ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anonim | 28 Mart 2013 23:30
hekim cox tez bosaliram prostatitin mualicesi ucun hansi dermanlari meslehet gorursuz adeten prostatitle mualiceye nece baslayirsiz , yazsaniz alardim diaqnoz var 1 kurs yeterlidirse telefon buraxin meslehet
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:30
Salam Anonim. Erkən boşalmanın müxtəlif səbəbləri var, təkcə prostatit deyil - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
imanli gunduz | 28 Mart 2013 20:01
salam hekim size sualim beledi men sol teref xayam ele bil dagilib ya nedi hekimede getmemisem her defe agrimir qizla olmamiwdan 10 deqiqe qabag ber agrimaga baslayir bir defe oluram ikinci def ise ola bilmirem istesemde o agri imkan vermir bu qrijadi yoxsa yoxsa ne ola biler indiden cox sagolun
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:25
Salam Gunduz. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Elshan | 28 Mart 2013 19:30
Salam. Mende geceler tez tez bosalmalar bas verir, bezen bu yuxu neticesinde bezen ise tamamile yuxu gormeden olur. Yemeyim ve icmeyim normal qaydadadir. Spirtli icgi ve siqaretden istifade etmirem. Xatirladim ki, ozum de evliyem. Yoldasimla cinsi elaqede olmadan da bele geceler yuxuda bosalma bas verir. Bu nedendir?
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:23
Salam Elshan. Yuxuda qeyri-ixtiyari boşalmaların(pollusiyaların) əsas səbəbi, qeyri-müntəzəm cinsi həyatdır. Əgər, cinsi həyat müntəzəmdirsə, eyakulyasiya mərkəzlərində problem var. Uğurlar.
murshud | 28 Mart 2013 14:30
salam doktor mende normal durur isin ortasinda olur qurtara bilmirem
Dr.Orxan Agabəyov | 29 Mart 2013 06:30
Salam Murshud. Ereksiyanın, cinsi əlaqə zamanı itməsi, müxtəlif səbəblərdən ola bilər - psixoloji(cinsi əlaqə zamanı, ereksiyanın hiperkontrolu, gərginlik, həyəcan) və  orqanik(cinsiyyət sisteminin xəstəlikləri). Səbəbləri dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ferdi | 28 Mart 2013 10:49
Hekim bir oqlanin impatent olduqu halda onun mualicesi mumkunmu? Effektiv mualicesi mumkunmu?
Dr.Orxan Agabəyov | 29 Mart 2013 06:27
Salam Ferdi. Bəli, erektil disfunksiyanın(impotensiyanın) effektiv müalicə metodikaları var. Demək olar, bütün yaşlarda və səbəblərdən asılı olmayaraq, bu problem müalicə olunur. Uğurlar.
emin | 28 Mart 2013 09:02
salam hekim..bakire qizin alt paltari eynindeyse usdune sperma tokulerse uwaqa qalma ehtimali ne qederdi?tesekkurler
Dr.Orxan Agabəyov | 29 Mart 2013 06:25
Salam Emin. Belə bir ehtimal var, amma çox azdır. Uğurlar.
Rashad | 27 Mart 2013 18:33
Salam hekim, menim penisim ortasindan awagiya dogru eyridir, yeni "U" wekilli yox, "n" wekillidi, bu mende diskonfort, ozume inamsizliq yaradir, isterdim yuxariya dogru qalxsin, Bunun emeliyyati Azerbaycanda olunur, ve birde qiymetini bilmek isterdim, chox xahiw edirem hekim, bu emeliyyat sizin klinikada olur? , xeste neche gun yatmalidir?
Dr.Orxan Agabəyov | 29 Mart 2013 06:35
Salam Rashad. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Nemət | 27 Mart 2013 18:21
Həkim salam. Prostatitda prostat masajı nə dərəcədə lazəmdər və ya efektlidir.
Dr.Orxan Agabəyov | 29 Mart 2013 06:41
Salam Nemət. Müasir metodikalar görə, prostat massajı tətbiq edilmir, üstünlük dərman preparatlarına və fizioterapiyayaya verilir. Uğurlar.
adil | 27 Mart 2013 13:56
salam hekim bagisliyin narahat eledim ama men ozumu yoxlatdirmag isteyirem ama hara gedim bilmirem siz mene bir elaqe nomresi vere bilersiz?
Dr.Orxan Agabəyov | 28 Mart 2013 06:13
Salam Adil. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
QUDRET | 27 Mart 2013 13:28
salam hekim. menim bir problemim var menim 16 yasim var ve qizla cinsi elaqede olmusam ve qizin orgazmina qeder catmisam. menim sualim budur ki men oz dostumu" oz olcusunden artiq nece uzada bilerem
Dr.Orxan Agabəyov | 28 Mart 2013 06:16
Salam Qudret. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.