ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Xanim | 11 Aprel 2013 16:00
Salam,doktor!Spermanin qati olmasi hamile qalmaga engel ola biler?Spermaqrammada durulasma vaxti 70 deq dir.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 06:59
Salam Xanim. Əsas göstəricilər spermotozoidlərin sayı və hərəkətlilik faizidir, əgər bu göstəricilər normaldırsa, durulaşma vaxtının çox olması, əngəl olmaz. Uğurlar.
Rustem | 11 Aprel 2013 13:57
Bagislayin sualima gore. Minet zamani tupurcek vasitesile cinsi organa xestelik kece biler mi?cox uzr isteyirem sualima gore
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 06:49
Salam Rustem. Bəli, belə bir ehtimal var, amma bu ehtimal, yüksək deyil. Uğurlar.
zamir | 11 Aprel 2013 13:43
salam sualima gore uzr isteyirem. bosalma zamani qorunan zaman pensimin sixib saxlamaq ve basqa bu cur qorunmaq ne derecede ziyandir? cox sagolun.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 06:46
Salam Zamir. Bu çox ziyandır və mənfi fəsadlara gətirib çıxara bilər. Ən yaxşısı, prezervatidən istifadə edin. Uğurlar.
mezahir | 11 Aprel 2013 13:32
salam hekim. mende her sey normaldir, polni lezzetle elaqede olsam 10 deq ye bosaliram, .buda cox vaxt qarsi cinsi qane etmir,, elaq zamani hansisa sa tebii vasiteden yada pereparatdan istifade ede bilerem, amma ikinci ve ucuncuce elbetdeki hec bir problemim omur,, yalniz 1 ci meni padvadit edir,onuda deyimki hec bir psixoloji problemim yoxdur,, , diqqqetnize gore cox sagolun,,
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:15
Salam Mezahir. Normal cinsi əlaqənin müddəti 7-8 dəqiqə təşkil edir. Əgər boşalma bu müddətdən əvvəl olursa, bu vəziyyəti erkən boşalma kimi dəyərləndirmək olar, əgər boşalma daha gec olursa, bu  problem sayılmır. Uğurlar.
SIMAR | 11 Aprel 2013 13:08
Salam hekim.Men 4 aydirki evlivem.Evlendiyim aydan yoldawim uwaga qaldi amma 2 aydan aciliw oldu.Yoldawimi muayine eden hekimler uwagin ana betninde 3 gun evvelden olduyunu dediler.Uwagin ana betninde olmesinin menimle elaqesi ola bilermi? Birde penisimde ara sira yungul qawinma olur bunun sebebi nedir? Penisim balacadir bunun ucun cox narahatliq kecirirem. Hiss edirem ki,yoldawimda tam razi qalmir amma bildirmir. Evvelceden tewwekkur edirem.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 06:40
Salam Simar. Ola bilər, Sizdə hər hansı cinsi infeksiya var və bu infeksiya problemlərə səbəb olub. Penisin 12 sm-dən artıq ölçüləri, normaya uyğun sayılır. Partnyorun razı qalması, təkcə ölçülərdən  deyil, ereksiyanın keyfiyyəti və  cinsi əlaqənin müddətindəndə asılıdır. Uğurlar.
cefer | 11 Aprel 2013 12:41
salam hekim .penisim 11 sm qalinliqi 2 3sm qizliq perdesini acmaqda hec bir problem olmuyacaq ?..suallara cavab verdiyinize gore cox sagolun
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 06:37
Salam Cefer. Bəli, bu ölçülərlə, mümkün olar. Deflorasiya prosessində, əsas ölçülər yox, ereksiyanın keyfiyyəti rol oynayır. Uğurlar.
xayala | 11 Aprel 2013 10:52
men size sual vermeliyem demeli bele men bakire olub olmadiqmi nece bilim?bu hada etrafli yazardiz medne zehmet deyilse
Dr.Orxan Agabəyov | 12 Aprel 2013 08:55
Salam Xayala. Bunu, yalnız qinekoloq dəqiq təyin edə bilər. Uğurlar.
Pərviz | 11 Aprel 2013 10:40
Salam.Men sizə problemim haqqında demək istəyirəm,Xahiş edirəm mənə kömək edin.2 sualım var sizə. 1.Mənim cinsiyyət orqanım balacadır.Utanıram.istəyirəm cox yekə yox,normal olsun,BUnu nece etmek olar? 2,Sekslə məşğul olanda erkən boşalma olur.1-ci heç 1 dəqiqə çəkmir,sonra da gec qalxır.o da tez olur,cinsi zəifliyim var.Nə etməliyəm?
Dr.Orxan Agabəyov | 12 Aprel 2013 06:14
Salam Pərviz.1. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. 2. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
ferid89 | 11 Aprel 2013 10:09
Hekim salam. Yoldasim teze hamiledir. Hamile olandan onunla intimde olmamisam, isimle elaqedar rasiyaya getmeliyem 5-6 ayliq. Ovaxta kimi onunla olmasam bunun qadina ve usaqa ziyzni olmaz? deqiqlesdirmek isteyirem/ umumiyetle hamile qalandan sora hec icine bosalmasam ziyani var usaqa?
Dr.Orxan Agabəyov | 12 Aprel 2013 06:08
Salam Ferid89. Hamiləlik vaxtı, cinsi əlaqə olmasa, uşağa heç bir ziyan olmaz. Qadınada fiziki ziyan yoxdur, amma psixoloji bir necə ay cinsi həyat yaşamamaq, çətin ola bilər. Uğurlar.
mamed | 11 Aprel 2013 07:29
Salam hekim. yoldashimin hamileliyinin 8-ci heftesinde muayineden sonra bilindi ki dol 6-ci heftede inkishafdan qalib. dol goturuldukden sonra ekme usulu ile Xlamidioz, Mikoplazmoz, Ureaplazmoz, Qardnerellyoz, Sitomeqaliya, Herpetik infeksiya I-II tip, Brusellyoz, Listerioz, Vərəm ve Toksoplazmoz mikroblari yoxlanildi. cavablar menfi cixdi hamisinda. indi bilmek isterdim dolun inkishafdan qalmasina bashqa ne kimi sebebler ola biler ki? daha hansi muayineler lazimdi? Evvelceden deyim ki yoldahimla qohum deyilik. diqqetinize gore cox sag olun.
Dr.Orxan Agabəyov | 12 Aprel 2013 05:45
Salam Mamed. Yazdığınız mikroblar, Sizdə yoxlanıldı? Ümumiyyətlə, bu infeksiyalar, əkilmə yolu ilə yoxlanılmır. Uğurlar.