Mətin | 19 Oktyabr 2014 17:10
Salam doktor. əvvəlcə işlərinizdə uğurlar . Doktor sualım budur. Mənim cinsi orqanımın yanında belə deyimn tük çıxan yerdə kiçik xala oxşayan hardasa 5-6 dənə birşey çıxıb ət xal olur ona oxşayır ama kiçikdir. Doktor bu nədir və müalicəsi olur cavabınızı gözləyəcəm uğurlar.
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Mətin. Bu cinsi infeksiyalara aid edilən, papillomavirusun əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Seymur | 19 Oktyabr 2014 11:40
Hekim salam. Sualim beledir ki, cinsi organim cox balacadir. Aktiv halda 6 sm. Deqiq bilmirem belkede daha balacadir. Ne ede bilerem. Ev usulu boyutmek ve ya hansisa preparat vasitesiyle boyutme vasitesi var. Tesekkurler
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Seymur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Əgər yazdığınız ölçülərdən söhbət gedirsə, yalnız bir variant var - əməliyyat. Uğurlar.
Fəridə | 18 Oktyabr 2014 08:29
Salam. Mən 5 aydı ki evliyəm. Amma yoldasimla cinsi münasibət alınmır. Yeni ki men hele de qiz uşağıyam. Aça bilmir pərdəni. Defelerle ərim həkimə gedib deyibler heç bir problem yoxdur. Men de yoxlanmisam həkimə, mende de problem çıxmadı. Bunun səbəbi ne ola biler? Bir de ki bu hal uzun müddət bele davam etsə mene nece ziyan ola biler? Yeni ki, her hasni bir xəstəlik yarana bilermi mende? Əvvəlcədən teşekkür edirem.
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Fəridə. Toy gecəsi sindromunda, kişinin orqanik problemlərinin olmaması, hələ "hec bir problem yoxdur" fikrinə əsas vermir. Yəni əgər cinsi əlaqə alınmırsa, deməli problem var, ola bilər sırf psixoloji problemdir və nəticədə ereksiya(cinsi orqanın sərtliyi) cinsi həyat yaşamağa imkan vermir. Bu problem mütləq müalicə olunmalıdır ki, ailədə normal cinsi münasibətlər olsun, birdəki hamiləlik yaransın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 18 Oktyabr 2014 04:14
salam hekim. men varikasilsen emeliyyat olmusam. 8 ay bundan qabaq. spermanin faizi 0.5 idi. emeliyyatdan 3 ay sonra 1.1 7 ay sonra ise 3.45 gosterdi. norma ne qederdi ve umid yeri varmi?
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Fuad. Spermoqrammanın göstəriciləri həddən artıq zəifdir, ola bilər yanaşı başqa problemlər də var. Proqnoz vermək üçün, cinsiyyət siteminin indiki vəziyyəti yoxlanılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
raku | 17 Oktyabr 2014 16:42
hekim salam size sualim beledir men 1 ildi aileliem men bezzen cinsi eleqade olmaq isterken cinsi orqanim oyanmir bu hemise bele olmur bezzi hallarda bash verir vetam berkimir xahis edirem cvb yazaardiniz
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Raku. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
PERVIZ | 17 Oktyabr 2014 11:13
salam hekim.zehmet olmasa sualima cvb yazin.hekim menim xayalarimda guclu qasinmalar olur sonra suluqlu yaralar eme gelir ele bilki deri soyulub bu neden ola biler.indiden tskler.
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:22
Salam Perviz. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
murad | 13 Oktyabr 2014 21:11
salam hekim.men spermadan analiz verdm.cekisi 0.8 qram geldi.bu ceki problemli deyilki?eger problemlidise mualicesi varmi?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 05:49
Salam Murad. Müəyyən hallarda cinsi əlaqə zamanı sperma çox ifraz olunur, amma klinika şəraitində həyəcan və narahatçılıq olduğu üçün sperma daha az ifraz olunur, bu hal müalicə kursu tələb etmir. Əks halda spermanın həcminin normadan az olması, xayalarda və ya prostat vəzidə ciddi problemlərin olmasından xəbər verir. Bu problemin səbəbləri müəyyənləşdirilib, düzgün müalicə kursu təyin oluna bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gulu | 13 Oktyabr 2014 20:50
doktor salam bilmek isteyirdim ki kiside fsh lh hormonlari yuksekdise bunun sonsuzluga aidiyyati ola biler yeni spermanin 2 faiz olmasina sebeb ola biler bunun mualicesi var hemin hormonlari qaydasina salmaq mumkundu mualice olunsa tesekkur edirem
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 05:49
SAlam Gulu. Spermanın keyfiyyəti birbaşa FSH hormonundan asılıdır və böyük əksəriyyət hallarda(hormonun səviyyəsi normadan yuxarı olduqda), müalicə kursu deyil, süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilkin | 13 Oktyabr 2014 18:47
Salam Dr . sualim beledir mende bu prosesler yaranib eyax yoluna gedende mende pensimde maye gelir birde qebizlik yaranir agrilar olur bir de cinsi zeyiflik yaradib bu ne ile elaqelndirmek olar ?
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:01
Salam İlkin. Bu əlamətlər prostat vəzidə yaranmış durğunluq proseslərinin əlamətidir(konqestiv prostatit). Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fetulla | 13 Oktyabr 2014 15:55
Salam doctor sizi narahat etmekde meqsedim mende cinsi orqanin ve xayanin normadan cox kicik olmasidi. Bu meni cox narahat edir bunun bir mualicesi varmi
Dr.Orxan Agabəyov | 14 Oktyabr 2014 06:12
Salam Fetulla. Çox güman ki, Sizdə hormonal dəyişikliklər var, birinci növbədə bunu dəqiqləşdirmək lazımdır. Birdə yaş faktoru belə problemlərdə əsas faktordu, müəyyən yaşdan sonra, müalicənin effekti azalır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.