Nazim | 10 Aprel 2013 17:42
Salam hekim.Size bir sualim var.Men qadinla cinsi eleqe zamani, penisim qadinin vaginasinda olanda sertlewme tez bowalir.yeni cinsi elaqeden qabaq penisim sert olur cinsi elaqe zamani ise bowalir sertlewmir.Bunun sebebi ve nece aradan goture bilerem.Xahiw edirem etrafli mualicesin deyerdiz.Evvelceden size oz tewekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 11 Aprel 2013 07:21
Salam Nazim. Bu tip ereksiya problemləri, adətən psixoloji səbəblərdən olur. Amma, hər halda orqanik səbəblərin olub-olmamasıda, yoxlanılmalıdır. Müalicədə, dərman preparatları ilə yanaşı, rasional psixoterapiya üsullarındanda, istifadə olunur. Uğurlar.
ANAR ASLANOV | 10 Aprel 2013 12:21
Həkim salam. Xahiş edirəm mənim suallarıma ətraflı cavab verin. Çox narahatam. 1) Mən də penisin uzunluğu duranda 12 sm-dan artıq olmur. Əməliyyatın müddəti nə qədər olacaq?
2) Ereksiya zəifdir. 1cisi zəif olmasa da ikinci və üçüncü dəfə olarkan ereksiya çox zəif olur, tam bərkimir.
3)Erkən boşalıram.Elə içinə girən kimi, ya da əl vuran kimi qurtarıram. Təxminən 5-10 saniyə çəkir. İkinci, üçüncü dəfə olarkən yenə tez boşalıram. Nə qədər edirəmsə 5-10 saniyədən artıq getmir.
4) Əgər müalicə olunsam, bunlar müvəqqəti bərpa olunacaq, yoxsa daimi? Yəni gələcəkdə bir də belə problemim olmayacaq ki???Aldığım müalicə gələcəkdə impotensiyaya səbəb olmayacaq ki?
Dr.Orxan Agabəyov | 11 Aprel 2013 06:03
Salam Anar. 1. Penisin 12 sm-lik ölçüləri, normaya uyğundur. 2. Ereksiya problemlərin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). 3. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. 4. Adətən erkən boşalma problemi, birdəfəlik aradan qalxır, ereksiya isə çox faktorlardan asılıdı, bu dəfə səbəb olan faktor aradan qaldırılacaq, amma, gələcəkdə başqa faktorlar, bu problemin yaranmasına səbəb ola bilər. Uğurlar.
cefer | 10 Aprel 2013 11:57
Salam menim 19 yawim var penisimin uzunluqu 11 sm bu normadan awaqidir emeliyyatla uzadmaq isteyirem ne qeder pul lazimdi , hansi klinikaya muraciet etmek ozum utaniram. hansi dermani icmek olar penis boyusun xaiw edirem adini ve qiymetini deyesiz zehmet deyilse
Dr.Orxan Agabəyov | 11 Aprel 2013 05:58
Salam Cefer. Sizdə hələ cinsi inkişaf davam edir, tələsməyin. Heç bir dərman vasitəsi, penisin ölçülərini artırmır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Isabala | 10 Aprel 2013 08:11
Salam hekim.cinsiyyet orqanini boyutmek ucun vakuum pompasinin ziyani var?birde o nece sm e qeder cinsi orqani boyudur?
Dr.Orxan Agabəyov | 11 Aprel 2013 05:54
Salam İsabala. Vakuum pompası, cinsi orqanın ölçülərini, yalnız 1 saatlıq artıra bilər. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Anonim | 9 Aprel 2013 20:38
Salam hekim.men cinsi elaqede olan zaman gec bowaliram bunun ziyani varmi?ilk defe en az 30 deqiqe cekir.ve men elaqe zamani hezz ala bilmirem.sizce bu neden ola biler?bunun gelecekde ziyani ola bilermi mene
Dr.Orxan Agabəyov | 11 Aprel 2013 05:43
Salam Anonim. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Həzz olmaması, gələcəkdə ehtirslanmanın itməsinə gətirib çıxara bilər. Uğurlar.
Aydin | 9 Aprel 2013 05:34
salam hekim menim bir qizim var menim yoldasimbir defe 6 ayliq bir defe de 4 ayliq korpemizi itirib yarimciq dogus olub sizce bu kisiden qaynaqlanan bir problem ola bilermi .
Dr.Orxan Agabəyov | 10 Aprel 2013 08:54
Salam Aydın. Əgər Sizdə cinsi infeksiyalar varsa, yoldaşınıza keçə bilər və bu problemi törədə bilər. Yəni, adətən təkcə qadın yoxlanır və müalicə alır, sonrada təkrar yoluxma baş verir. Uğurlar.
baba | 8 Aprel 2013 20:32
salam hekim bagislayin sizdne bir soz sorusacam menim cinsiyyet orqanimda ve etrafinda xallar emele gelib bu ne demekdir birdeki bir hekime getdim o mene dediki bu rak xesteliyinin elametleridir cox narahatam xahis edirem mene cavab verin 27 yasim var bu xallar demek oalr ki mende coxdandir var bele deyek men bele dusunurem ki bu bir xanimla basqa bir evde olurduq ordan kecib mene infeksiya o yer natemiz idi ve o zaman hecne bilmirdim deyerdim ki hardasa 5 6 il bundan qabaq emele gelib bu neyin elametidir ciddi xestelikdirse bunu sagalatmaq olarmi?
cox xahis edirem mene cavab yazin men ozum ozumde hiss edirem ki bu meni xarici gorkemimin inkisafindada mene mane olur mene ele gelir men inkisafdan geri qaliram buna gore belkede buna basqa sebeb var deye bilmerem birdeki evvel seksle mesqul oldugum zaman berk idi cinsiyyet orqanim indi artiq bos kimidir mene ele gelir ki balacalasir bunu yazdiqim ucun uzr isteyirem amma mecburam mene komek edin xahis edirem
Dr.Orxan Agabəyov | 10 Aprel 2013 08:49
Salam Baba. Bu, çox güman ki, papillomavirusun əlamətidir. Xərçəng riski, yalanız onkogen tiplərdə olur. Bu riskin olu-olmamasını, müayinə göstərir. Müalicədə, dərman preparatları və lazer şualarından istifadə olunur. O ki, qaldı ereksiyanın zəif olmasına, səbəblər müxtəlifdir, həm psixoloji həmdə orqanik. Uğurlar.
Ruslan | 8 Aprel 2013 17:36
Salam hekim. men cox gezende xayaligimin birinde kut agri olur. ama sonradan kecir. o varikoz geniwlenme ola biler? ve eger beledise, 20 yawim teze tamam olub, mene mutleq emeliyyat lazimdi?
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:21
Salam Ruslan. Varikoselenin olub-olmamasını yoxlamaq üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Əgər varikosele varsa, spermoqramma yoxlanılır, əgər göstəricilər normada aşağıdırsa, əməliyyat etmək, məsləhətdir. Uğurlar.
cabir | 8 Aprel 2013 16:51
salam hekim menim tez bosalma ile elaqedar problemim var ne ede bilerem mualicede almisam xeyri olmayib 7 ildir evliyem usagimda olmur mualicede almisam
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:24
Salam Cabir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. O ki qaldı, uşaq olma məsələsinə, kişidə problemlərin olub-olmamasını, spermoqramma verib, yoxlamaq olar. Əgər göstəriciləriniz, normaya uyğundursa, kişi faktoru inkar olunur. Uğurlar.
samir2112 | 8 Aprel 2013 12:32
salam men 3 ildir alileliyem usagimiz olmur mende damar genislenmesi ankar olundu.bunun mualicesi varmi
Dr.Orxan Agabəyov | 9 Aprel 2013 19:16
Salam Samir2112. Bəli, damar genişlənməsinin(varikoselenin) müalicəsi var. Müalicə yalnız cərrahi olur, yəni əməliyyat. Amma əməliyyat etmədən, mütləq spermoqramma yoxlanılmalıdır. Uğurlar.