RuFaT | 6 Aprel 2013 06:42
Salam Hekim.Menim bir sualim var size,men 1 il evvele geder gizla oldugum zaman 4 5 defe ola bilirdim,ama 1 il evvel men Chylamid tutmushdum mualice olundum kechti getdi. ama hiss edirem ki o zamandan bura mende sex de 1 ci boshalmadan sonra,2cini olan zaman biraz gec boshaliram ve yorgunlug chox olur,daha sonra ise 2 ci boshalmadan sonra chox yorgun oluram,bunun sebebini zehmet olmasa izah ede bilersiz mene? neye gore bele ola biler ? ne problem ola biler
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 13:33
Salam Rufat. Xlamidiozun nəticəsində, Sizdə prostatit, yarana bilər, bu səbəbdən ola bilər. Başqa səbəblərdə ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Səbəbləri araşdırıb, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Perviz | 5 Aprel 2013 20:19
salam hekim.Hekim mende allergiya vardi kecdi ama azca qalib in$allah bir aya toyumdu,bunun mene ziyani olmaz?gelecekde uwaqcun ziyani olar?
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 13:25
Salam Perviz. Sizdə olan allergiyanın, hamiləlik üçün heç bir ziyanı yoxdur, narahat olmayın. Uğurlar.
Behruz Asgerov | 5 Aprel 2013 19:45
Salam Hekim.Kecen ay verdiyim suali cavablandirdiqiniz ucun onceden teshekkur.
Bir sualim var yene:Cinsi elaqe zamani qadinin kishiden once boshalmasi hamileliye mane ola bilarmi?
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 13:04
Salam Behruz. Qadının orqazma çatmaq vaxtı(kişidən və ya sonra), hamiləliyə heç bir aidiyyatı yoxdur, narahat olmayın. Uğurlar.
Alik | 5 Aprel 2013 18:53
Hekim salam. Spermanin renginin sarimtil olmasina sebeb ne ol biler? Tewekkur
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 12:53
Salam Alik. Soyuqdəymə və ya cinsi infeksiyalar nəticəsində yaranan iltihabi prosesslə bağlı ola bilər. Birdə, ola bilər, yediyiniz qida ilə bağlı olsun. Dəqiqləşdirmək üçün, spermoqramma analizi vermək, məsləhətdir. Uğurlar.
Orxan | 5 Aprel 2013 18:09
salam Hekim,hekim mende sol xayada agri var,birdeki bagirsag zonasinda agri var,bunu hekime gostermiwem ama deyirki hecne olmuyubdu,guyaki deyir soyuglamiwam ve elecede cinsi zeiflik hiss edirem,goren bu ne ile elaqedar ola biler hekim,birdee hekim sol xayamda,buruwme hiss edirem elece orqanimda buruwme hiss edirem,hekim buda meni cox qurxudur ,sizden xahiw edirem etrafli cavab veridizdee,ne meslehet gorurusuz hekim? demeli buruwme 5-6aydi var,amaki agri 4-5 gundu yaranibdiii,xahiw edirem etrafli yazardizdaa,evvelceden tewekkulerrr
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 12:43
Salam Orxan. Xaya problemlərini dəqiqləşdirmək üçün, mütləq xayaların doppler müayinəsindən keçmək lazımdır. Cinsi zəifliyin, səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik, depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olacaq. Uğurlar.
muntezem | 5 Aprel 2013 17:46
salam hekim men proteyin icirem bezileri deyir bunun cinsi orqana ziyani var guya sey qalxmir bu duzdur yoxsa yox xahis edirem buna cavab veresiniz
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 12:37
Salam Muntezem. Proteinin və başqa idman qidalarının, nə orqanizm üçün, nədəki cinsiyyat sistemi üçün, heç bir ziyanı yoxdu(buna görədə, protein dopinq sayılmır). Yalnız, steroidlər(hormonal preparatlar) cinsiyyət sisteminə, mənfi təsir göstərir. Uğurlar.
Raul | 5 Aprel 2013 16:26
Salam doktor. Sizə 2 sualım var.
1. Cinsiyyət sistemində iltihabi prosess nə deməkdir?
2. Siz hansı klinikada oturursunuz və nə vaxt qəbulunuza düşmək olar?
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 12:29
Salam Raul. 1. Soyuqdəymə və ya cinsi infeksiya nəticəsində yaranan prosess - prostatit, vezikulit və s. 2. Nyu Med klinikası, H. Aliyev küç. 29, TQDK -nın yanı. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
rauf | 5 Aprel 2013 15:35
salam hekim.mende adi hallarda ehtiraslanan zaman penisim normal berkiyir ama hansisa xanimla goruwende heyacanlaniran ve ola bilmirem buna sebeb nedi ve hansi dermandan istifade edimki bu weyi aradan qaldirsin.
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 12:25
Salam Rauf. Çox güman ki, Sizdə psixogen mənşəli, ereksiya problemləri var. Müalicədə həm rasional psixoterapiya həmdə dərman preparatları istifadə olunur. Amma birinci növbədə, düzgün diaqnostika aprılmalıdır. Uğurlar.
Samire | 5 Aprel 2013 12:12
salam hekim. menim yoldasimin prostat vezisi evvel 3-4 mm-di,indiyse 12 mm olub,birde leykociti coxdur cinsi zeyifliyi var,ozude bundan cox nrhtdir. birde evvel varikoz damarindan emeliyyat olub. mene dedi ki,damar genislenmesi olub,indi yene genislenme gedir. qrijadanda emeliyyat olub. dehsetde esebidir. dehwet tez bosalir. bunun axiri hara gedecek? bunun mualicesi varmi? usaq olma ehtimali varmi?
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:19
Salam Samire. Uşaq olma ehtimalını bilmək üçün, spermoqramma analizi vermək lazımdır. O ki qaldı, o biri problemlərə, hər biri müalicə oluna bilər. Uğurlar.
Mr_bioloq | 5 Aprel 2013 10:22
Salam həkim.Mən şəkərli diabetəm və müalicə də olunuram.amma şəkəri hələ tam normaya sala bilməmişəm.Təxminən 1aydı ki müalicəyə başlamışam.Sualım belədi.Mən intimlə məşğul olan zaman aktivlik tamamilə ölür.olmaq istəyirəm amma heç nə alinmir.bu nədən ola bilər?şəkərin buna təsiri var?əvvəlcədən təşəkkür edirəm( üzr istəyirəm )
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 08:16
Salam Mr_biloq. Bəli, şəkərli diabet, erektil disfunfsiyanın yaranmasının əsas səbəblərindəndi. Dİabetlə yanaşı, Siz ereksiya problemlərini aradan qaldırmaq üçün də, müalicə keçməlisiniz. Uğurlar.