mine veliyeva | 4 Aprel 2013 08:34
Salam dokotr eger kiside eyakulyatin hecmi 1.5 dirse bu qadinin hamile qalmasina problem yaradirmi ve nece olmalidir
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:26
Salam Mine. Bu göstərici, normanın aşağı həddindədi, ola bilər hər hansı problem olsun. Təkrar spermoqramma verib, dəqiqləşdirmək olar - əgər həcm yenə az olarsa, cinsiyyət sistemi, müayinə olunmalıdır. Uğurlar.
anonim5 | 4 Aprel 2013 08:18
Salam hekim men spermaqrammanin neticelerini oxutmaq isteyirdim
eyakulatin h 1.5,cinsi pehriz 6,pH7.9,DURULASMA VAXTI 35,ireli hereketliler45,reqsi hereketlilier22,herektsiz33,herketli sp 67,basciq patoloji43,boyuncuq patol11qarisiq patol 9 canli spermatoz78spermatogenez hucey1,lesitin yoxdur bu gostericiler usagin olmasina mane olmaz ki
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:28
Salam Anonim5. Göstəricilər, demək olar ki, normaya uyğundur, bircə həcmi, normanın aşağı həddindədir. Və ən əsas göstəricilərdən, 1 ml-də spermotozoidləri miqdarı göstərilməyib. Uğurlar.
seymur | 4 Aprel 2013 07:54
salam hekim.cox saq olunku suallarimizi cavablandirirsiz men birdefede sizi narahat etmisdim.mende qasiq yirtigi var idi emeliyat ayin 1ri olmusam ne qederden sonra spermaqramiya analizi versem duzgun olar,birde nece gunden sonra cinsi eleqade olmaq olar?sualimi oxudugunuz ucun tesekkurler hekim...
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 08:50
Salam Seymur. Cinsi həyata əməliyyatdan 1 ay sonra, başlaya bilərsiz. Spermoqramma analizini də minimum 1 aydan sonra yoxlayın(adətən 3 aydan sonra, göstəricilər normaya uyğun olur). Uğurlar.
musviq | 4 Aprel 2013 07:21
salam hekim.cinsi elaqede olanda tez bosalma olur 1ve2 ve onnan sonra olma istemirem sebebi ne ola biler zehmet olmasa izah ederdiz tesekguller.28 yas
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:31
Salam Musfiq. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ismayil | 4 Aprel 2013 04:25
Salam Hekim.. Menim 28 yawim var.. men 2006-ci ilde cinsi elaqeden sonra paca arasinda gobelek tutmuwdum.. eyni zamanda 2 gun erzinde axinti ve sidiye gedende yandirma oldu.. Axinti ve yandirma 3 gun sonra ozu kecdi ve hec bir simptom qalmadi .. dermansiz ve mualicesiz.. amma pacadaki gobelek uzun muddet mualice olduqdan sonra kecdi .. Lakin hec bir qan analizi ve sair vermedim.. 2007-ci iden sacimda mueyyen aralarla suretle tokulme baw verdi ve hal hazirda sacim seyrelib.. Bu sac tokulmesinin qandaki gobelek ve ya prostatda gizli iltihabdan ola bilermi ?
Onceden Tesekkur edirem ..
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:23
Salam İsmayil. Sac tökülməsinin, nə göbələk infeksiyasına nədəki prostat vəzidə olan iltihaba, aidiyyatı yoxdur. Uğurlar.
anonim | 3 Aprel 2013 21:15
hekim uzunlugnu yox qalinligni artirmaq mumkundu?
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:22
Salam Anonim. Mümükündür, amma yalnız əməliyyat yolu ilə. Uğurlar.
alik | 3 Aprel 2013 15:19
Salam hekim 17 yasim var amma beden qurulusu inkisaf sanki 13-15 yasli usaqdaki kimidir.mende. penisin uzunlugu ͺbeden olcusu falan yasimi gostermir.ne vaxta mende hem cinsi hemde beden qurulusu deyisecek?birdeki matsubirasiyadan sonra elebil xaya damarim da nese agirliq olur(sizilddiyir) sebebi ne olar?
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:40
Salam Alik. Ümumi inkişaf və orqanizmin cinsi inkişafı adətən 17-19 yaşa kimi davam edir. İnkişafın zəif olması, hormonal pozğunluğla bağlı ola bilər. Xayalarda ağrı, müxtəlif səbəblərdən ola bilər(məsələn varikosele), ən yaxşısı, xayaların doppler müayinəsindən keçməkdir. Uğurlar.
Roma777 | 3 Aprel 2013 07:45
Salam Hekim, Penisimin derisiinde bezen catlar olur , esasen deereksiya zamani ve ya mueyyen muddet (1-2 ay) cinsi elageye fasile verende.. bunun sebeblerini ve nece aradan galdirilmasini zehmet deyilse izah ederdiniz
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 07:02
Salam Roma777. Müxtəlif səbəbləe ola bilər, ən real səbəb - göbələk infeksiyasıdır. Dəqiqləşdirib, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Mr. X | 3 Aprel 2013 07:40
Salam Dok, bir mutexessis kimi ve bodybuilding sahesinde ki tecrubenize esasen sizden soruwmag isteyirem, steroidlerin cinsi aktivliye umumiyyetle insan organizmine hansi zererli tesirleri var ve ya bu tesirlerin olasi ne derecede duzgundur? elbetde ki dunyada taninmiw firmalarin istehsal etdiyi mehsullar nezerde tutlur. Deyerli vaxtinizi bu suala serf etdiyinize gore tewekkur edirem,
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:13
Salam Mr. X. Bu tip preparatlar, cinsi sağlamlığa ziyan vura bilər - məsələ ondadır ki, əzələ kütləsini artırmaq üçün, idmançılar bu preparatların instruksiyasında, tövsiyyə olunan dozaları, dəfələrlə artırırlar. Nəticədə yan təsirlərində olması ehtimalı, artır. Ən yaxşısı,orqanizm üzərində, belə eksperimentlər, keçirməməkdir. Uğurlar.
Mina | 3 Aprel 2013 07:35
Salam Orxan Hekim. Men 10 gun olarki hamile qalmisam. Hekime meslehetdirmi neche vaxtdan sora gedib yoxladmaq?
Dr.Orxan Agabəyov | 4 Aprel 2013 06:58
Salam Mina. Ən yaxşı variant, elə hamiləlik başlayandan, qinekoloq, Sizin sağlamlalığınıza və hamiləliyin gedişatına nəzarət eləsin. Uğurlar.