ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
vusal | 26 Mart 2013 10:22
Bircə leykositlər(iltihabın əlaməti) normadan yüksəkdir - bu her hansi bir manecilik torede bilerr menim valideyn olmagimda?? her hansi bir derman icmeliyemmi???
Dr.Orxan Agabəyov | 27 Mart 2013 20:09
Hal hazırda, göstəricilər normaya uyğundur, amma gələcəkdə maneçilik törədə bilər. İltihabın səbəblərini dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
elchin | 26 Mart 2013 07:46
salam hekim. men dunen mastrubasiya edende sperma axintili yox yapisqan cixsi. kley kimi yapismisdi elime. sizce bu neden ola biler? xestelik ola biler?
Dr.Orxan Agabəyov | 27 Mart 2013 20:05
Salam Elchin. Bəli, prostatit(prostat vəzinin iltihabı) ola bilər. Uğurlar.
ilkin | 26 Mart 2013 07:36
salam doktor.erkən boşalmanın qarşısını almaq üçün hansı dərmanlardan istifadə etmək olar?orqanizmə zərər vermədən hansı dərmanlardan istifadə edərək gec boşalmaq olar?dermanlardan bir neçəsinin adını mənə yazın zəhmət olmasa.təşəkkürlər
Dr.Orxan Agabəyov | 27 Mart 2013 20:00
Salam İlkin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
melik | 26 Mart 2013 06:33
Hekim baqislayin, bilmek isterdim spermanin faizini tebii yol ile qaldirmaq mumkunmu? Mumkunse neche faize qaldirmaq mumkun? Bunun en elverisli yolu bal ile qozun qatisiqi? Yoxsa bunnanda effektlisi var? Cox xais edirem, cavablandirardiz..Onceden tesekkurler, Var olun!
Dr.Orxan Agabəyov | 27 Mart 2013 19:56
Salam Melik. Spermotozoidlərin hərəkətlilik faizinin düşməsi, cinsiyyat sistemində, hər hansı problemin olmağından xəbər verir. Birinci növbədə, bu problemi aşkarlayıb aradan qaldırmaq lazımdır, sonra təbii vasitələrdən istifadə etmək. Uğurlar.
orxan | 25 Mart 2013 22:24
salam hekim... men qizla davamli opuwenden sonra mende xayalarda agrilar emele gelir... bu nedendi???
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:42
Salam Orxan. Bu onunla əlaqədardı ki, Siz ehtiraslanırsız, amma boşalma olmur, nəticədə xayalarda durğunluq yaranır. Əgər ehtiraslanırsızsa - mütləq boşalın, onda ağrılar olmayacaq. Uğurlar.
kamran | 25 Mart 2013 22:22
salam hekim.men heftede 1 defe masturbasiya edirem.qorxuramki sonsuzluq xesteliyine yoluxaram.sualim budu.heftede 1 defe masturbasiya etmek ziyandi.?gelecekde bu nesil artirmada mene oz menfi tesirini gortere biler?indiden tewekkur
Dr.Orxan Agabəyov | 27 Mart 2013 08:01
Salam Kamran. Masturbasiyanın, sonsuzluğa heç bir aidiyyatı yoxdur, narahat olmayın. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
brus li | 25 Mart 2013 22:10
hekim salam.men 2 ile yaxindirki sol nahiyeden valikoz genislenmeden emeliyyat olmusam.idi ise hemin nahiyemde agrilar olur.bunun sebebi nedir?birde sertlesme problemim var.xahis edirem meslehet veresiz.cox sag olun.
Dr.Orxan Agabəyov | 27 Mart 2013 08:04
Salam Brus. Ola bilər, varikosele təkrar yaranıb. Sərtləşmə probleminin, varikoseleyə aidiyyatı yoxdur. Birinci növbədə, xayaların doppler müayinəsindən keçın, varikoselenin təkrar yaranıb-yarnmamısını dəqiləşdirin. Uğurlar.
zaur | 25 Mart 2013 21:12
hekim menim qasiqlarima yaxin ayaqlarim pis qasinir ola biler hansisa cobelek xwsteliyi olsun mumkunse ne etmeli
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:32
Salam Zaur. Bəli, göbələk infeksiyası ola bilər. Birinci növbədə, qaşınmanın səbəbini dəqiqləşdirin, sonra müalicə kursu keçin. Uğurlar.
Stiv | 25 Mart 2013 21:06
Salam hekim. men bilmek isterdim qoz findiq yeyenden sonra bunun tesiri nece saatdan sonra ozunu gosterir?
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:56
Salam Stiv. Qoz və findıq, müalicə preparatı deyilki bir necə saata təsir göstərsin. Müntəzəm istifadə etdikdə, bal, qoz və fındıq, potensiyaya müsbət təsir edə bilər(əgər potensiyanı zəiflədən, orqanik səbəb yoxdursa). Uğurlar.
ALTAY | 25 Mart 2013 18:13
salam Orxan bey sizi narahat etdiyim ucun onceden uzur isteyirem.men Russiyada yashayiram 38 yashim var,1 ovlad sahibiyem .nece illerdi bir cox hekimlere muraciyet etmishem duzgun diaqnoz ve inaniram ki,duzgun mualice olunmamisham.bu yaxinlarda yeniden analiz verib ozumu yoxlamaq istedim .mende днк cytomegalovirus ashkarlanib men hansi deriman iyneden istifade etmeliyem ki ,bu mikrobdan azad olum.mene bu mualicede meslehet ve komek edeceyinize inaniram.Allah komeyiniz olsun
Dr.Orxan Agabəyov | 27 Mart 2013 07:37
Salam Altay. Sitomeqalovirus kişilərdə müalicə olunmur(TORCH - infeksiyalara aiddir, hamilə qadın üçün təhlükəlidir), toxumyaranma prosessinə təsiri yoxdu, narahat olmayın. Uğurlar.