ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Rauf | 7 Aprel 2013 19:23
mende bowalma tez olur 2 dq ye yaxin ne etmeliyem
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 16:44
Salam Rauf. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Xeqani | 7 Aprel 2013 14:55
Həkim salam 1)Son 2 ayda mende 3-4 defe öz-özünden boşalma baş verib 2) Penisimin baş hissesinin etrafında(sünnet olunmuş hissede)dairevi olaraq sepgiler var,uzun müddetdir,cinsi elaqe zamanı çox hallarda göynemeler verir Xahiş edirem qısa da olsa bu sualların ikisine de burda izahat vererdiniz Əvvəlcədən teşekkür edirem
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 16:47
Salam Xeqani. 1. Öz-özünə boşalmalar, müntəzəm cinsi həyatın(boşalmaların) olmaması, nəticəsində olur. 2. Penisdə olan səpgilər, müxtəlif səbəblərdən ola bilər, ən real səbəb - herpes virusudur. Uğurlar.
Seymur | 7 Aprel 2013 10:27
Hekim Men Proteyn qebul edirem.Proteyn tozu hem sunan hemde sude qatib icirem gunde iki defe idmannan qabag idmannan sora.iki ildirki fasilenen qebul etmi$em kecen il 1 ay iki 5 kloqram qabda bu il 1 ay di qebul edirem ..bilmek istyrem bunun mene zereri ola biler?
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 06:24
Salam Seymur. Proteinin və başqa idman qidalarının, nə orqanizm üçün, nədəki cinsiyyat sistemi üçün, heç bir ziyanı yoxdu(buna görədə, protein dopinq sayılmır). Yalnız, steroidlər(hormonal preparatlar) cinsiyyət sisteminə, mənfi təsir göstərir. Uğurlar.
AQIL | 7 Aprel 2013 09:47
salam hekim.hekim bagiwlayin sizi bir suaal narahat edecem.men burda sizin cvblarinizi oxudum siz yazmisinizki cinsiyyet orqanin uzadilmasi ucun iki yol var emeliyyat birde bawqa nese..emeliyyati bawa duwdum bes o biri aparati desek yada diger vasiteni nece elde etmek olar nece idare etmek olar?xaiw edirem bu barede mene etrafli melumat veresiniz...onuda bildirimki mende cinsiyyetin uzunlugu 12smdir...bu bilirem normaldir ama ewitdiyime gore ele qizlar varki onlarda cinsiyyetde perdenin derinliyi derindedir ve bu bes etmir o iwi gormeye.onu deyimki subayam.indiden twk
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 07:15
Salam Aqil. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
xeyal | 7 Aprel 2013 09:05
salam sizin klinika hardadi ve sizin elaqe nomrenizi vere bilersiz ?
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 06:18
Salam Xeyal. Nyu med klinikası, H. Əliyev küç. 29, TQDK-nın yanı.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Pervin | 7 Aprel 2013 08:06
Salam hekim. gobeleye gore sualim var. o dediyiniz elametler mende var (qaşınma, göynəmə, ağ rəngli ərp, ) ag rengli erp bir defe olub cemi ama bele xaya nahiyesinde qapig verme var. bunu mualice etdikde tam sagalmaq olur yoxsa xranikidi? bunun fesadlari nedi?
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 06:12
Salam Pervin. Bəli, göbələk infeksiyası, tam sağalan bir infeksiyadı. Əgər müalicə olunmursa, getdikcə artır. Uğurlar.
emrah | 7 Aprel 2013 08:03
salam necesiz doxdur mende xayamin biri ezik fesondu amma agri filan hecne yoxdu onun gelecekde bir ziyani olar?
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 06:08
Salam Emrah. Bu suala cavab vermək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
Senan | 7 Aprel 2013 06:14
Здраствуйте у меня отлично встаёт могу подрачить 5-6раз в день, но когда дело доходит до секса у меня плохо встаёт или когда встаёт нормально быстро умирает, но иногда могу нормально заняться сексом когда как. Что сделать чтоб всегда норьмально встал. Заранее спасибо.
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 10:48
Здраствуйте Senan. Скорее всего, у Вас психогенная форма эректильной дисфункции - т.е. проблемы с эрекцией обусловлены беспокойством и волнением до и во время полового акта. Постарайтесь,  стать более уверенным в себе, не волнуйтесь и все получится. Если же, проблемы не разрешатся, нужно будет пройти, курс лечения. Удачи.
elcin | 7 Aprel 2013 06:09
salam.mende hem tez bowalma olur.hem cinsi orqanim boyuma , yawima gore kicikdir.ve birdeki 1 defe cinsi elaqede olandan sora azi gerek yarim saat gozlemeliyemki yeniden elaqede ola bilem.bu haalar meni narahat edir ve kompleks yaradir mende
Dr.Orxan Agabəyov | 8 Aprel 2013 10:44
Salam Elcin. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi əlaqələrin arasındakı vaxt(refrakter period), orqanizmin individual xüsusiyyətlərindən asılıdır və yazdığınız vaxt, normaya uyğundur. Uğurlar.
mahir | 6 Aprel 2013 21:35
hekim salam alekum. hekim men neynirem xeyri olmur bu hadise mende 2deqiqe cekir bunun tibbi mualicesi mumkundu??? men coox hessas ve ehtirasli olduqum ucun coox tez bowalma olur mende. birde bilmek isterdim sizde bunun mulaicesi neceye bawa gelir??
Dr.Orxan Agabəyov | 7 Aprel 2013 13:27
Salam Mahir. Bəli, erkən boşalma problemi, effektiv müalicə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.