ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
rashad | 30 Mart 2013 16:41
Salam Orxan hekim, web sehifenizde potensiyanin artirilmasi uchun gozel usul derc etmisiniz, araliq ezelelerinin ayaq uste, oturaraq, uzanaraq 10 saniye erzinde (bir neche deqiqe) gerginlewdirmek, bir muddetdi bunu edirem, artiq neticesini gordum, minnetdaram size, duwunuremki bu en saglam usullardan biridir,.... suallarimi cavablandirdiginiz uchun size tewekkur edirem, 1) bilmek isterdim ki, prostatit olub olmamasi USM -le mueyyen edilir? Hekim , biliremki xayalarda spermanin yaranmasi uchun xayalarin herareti bedenin heraretinden awagi olmalidir. Eger kiwi tez tez isti vanna qebul edirse bu onun xayalarina menfi tesir gostere biler? Yeni , spermanin keyfiyyetini awagi sala biler?
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:24
Salam Rashad. 1. USM mütləq olmalıdır, amma başqa analizlərə də ehtiyac olur. 2. Bəli, mənfi təsir edə bilər. Uğurlar.
tural | 30 Mart 2013 14:25
hekim salam xaish edirem mene basha salardiz men cinsi elaqede olmaga baslayana qeder cinsi orqan normal durur ele qadinin cinsi orqanina daxil etmek isteyirem olur bu neden olar. birde durandada cox vaxt tam berk durmur
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:36
Salam Tural. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları. həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
ferhad | 30 Mart 2013 14:09
Doktor salam...bilmek istrdim ki PZR usuluile verilen analiz goturulen zamani o aletin cinsi orqana bir az cox daxil edilmesi vacibmidir..bir az agrili prosesdir ona gore..
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 06:42
Salam Ferhad. Əsas odur ki, analiz materialı düzgün, götürülsün. Əgər təcrübəli laborant, analizi götürürsə - ağrı olmur. Uğurlar.
malik | 30 Mart 2013 12:56
salam..evliyem ama usaq olmur.spermaqramım belədi: Test Adı Nəticə 1 Nəticə 2 #Ölçü Birimi #Normal Değerler Spermoqramma Eyakulyatın həcmi 5.0 ml N(>1.5) Xarici görünüşü Bozumtul-ağ, homogen Konsistensiyası 0.2 sm N(0.1 - 0.5) pH 7.2 N(>7.2) Cinsi pəhriz (günlərlə) 3 gün N(3 - 7) Durulaşma vaxtı 40 dəqiqə N(0 - 60) Spermatozoidlərin 1 ml- də miqdarı 25 mln. N(>15) Eyakulyatda spermatozoidlərin ümumi sayı 125 mln. N(>39) İrəli hərəkətlilər 32 % N(>32) Rəqsi hərəkətlilər 42 % Hərəkətsiz 26 % N(40) Morfoloji normal (Kryuger üsulu) 4 % N(>4) Başcıq(patoloji) 66 Boyuncuq(patoloji) 14 Qarışıq(patoloji) 16 Canlı spermatozoidlər 80 % N(>58) Spermatogenez hüceyrələri 2 % N(0 - 10) Spermaqqlütinasiya Yoxdur Yoxdur Leykositlər
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 06:04
Salam Malik. Əsas göstəricilər, normaya uyğundur. Bircə, patoloji spermotozoidlərin çoxluğu, nəzərə çarpır. Uğurlar.
Anar | 30 Mart 2013 12:35
Salam hekim, bagishliyin size bir sualim var, mende son bir nece gunde ozumde qeyri adilik hiss edirem, yeni, gun erzinde arada bir mende cinsiyyet orqanimdan mayeye benzer bir sey axir, tez-tez olmur arada bir olur ve cuzi axir, bu meni cox narahat edir , xahish edirem mene bunun haqinda bir az melumat veresiniz, evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 06:06
Salam Anar. Bu, çox güman ki, prosatat vəzinin şirəsidir(prostatoreya). Və prostat vəzidə iltihabın olmağını, göstərir.Müalicə kursu, keçmək, məsləhətdir. Uğurlar.
Altay | 30 Mart 2013 11:07
Salam hekim cavab yazdigina gore cox sagol .Allah senden razi olsun ,sen ki elinden qelen komekliyi xestelere ,kasiblara edirsen,duzgun yol qosterirsen inshallah yerin o dunyada cennet olur .Allah seni qorusun.Amin
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:41
Salam Altay. Xoş sözlərə görə, minnətdaram. Uğurlar.
mehdi | 30 Mart 2013 10:37
hekim salam...ilk novbede tesekkurler ki insanlarin qaygisina qalirsiniz..size bir nece sualim var....1..sidiye getdikden sonra penisin yuyulmasi ,hetta ciddi sekilde yuyulmasinin tovsiyye edilmesi ne qeder effektli ve muhumdiur ... 2...24 yasina qeder qizla cinsi temasda olmayan oglan ucun gelecekde aile qurduqda her hansi bir problem yarana bilermi ..... 3..onanizm adi verilen ,yeni suni yolla ,el ve ya basqa vasitelerle oglan bedeninden spermanin xaric olunmasi ne qeder tehlukelidir.... 4..men cinsi elaqeden ,umumiyyetle qadinla temasdan doymuram...bunun pis davami ne ola biler .....her seye gore evvelceden sagolun......biraz etrafli zehmet olmasa.....cox sagolun ..
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:30
Salam Mehdi. 1. Cinsi əlaqədən sonra, müəyyən qədər effekt verə bilər. 2. Belə bir ehtimal var, cinsi həyat nə qədər tez başlasa, bir o qədər yaxxşıdı. 3. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. 4. Hər bir insanın, temperamenti fərqlidi, narahat olmaya dəyməz. Uğurlar.
elvin quliyev | 30 Mart 2013 10:01
evvelceden bize bu weraiti yaratdiginiza gore size twk edirem.menim cinsiyyet orqanimda hem kiciklik var hemde awagiya sola teref eyrilik bu meni cox narahat edir,bunu sizin klinikada emeliyyat etdirmek olar?eger olardsa emeliyyat nece vaxta sagalar,birde emeliyyatin gelecekde prablemi olmazki?xaiw edirem mene cvb verin eger bu sizin klinikada mumkundurse mene elaqe nomresini vere bilersiniz?
Dr.Orxan Agabəyov | 31 Mart 2013 07:08
Salam Elvin. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Emin | 30 Mart 2013 07:56
Həkim salam meni narahat eden tez boşalmağımdı içəri daxil olandan 2-3 deqiqeye boşaliram xahiş edirəm mənə məsləhət verin ən az 15-20 deqiqe davam etsin.öncədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:26
Salam Emin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
mine | 30 Mart 2013 04:57
Salam hekim eger kiside spermanin faizi asagidirsa hansisa yoll artirmaq olumu tsk.
Dr.Orxan Agabəyov | 31 Mart 2013 06:28
Salam Mİne. Bəli, mümkündür - göstəricilərin düşmə səbəblərinin müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.