ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Tural | 3 Aprel 2013 07:16
salam hekim mende her tezden duranda sheffaf su kimi maye gelir ve havanin otaq tempuraturunun isti olmasina baxmayaraq cinsiyyet orqanimda ve xayalar soyuq olur. analiz vermisem ciddi bir sey yoxdu.. mende olan bu gostericiler neyin elameti ola biler
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 06:46
Salam Tural. Bu əlamət, həm cinsi yolla keçən infeksiyanın, həmdə prostatitin(prostat vəzinin iltihabının) əlaməti ola bilər. Hansı müayinələrdən keçmisiniz? Hər halda, belə bir əlamət - səbəbsiz olmur. Uğurlar.
rauf bey | 3 Aprel 2013 05:40
Hekim salam, yoldasim hamiledir dunen test eddik. Men onunla neche muddetden sora elaqede ola blerem? ve neche ayina kimi mumkun? Ve her defe ichine bosalmaq olarmi? Ziyani olmaz usaqa? Tam yazin mumkunse
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:10
Salam Rauf. Əgər əks-göstərişlər yoxdursa, hamiləlik vaxtı cinsi əlaqədə olmaq(boşalmaq) olar. Amma dəqiqləşdirmək üçün, qinekoloqa müraciət edin. Uğurlar.
ulvi | 2 Aprel 2013 20:56
salam hekim mende uzun fasilelerle cinsi isteksizlik olur hec bir ereksiya ve cinsi zeiflik yoxdur bunun sebebi pisxolojikdir sizce 21 yasim var onceden tesekkur
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 06:30
Salam Ulvi. Səbəblər həm orqanik, həmdə psixoloji ola bilər. Daha dəqiq, müayinələrdən sonra demək olar. Uğurlar.
Kenan | 2 Aprel 2013 20:26
salam Hekim cavabiniz ucun cox teshekkur edirem... birde Hekim sizden oyrenmek istediyim men bu spermoqramma analizini harda yeni hansi klinikada vere bilerem?
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 06:52
Salam Kenan. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elcin | 2 Aprel 2013 17:07
PZR analizini sidik kanalindan basqa spermada yoxlamaq olar?
Dr.Orxan Agabəyov | 3 Aprel 2013 06:59
Salam Elcin. Nəzəri cəhətdən olar, amma məsləhət deyil, ən yaxşı variant - materialın sidik kanalından, götürülməsidir. Uğurlar.
elik | 2 Aprel 2013 16:58
hekim men tez qurtariram buda cinsi elaqede sixir meni
Dr.Orxan Agabəyov | 3 Aprel 2013 06:54
Salam Elik. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Raska | 2 Aprel 2013 13:20
Salam Doktor E vitamini icmek olarmi potensiyani mohkemletmek ucun?
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 06:32
Salam Raska. Olar, amma ən əsas - potensiyanı zəiflədən faktorları, aradan qaldırmaqdı. Uğurlar.
Medine | 2 Aprel 2013 11:58
Hekim salam, mende hamileliyin 8-ci heftesidi. tez-tez bash agrisi ve urek bulanma olur. bildiyim qederi ile bu normaldir. ancaq dunen daxilde diskamfort hiss etdim. sanki nese qaynayir. sonra da yungul sancilar bash verir. bu normaldi? neden ola biler? ele fiziki hereket de etmemishem.
Dr.Orxan Agabəyov | 3 Aprel 2013 07:15
Salam Medine. Bu sırf qinekoloji sualdır və ən yaxşı variant, qinekoloqa müraciət etməkdir. Uğurlar.
nicat | 2 Aprel 2013 10:56
salam həkim,mendə həftede iki dəfə tezdenler öz-özüne sperma ifraz olunur səbəbini bilmirem ne qədər analızler edirem heçnə çıxmır,elə olurki bu gun qadınla oluram sabah yenə ifraz olunur,ən çoxda soyuq olanda,səbəbini blməzsi?minetdarlıgımı bildirirəm
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 06:27
Salam Nicat. Əgər soyuqla bağlıdırsa, prostat vəzidə iltihab faktoru ilə əlaqəli ola bilər. Birdəki, eyakulyasiya mərkəzlərində problemin olmasından yarana bilər. Uğurlar.
mine veliyeva | 1 Aprel 2013 21:08
Salam doktor men bilmek isteyirem kiside spermanin az gelmesi uc dord damla normaldirmi ve ne kimi ziyani ola biler cinsi elaqeye
Dr.Orxan Agabəyov | 3 Aprel 2013 07:04
Salam Mine. Spermanın az olması, cinsi əlaqənin gedişatına aidiyyatı yoxdur, yalnız uşaq olmaq ehtimalına aidiyyatı var. Bunu dəqiqləşdirmək üçün, spermoqramma vermək, məsləhətdir. Uğurlar.