ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
teymur | 8 Aprel 2013 11:50
salam hekim men evvel bir evvel en tez bowalardim indi ise en gec 5 deyqiye .. sozun acigi spirtli ickiden ve siqaretden cox istifade edirem .. cinsi elaqede de hefte erzinde 4 bew defe oluram bu neden olar .. indi cinsi elaqede olanda uc defeden sonra belimde mohkem agriyir
Dr.Orxan Agabəyov | 10 Aprel 2013 06:43
Salam Teymur. Normal cinsi əlaqənin müddəti 7-8 dəqiqədən artıq olmalıdır. Ağrılar, prostat vəzinin iltihabı (prostatit) ilə bağlı ola bilər. Uğurlar.
ismayil | 8 Aprel 2013 11:35
Salam hekim bildiyime gore, varikosel adeten sol terefde olur, ama mende sağ terefde ağrilar olur, bundan başqa sağ ayağimda da damarlarim ağriyir, bu neden ola biler? evvelceden teşekkurler
Dr.Orxan Agabəyov | 10 Aprel 2013 06:30
Salam İsmayıl. Varikosele adətən, soltərəfli olur, amma sağtərəfli də də ola bilər. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
orxan | 8 Aprel 2013 11:27
salam hekim.menim 18 yawim var,cinsi elaqede ola bilmirem,cox tez bowaliram bu problemi nece hell ede bilerem? hansisa dermanla mumkundurmu?
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:19
Salam Orxan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Nadir | 8 Aprel 2013 10:55
salam doktor sizi bir sualimla narahat etmek isterdim.Doktor mende varikosel var bir terefli 2-ci derece. spermoqramma analizindede oliqoastenozospermiya cixdi operasiya dediler amma hekim faizin artmama variantinida dedi. Varikosel mende coxdandi zehmet olmasa deye bilersiz, eger emeliyyat olunsam faiz artma sansim ne qeder ola biler. tesekkur
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:30
Salam Nadir. Bəli. belə bir ehtimal var ki, əməliyyatdan sonra, nəticələr düzəlməsin. Əgər əməliyyat düzgün aparılarsa, artım ehtimalı, 60-80 % qiymətləndirilir. Uğurlar.
Ramil | 8 Aprel 2013 10:27
Orxan hekim salam Size 2 sualim var.1ci sualim budur ki cinsi elaqe zaman neden istifade etmek olarki kisinin cinsi orqani qadinin cinsi orqanina girende aqri vermesin.ve sizin meslehet bildiyiniz dermani ve ya kremi hardan elde etmek olar? 2 sualimda beledirki cinsi elaqe zamani qadinin qurtarmasi ucun ne etmek olar?
Dr.Orxan Agabəyov | 10 Aprel 2013 06:20
Salam Ramil. 1. Lubrikant adlanan kremlərdən istifadə edə bilərsiz, apteklərdə satılır. 2. Birmənalı cavab vermək olmur, ən azından, potensiya güclü olmalıdır. Uğurlar.
mahir | 8 Aprel 2013 05:28
hekim salam,,men tez tez pive icenem,,yayda da qiwda da,,duzdu icdikden sora ehtirasim daha qalxir ve lap gec bowalma olur mende,,amma ewitmiwem bezilerinden guya xarici professorlar mueyyen edibki pive icmek yawa doldugca impotensiyaya getirib cixardir,,bu duzdu?? ve araq qebul etmeyin gelecekde potensiyaya ziyani varmi ya yoxdu??
Dr.Orxan Agabəyov | 10 Aprel 2013 06:15
Salam Mahir. Bəli, alkoqollu içkilərin müntəzəm istifadəsi, potensiyanın zəifləməsinə gətirib çıxara bilər. Daha ətraflı, saytda, zərərli vərdişlər və seks, məqaləsində, oxuya bilərsiz. Uğurlar.
Anar | 8 Aprel 2013 05:01
Salam hekim,mende cinsi elaqe zamani boshalma cox gec bash verir,unun sebebi ne ola biler,sag olun.
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:13
Salam Anar. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
Parviz | 7 Aprel 2013 21:01
Salam aleyku,Hekim bir problemimde var 9 cu sinifden sora sol terefde dö$de $i$ var yeni ele bil icinde maye var bu getmir nece eliyim neyniyim?bu nedi?kömeyinizcun cox sagolun
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:01
Salam Parviz. Bu qinekomastiya ola bilər, yəni süd vəzisinin böyüməsi. USM -dən keçmək, məsləhətdir. Uğurlar.
Xalil | 7 Aprel 2013 19:27
salam aleykum.her vaxtiniz xeyir olsun.hekim uzr istirem cinsiyyet orqani ereksiya veziyyetinde olandan sora cinsiyyet orqaninda bir nece yerde xirda chatlar yaranir.bu ne ile elaqeli ola biler.?onceden cox saolun
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 18:59
Salam Xalil. Bu müxtəlif səbəblərdən, ola bilər. Göbələk infeksiyası, daha çox ehtimal olunandı. Amma dəqiq, müayinədən sonra bilmək olar. Uğurlar.
Kənan | 7 Aprel 2013 19:26
Salam həkim.Öncəliklə belə bir sayt istifadəyə verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.Mən 2 il əvvəl hərbi xidmətdə olanda ştanq qaldırdım,çəki mənim üçün normal idi əvvəllər də məşğul olmuşdum bu idmanla,ama ciddi ağrı hiss ətdim xayalarımda,bir neçə gün addımlamaq çətin oludu,ağrı verirdi keçdi sonra.Sonradan bir problem yaşamadım ama indi aradabir (cinsi əlaqədə olandan sonra daha çox) arrılar hiss edirəm (adətən sol xayada və damarlarda sanki) yeriyəndə daha çox hiss olunur.Yaşım 24,subayam.Bunun səbəbi nə ola bilər ?Müalicəsi hansı formadadır,əməliyyatsız mümkündürmü,təhlükəliliyi nə dərəcədədir ?Ətraflı yazardınız zəhmət olmasa.Öncədən təşəkkürlər
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 18:55
Salam Kənan. Ən real səbəb, damar genişlənməsi(varikosele) ola bilər. Bunu dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Əgər, varikosele diaqnozu təsdiqlənərsə, müalicə adətən cərrahi olur. Əməliyyat düzgün aparılarsa, bu problem həll olunur. Uğurlar.