Masturbasiyanın xaya problemlərinə aidiyyatı yoxdur. Ola bilər xayada kista olsun amma dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 12 Oktyabr 2014 15:06
Salam doktor! Allah sizi sag elesin! Onlayn konsultasiya ilk olaraq bizi kimi tenbel millet uchun chox vacibdir. Yoxsa ancaq derdimiz artanda hekime uzu tuturuq. Demeli mende bele bir problem kimi shey var. 35 yashim var. son ayda 2 ferqli qadinla olmusham. Her ikisi bir neche ay idi cinsi elaqede olmadigini demishdi. Qoruyuzusuz olduq. Amma indi sonuncunun ustunden 20 gun kechib, 2,3 gun olar sidiye gedenden sonra ele bil kanal azca sixilir ve azca shire gelir. Amma ayri narahatliq yoxdur. bu 20 gun olamamqdan, soyuqdeymeden ola biler ya nese bashga elametdir? Evvelceden teshekkur
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:27
Salam Samir. Bu situasiyada hər ehtimala qarşı. cinsi infeksiyalar yoxlanılmalıdır. Yalnız cinsi infeksiyalar inkar olduqda, cinsiyyət sistemində iltihabi prosesin olması dəqiqləşdirilə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
memmed | 12 Oktyabr 2014 14:56
salam hekim mende heddinden artix cinsi zeiflik var ozumde aileliyem . men s adli derman var ondan istifade ede bilerem? gelecekde hansisa problem ola biler nolar cox xais edirem cavablandirasiz. cox sagolun
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:58
Salam Memmed. Yazdığınız dərman preparatının cinsi fəaliyyətin yaxşılaşdırmasına aidiyyatı yoxdur. Ümumiyyətlə cinsi zəifliyin səbəblərini araşdırmamış heç bir dərman preparatı qəbul etmək düzgün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
asi | 12 Oktyabr 2014 12:03
Hekim.Sualima gore uzr isteyirem evelceden.Men bele esitmisemki suxoy atmaq penisi boyudur(yekeldir).birdeki insanin belini eyir.Bu dogrudur?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:28
Salam Asi. Bu fikirlər sadəcə cəfəngiyyatdır. Saytda masturbasiya haqqında məqalə var, həmin məqalədən məlumat ala bilərsiz. Uğurlar.
amil | 11 Oktyabr 2014 18:45
Salam hekim.Mende aşagı etrafda qaşıntı var her terefde.sag ve sol xayalar üst ve alt tetefler sepki ile güclü qaşınır.qaşıyandan sonra derinin üstü qabıq qomuş kimi agarır.Üze boz düşende oldugu kimi.men nece edim
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 07:01
Salam Amil. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq  qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.