elchin | 29 Mart 2013 21:15
salam hekim. men kecen defe sizden soruwdum mastrubasiya edende sperma yapisqan cixdi. siz ise dediniz ki prostatitdir. amma yene mastrubasiya etdim bu defe normal axintili cixdi. sizce mende xestelik var?
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:30
Salam Elchin. Bunu, yalnız müayinələrdən sonra, demək olar. Uğurlar.
Anonim | 29 Mart 2013 19:54
Salam Dokror. menim 30 yashim var, alileliyem.Men Axir vaxtlarda elaqe zamani ilk cinsi aktdan sora ikinci defe elaqede olmaqcun ozumde guc tapa bilmirem yeni orqan oyanmir,oyansa bele bu cox uzun surur ki, bu da hefesin itmesiyle neticelenir ve bu meni hedsiz narahatr edir...
Zehmet olmasa yazin bu kimi hallarda ne etmek lazimdir?
Ve ya bu kishiliyin iteirilmesi sayilirmi?
Evvelceden teshekkur edirem...
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:51
Salam Anonim. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra. özünüzdə fərq hiss etməsəz., müalicə lazım olacaq. Uğurlar.
nahid | 29 Mart 2013 17:31
salam doktor men 1 qadinla elaqedeyem.Her elaqe 1-2 saat dayanmadan cekir.Bu ne derecede duzdur.1 defe elaqeden 1gun sonra sidiye cixanda tam cixa bilmedim.2 gun bele davam eledi.Biseptoldan istifade etdim kecdi.Bunun uzun muddetli elaqeyle baqliliqi varmi.1de cinsi elaqe zamani prezirv ve cole bosalmadan basqa kisiler ucun qadinin usaqa qalmamasi ucun her hansi derman ve ya krem varmi varsa mumkunse apteklerde tapilanlari demeyinizi xahis edirem.qabaqcadan tesekkur ediren!
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:18
Salam Nahid. 1.Ola bilər, əlaqəli olsun - uzunmüddətli cinsi əlaqələr, cinsi sağlamlığa ziyan verə bilər. Sidiyə tam çıxmamaq, prostatitlə(prostat vəzinin iltihabı) ilə bağlı ola bilər. 2. Belə vasitələr, kişilər üçün yoxdur, yalnız qadınlar üçün nəzərdə tutulur - kontraseptivlər. Uğurlar.
YAMO | 29 Mart 2013 17:11
Salam hər vaxtınız xeyir olsun. Həkim məndə belə bir şey bilmirəm problem demək olarsa var. Belə ki, təxmini 1 həftə ərzində 8 dəfə cinsi əlaqədə oluramsa onların demək olar ki, 5-ində 25-30 dəqiqəyə kimi davam edir. Ama 3-ündə isə çox vaxt heç 5 dəqiqə də çəkmir. Bu məni narahat edir və hansısa problemin vaxtında varsa aradan qaldırılmasını istəyirəm.
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:53
Salam Yamo. Normal cinsi əlaqənin müddəti - 7-8 dəqiqədir. Əgər cinsi əlaqənin müddəti, bu müddətdən azdırsa- erkən boşalma diaqnozu təyin edilə bilər. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
altay | 29 Mart 2013 15:23
salam hekim Панавир iynesi insan orqanizmasi ucun ne derecede ziyani var?Sitomeqalovirucun mualicesinde bu iynenin rolu musbetdi ili menfi.cox sagolun onceden.
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:49
Salam Altay. Mən Sizə yazmışdım birinci sualın cavbında - sitomeqalovirus kişilərdə müalicə olunmur(müalicəyə ehtiyac yoxdur). Uğurlar.
Senan | 29 Mart 2013 12:24
Salam hekim. Bir qadinla bir gunde 4 defeden artiq cinsiyyetde olandan sonra boyreklerim aqriyir. bu ne derecede ziyan ola biler.
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:15
Salam Senan. Bu suala cavab vermək üçün, böyrəklərin USM-i (UZİ) və sidiyin ümümi analizindən keçmək lazımdır. Uğurlar.
Mehman | 29 Mart 2013 10:43
Hekim baqislayin bir soz sorusum, yoldasim test eddi, birinci achilmadi qirmizi xett. Sora 1 qirmizi xett geldi. onnan sora bir neche kaplide elave eddik teste sidiyi, sora seher durub baxanda gordukki iki qirmizi var. Obiri qirmizin rengi biraz achiq. Bu ne demek?
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:55
Salam Mehman. Ən yaxşısı, testi təkrar etməkdir. Əgər nəticə yenə şübhəli olsa - qanda hamiləliyi təyin edin(analiz edin). Uğurlar.
omer | 29 Mart 2013 08:27
salam hekim sizi narahat edirem menim 24 yawim var cinsiyyet orqanim 12 di ve buda narahatliq edir cinsi elaqeye getmeye bele cekinirem onu uzatmaq ucun ne meslehet gorursuz . cerrahi yolla olsa texmini nece gun davam edecek . xerci ne qeder eder zehmet olmasa mene komek edin
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:43
Salam Omer. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Sarmat | 29 Mart 2013 08:26
Salam Doktor. Size evelceden dərin təşəkkürümü bildirirəm. Mənim Sualım budur ki, bacım oğlu 3-cü sinifdə oxuyur, o uşaqda cinsiyyət üzvündə inkişaf yoxdur. Müayinələrdə olub, ama dəqiq diaqnozu bilmədiyim üçün Sizə yaza bilmirəm, təxmini deyə bilərəm ki, hormonlarla bağlı nəyinsə miqdar azdır və s. Zəhmət olmasa mənə deyin onun müayinəsi və müalicəsinə baxa bilərsinizsə əlaqə saxlayıb Sizin yanınıza gələk. Çox sağ olun Allahdan Sizə və Sizin timsalınızda bütün həkimlərə can sağlığı arzu edirəm.
Dr.Orxan Agabəyov | 30 Mart 2013 08:39
Salam Sarmat. Xoş sğzlər üçün, təşəkkür. Yəqin ki, uşaqda, testosteronun səviyyəsi normadan aşağıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
togrul303 | 29 Mart 2013 06:15
salam Doktor.. bir sualim var size .. bildircin yumurtasini nece istifade etsen cinci fealiyetin maximum fealiyetinin guclenmesine yaxshi effekt verer?? birdeki,, necesini birden istifade etmek yaxshi effekt verer.. qabaqcadan minnetdaram cavabiniz ucun
Dr.Orxan Agabəyov | 31 Mart 2013 07:02
Salam Togrul303. Fərq etməz, nə qədər və nə formada, əsas odur ki, bu produktun, rasionda olması, kişi potensiyasına müsbət təsir edə bilər. Uğurlar.