Mr. X | 5 Aprel 2013 08:39
Salam doktor, Yadinizdadirsa men size steroidler barede sual vermiwdim. deyirsiz yani bu tip preparatlardan normada istifade edirlse ziyani olmaz? yani ceki artirmaq ucun bele steroidlerden normal dozani kecmemek sherti ile istifade olunsa cinsi saglamliga menfi tesiri olmaz? Deyerli vaxtinizi serf etdiyinize gore tewekkur eirem !
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:22
Salam Mr. X. Müalicədə, hormonal preparatları, yalnız ehtiyac olduqda(yəni analiz verib, testesteronun azlığı aşkar olunur) təyin edilir. Ona görədə, əgər göstəricilər normayya uyğundursa, bu tip preparatların istifadəsı, mənfi nəticələr verə bilər(cinsiyyət sistemi üçün). Uğurlar.
ali | 5 Aprel 2013 06:00
Orxan hekim.
Men sperma analizi vermeden 3 - 4 gun kecmelidir duzdur bunu yazdiqiniz cavablardan oxuyuruq.
Eger analiz vermeden bir gun gun once BOSALMASAMDA,sevisdikden sonra penisim islandi .
bu halda spermoqramma analizi deqiq olacaqmi xahis edirem mene cavab yazasiniz
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:14
Salam Ali. Əgər boşalma olmayıbsa, heç bir problem yoxdur. Uğurlar.
eliw | 5 Aprel 2013 05:23
Salam hekim,mende analiz zamani "B"virusu -hepatit awkarlanib,yaxinda aile qururam,virusun sperma vasitesile kecmesi mumkundurmu?tewekkurler!
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:39
Salam Eliw. Bəli, cinsi yolla hepatit B virusunun, keçmə ehtimalı var. Uğurlar.
samir | 4 Aprel 2013 20:58
salam hekim men tez bosaliram bunu nece aradan qaldira bilerem
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 06:48
Salam Samir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
elgun | 4 Aprel 2013 19:15
salam men ne edim ki gec qurtarim menim qurtarmaqim 2deqqiqe bele cekmirr...
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 06:50
Salam Elgun. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Tural | 4 Aprel 2013 17:57
Hekim salam. Mənim 2il bundan qabag damar genişlənməsindən əməliyyat olmuşam. Bu yaxınlarda xayamın birin qefil-qefil agrilar başladı. Ara bir agri gelir gedirdi. Agrı zədə alarken agri ilə eyni tip agri idi. Sonra gun vurmasi nəticəsində gece tempraturum qalxdı bogaz agrisi və grip emele geldi. Derhal analgil dimidrol, vitamin S, ve cift triakson iyneler vurdurdum.. He xesteliyin 2gunu xayamda agrilar kesildi ve hal hazirda hec bir agrim yoxdur. Bu agri nece oldu baş verdi ve xestelikden sonra gefil kesildi? bunu nece izah etmek olar?
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 06:57
Salam Tural. Ola bilər, Sizdə xayada iltihab(orxit, epididimit) nəticəsində, yaranan ağrıdır. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
nail | 4 Aprel 2013 17:17
salam hekim size 1sualim var hekim men cinsi elaqada olanda gec qutariram ve cetin qutariram bu neynen bagli ola biler qabaqcadan tesekkiur edirem
Dr.Orxan Agabəyov | 5 Aprel 2013 06:38
Salam Nail. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Uğurlar.
aqilko | 4 Aprel 2013 15:38
salam hekim her vaxtiniz xeyir menim bir dostum var hemise qadinla gorusende kamaqra adli dermandan istifade eliyir sebebi ise az muddetde daha cox qadinla olmaqdi bu dermandan istifadenin ona ziyani varmi umumiyetle bele dermanlardan cavan insanlarin istifade etmesi duzgundurmu
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 06:54
Salam Aqilko. Bu tip preparatların, müntəzəm istifadəsi, psixoloji asıllıq yarada bilər. Uğurlar.
Ruslan | 4 Aprel 2013 11:34
Здраствуйте доктор ... я очень извеняюсь .. как можно , увеличить протяженность полового акта
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 07:06
Здраствуйте Руслан. Прэждевременное семяизвержение может быть связано с несколькими факторами - гиперчувствительностью кожи пениса, психолггическими причинами, воспалительными процессами в половой системе. Выяснив, точную причину, можно назначить эффективное лечение. Удачи.
MURAD | 4 Aprel 2013 11:13
Salam, həkim. Deməli məndə göbəkdən aşağı (övrət yeri ətrafında) papilloma (HPV) virusu var. 2 il öncə "belok" dan analiz (yalnız - sini yoxlamağa) verdim, nəticə müsbət çıxdı. Dəri-zöhrəvi həkiminə müraciət etdim mənə 1 kurs "P-R" (günaşırı 10 gün) və gündəlik "İ-V" (30 gün), tabletlərini tövsiyyə etdi. HPV-ri isə "Ç-O" maddəsi ilə yandırdım. Amma heç bir xeyiri yoxdur. 1 aydan 1 yandırmaqdan bezmişəm. Getdikcə artır. Zəhmət olmasa mənə normal HPV əleyhinə müalicə kursu tövsiyyə edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 6 Aprel 2013 07:14
Salam Murad. Əgər papilloma keçmirsə, deməli immunitet zəifdir. Birinci növbədə, papillomanın, tipləri yoxlanılmalıdır. İkincisi, papillomanı hansısa dərman ilə yox, lazerlə aradan qaldırılması, daha məqsədəuyğundur. Uğurlar.