Elcin | 25 Mart 2013 16:39
Salam Hekim,Men bu gobelekle baglidi sualim.Penisin asagi hisselerinde hedden artiq qasinma var .Bunun sebebi Gobelek ola biler ? Birde bunun ziyani ne derecede ola biler ? Mualice etmek ucun ne etmeliyem?
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:25
Salam Elcin. Bəli, göbələk infeksiyası ola bilər. Birinci növbədə, qaşınmanın səbəbini dəqiqləşdirin, sonra müalicə kursu keçin. Uğurlar.
Nigar | 25 Mart 2013 14:45
salam hekim, size sualim, hekim men 9 ildi evliyem 33 yasim var, ve erimle yasaya bilmirem, xesteliyim vaginizmdir deyirler, bunu oz ozumle nece mualice ede bilerem, ve saqala bilerem? asilama yolu ile usaqim olub ama yene qorxuram yasaya bilmirem, meslehetiniz nedir?
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:29
Salam Nigar. Vaqinizm xəstəliyini, özünüz yox, həkim nəzarəti ilə müalicə etməniz məsləhətdir. Müalicədə həm psixoterapiya həm dərman preparatları həmdə xüsusi avadanlıq istifadə olunur. Uğurlar.
sei monyak | 25 Mart 2013 08:23
salam men herden tez bosaliram hansi keylesdirikiden surtmek lazimdir?? cox sagolun
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:21
Salam Sei. Keyləşdirici kremlər, erkən boşalma problemini həll etmir, müvəqqəti təsir edə bilər. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
melik | 25 Mart 2013 07:48
Salam hekim lutfen cavab yazardiz. Usaq olmaqiycun kiside sperma en azi neche faiz olmali?
Dr.Orxan Agabəyov | 25 Mart 2013 20:25
Salam Melik. Uşaq olmaq üçün, təkcə hərəkətlilik faizi deyil, spermoqrammanın başqa vacib göstəriciləridə normaya uyğun olmalıdır. Aktiv hərəkətlilər -32 %, 1 ml-də spermotozoidlərin sayı -15 mln-dan, az olmamalıdır. Uğurlar.
rashad | 25 Mart 2013 07:41
hakim manda hamisa birinci tez bosalma olur.amma ikinci da yox.mana ot tarkibli darman adi deyardiz istifada edardim,ziyani olmasin deya.tasakur
Dr.Orxan Agabəyov | 25 Mart 2013 20:30
Salam Rashad. Heç bir ot tərkibli preparat, erkən boşalmanın müalicəsində istifadə olunmur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ilkin | 25 Mart 2013 06:28
salam doktor.men cinsi elaqede olduğum vaxt tez boşalıram.erkən boşalmanın qarşısını nece ala bilerem?hansı dermanlardan istifade ede bilerem?həmin dərmanlar zərərli deyilki?
Dr.Orxan Agabəyov | 25 Mart 2013 20:29
Salam İlkin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Kamran | 25 Mart 2013 03:56
Salam hekim.Menim 1 ilden cox olarki Varikosele xesteliyim var ve men emeliyyat olmamiwam.bunun neticesi ne olar eger emeliyyat gec olsam???
Dr.Orxan Agabəyov | 26 Mart 2013 05:34
Salam Kamran. Varikosele xəstəliyi, kişi sonsuzluğunun ən rast gəlinən səbəbidir. Yəni varikosele olanda, xayada toxumyaranma prosessləri zəifləyir. Spermoqramma analizini verin və göstəricilərinizi normal göstəricilərlə müqayisə edin, əməliyyatın edilməsi bu göstəricilərdən asılıdır. Uğurlar.
Ferid | 24 Mart 2013 18:09
Salam. xlamidiya trachhomatis virusu olan xeste usaga sud vere biler? tesekkur
Dr.Orxan Agabəyov | 26 Mart 2013 05:54
Salam Ferid. Xlamidiya, cinsi yolla ötürülən infeksiyadır(məişət yolu ilə keçmə şansı, çox azdır). Yəni süd vermək olar, sadəcə gigiyena qaydalarına riayət edin(eyni dəsmallardan və s. istifadə olunmasın). Uğurlar.
Men | 24 Mart 2013 17:13
Salam.meni maraqlandiran bir meqam var.men 3 defe cinsi elaqede olmuwam.yeni qizligima zede gelmeden.sadece qarwi teref cinsi orqani ile zeddelemiw ola bilermi perdeni?bu mene cox maraqlidir.bunu men harada yoxlatdira bilerem?
Dr.Orxan Agabəyov | 25 Mart 2013 20:20
Salam Men. Bunu yalnız qinekoloq, baxış zamanı dəqiq deyə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nemet | 24 Mart 2013 15:59
salam hekim bagislayin narahat edirem hekim men cinsi elaqada olanda menim pensim zeyifleyir 1az sonra tezden evvelki kimi olur bide cox gec qutariram demey olarki qutara bilmirem iki mudaxileden sonra qutariram bu nedendi sizce
Dr.Orxan Agabəyov | 25 Mart 2013 20:17
Salam Nemet. Ereksiyanın zəifləməsi həm psixoloji həmdə orqanik səbələrdən ola bilər. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Uğurlar.