Rauf | 31 Mart 2013 11:11
Salam. Insanlara yardimci oldugunuz ucun Allah sizden razi olsun. qisa sualimi verim cinsiyyet uzvunun olcusunu artirmaq mumkundurmu?
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:51
Salam Rauf. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Nazim | 31 Mart 2013 10:35
salam hekim meni narahat eden erken bosalmadir bunun mualicesi varmi?varsada neqeder mudete duzelir. size verilesi suallarim coxdu bunun mualicesi olduqunu bilsem sizin qebuluvuza gelmek isterdim zehmet olmasa suali cavablandirdiqdan sonra harda veyaxud hansi klinikada olduquvuzu qeyd edin
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:55
Salam Nazim. Bəli, erkən boşalmanın müalicəsi var. Müalic müddəti, təxminən 1,5 - 2 ay çəkir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
tagizade elsad | 31 Mart 2013 09:36
hekim men ne etsemde yene tez bosaliram ozude doya bilmirem sekseden ne edim ?
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:54
Salam Elsad. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
natiq | 31 Mart 2013 05:24
salam hekim men erken bowaliram nedendi.birdeki tanis bir adam var oda penisini boyutmek isteyir deyir bele derman var
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 06:46
Salam Natiq. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Heç bir dərman vasitəsi, penisin ölçülərinə təsir etmir. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
emin | 31 Mart 2013 02:32
hər gün sekslə məşqul olmaq ziyandır? saç tökülməsinə ziyan ola bilər tez tez sekslə məşqul olmaq
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 18:29
Salam Emin. Hər gün, cinsi əlaqədə olmaq, kişiyə heç bir ziyan vermir. Saç tökülməsinin, cinsi həyata, heç bir aidiyyatı yoxdur. Uğurlar.
Orxan | 30 Mart 2013 19:39
Salam Hekim,Insallah yaxshisiz..Hekim demeli men 5-6 ay bundan qabag hekim yanina getmiwdim,uze ile yoxlanmisdim,mene demisdiki sende prostat boyumesi ve soyuglamasi var,menimde 21 yawim var,ama hec bir problemim yoxduu,sadece olarag mende biraz cinsi zeiflik varr,bununla elaqedar ola bilermii,ama gece sidiye cixma,yadaki nebilim spirtli ickiler icib eliyerken hec bir problm olmur,buda meni hekimin sehv demeyil ile subhelendirir,mene ne meslehet gorerdiz hekim,sizden xahiw edirem mene etrafli cavab vererdiz,evvelceden tewekkurler..
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 18:32
Salam Orxan. Ola bilər, Sizdə, ereksiya problemlərinin, psixoloji səbəbləri var. Adətən, gənc oğlanlarda, debyui problemləri olur, təcrübəsizliyə görə yaranmış həyacan, normal ereksiya mexanizmlərinin pozur. Bu halda, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
User | 30 Mart 2013 19:15
Salam Hekim menim 16 yasim cinsi orqanin uzunlugu 15sm bu normaldir? amma nazikdir bu inkisaf ede biler hele?
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:49
Salam User. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın inkişafı, adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
FİRAXANIM | 30 Mart 2013 18:32
Salam həkim.Bizim övladımız olmur. Yoldaşımda həm zəiflik var,həm də sperma faizi sıfırdır. Bunun müalicısi varmı?
Əvvəllər müalicə almışıq. Effekti olmayıb. Təşəkkürlər.
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 06:00
Salam Firaxanım. Müalicənin düzgün aparılması, diaqnostikadan asılıdır. Birinci növbədə, yazdığınız problemlərin səbəbini aşkarlamaq lazımdır. Sonra, üzgün müalicə təyin etmək olar. Uğurlar.
ziya | 30 Mart 2013 18:24
salam hekim sizden sorusum menim 33 yasim var aileliyem men cinsi elaqede olduqda fikirimi toplaya bilmirem. cox vaxt cinsi elaqede olan zaman hevesim olur ve bosalmamis penis olur. cox vaxt hevesim olmur. xais edirem mene oz fikirlerinizi bildiresiniz
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:43
Salam Ziya. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra. özünüzdə fərq hiss etməsəz., müalicə lazım olacaq. Uğurlar.
ABBAS | 30 Mart 2013 18:05
SALAM HEKIM CINSI ELAQE ZAMANI DERMAN PEREPARATLARINDAN ISTIFADE ELEMEK NE QEDER ZIYANDI ,VE NEQEDER XEYRLIDIR ?
Dr.Orxan Agabəyov | 1 Aprel 2013 05:45
Salam Abbas. Bu tip preparatlardan istifadə, psixoloji asıllıq yarada bilər. Uğurlar.