ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Kamran | 12 Aprel 2013 13:42
salam hekim ,cinsi elaqede oldugum zaman yuxum gelir .3 4 defe bosaliram 21 yasim var mence bu bosalma coxdu.pensim cinsi elaqede olmadanda sertlesir sebebi nedi
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 16:59
Salam Kamran. Əgər söhbət basturbasiya vaxtı 3-4dəfə boşalmadan gedirsə - həddən artıq sayıla bilər, əgər 3-4 cinsi əlaqədən gedirsə, bu tamamilə normaldır. Penisin cinsi əlaqədə olmayandada sərtləşməsi, bütün kişilərdə olur və tamamilə normaldır. Uğurlar.
faiq | 12 Aprel 2013 12:10
salam hekim cinsiyet orqanimin derisinde qashinma emele gelib o ne ola biler balaca balaca sepkiler var qashinma verir cox sagolun
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:26
Salam Faiq. Ola bilər, herpes virusunun əlamətidir. Amma dəqiq, baxışdan sonra demək olar. Uğurlar.
ceyhun | 12 Aprel 2013 07:47
salam hekim.cinsiyet organi nece yawa qeder inkiwaf edir
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 15:58
Salam Ceyhun. Cinsi orqanın inkişafı, adətən 17-19 yaşa kimi, inkişaf edir. Uğurlar.
Musa | 12 Aprel 2013 06:46
Salam Hekim Evvelce size teshekkurumu bilidirirem bele sayti istifadeye verib insanlari maariflendirdiyinize gore. Size sualim ondan ibaretdir ki men cinsi elage vaxti cox gec bowaliram yeni bu 30-40 deg arasi ceke bilir . Demek olarki artig hezz almiram. Men evvel fikirleshirdim ki partnyoru deyishmeliyem ve deyishdim ancag yene de hemen veziyyetdir. Ashagida olan suallara verdiyiniz cavablardan gordum ki bu cox tez tez masturbasiya etmeyin neticesinde emele gele biler ancag deyim ki men artig 3-4 aydi etmirem ve muntezem sexsle meshgulam. Zehmet olmasa bunun neyin neticesinde bash vere bilecek ehtimalini ve mualice usulunu deyerdiniz. Evvelcenden teshekkurler
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:05
Salam Musa. Uzun müddətli masturbasiya, ehtiraslanmaya mane ola bilər, bir neçə aylıq fasilə, bu vəziyyəti dəyişməyədə bilər. Burdə ki, başqa səbəblər də ola bilər, birinci növbədə, prostatit(prostat vəzinin iltihabı). Səbəbləri müəyyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
илгар | 11 Aprel 2013 22:21
yasli qadinla cinsi elaqede olmaq olar
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:13
Salam Илгар. Əgər Sizi, yaşlı qadınlar cəlb edirsə, olar. Uğurlar.
A L I | 11 Aprel 2013 19:44
salam orxan hekim. size uc sualim var,cox xahis edirem sizden mene cavab yazin . 1-ci sual, men 8 ay once 3 dereceli volikeselden emeliyyat olmusam ,il yarimdir usaqim olmur,bu gun spermadan analiz verdim A hereketllik 28 % 1 ml. 15 ml-dur spermam .usaq olarmi...? 2-ci sualim, bu gun usm oldum hekim mende ikinci dereceli volikasel olduqunu dedi,bu analizle usaqim ola bilermi, bunu emelliyatsiz mualice etmek olarmi...? 3-cu sual, ve birinci dereceli hidrocel { Водянка оболочек яичка } olduqunu soyledi.bu halda usaqim ola bilermi bunu mualice etmek olarmi...? birinci dereceli hidrocel mualicesi varmi emeliyatla yoxsa emelliyatsiz.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 06:54
Salam Ali. 1. Göstəriciləriniz, normaya uyğundur. 2. Varikoselenin yalnız cərrahi müalicəsi var, əməliyyat edib - etməmək, spermanın keyfiyyətindən asılıdır. 3. Hidroseleni(birinci dərəcəli), müalicə etmək olar. Uğurlar.
alik | 11 Aprel 2013 19:27
Salam.Seherler kanaldan ag rengde maye gelmesi nedendi?herdende kanal qashinir
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:01
Salam Alik. Bu əlamət, ya cinsi infeksiyanın  əlamətidir, yada prostat vəzidə ola iltihabın(prostatitin) əlaməti ola bilər. Uğurlar.
Elsad | 11 Aprel 2013 19:13
salam,,her vaxtiniz xeyir,,bagislayin sizi narahat edirem,,hekime getmekden cekinirem,,hemde isle elaqedar vaxtim olmur elede gunuzler,,size bir sual verim,,cinsiyyetim sevisme zamani elede aktiv yeni durmur,,herden durur,,yadaki sevisme zamani tez bosaliram,,hec 1 deq de cekmir,,bezi hallardada mohkem olmagina olur,,amma seks zamani qadinla bir yerde olanda cox vaxt durguzmaqda cetinlik cekirem,,ele olurki hetta berkimemis bosaliram,,,,,,berkimemis bosalmaqda meni narahat edir,,,oxudugunuz ucun tesekkur edirem,,xais edirem,,mene cavab yazasiniz
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 15:56
Salam Elsad. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
Vusal | 11 Aprel 2013 17:51
Salam hekim.men usaq vaxtlarnda soyuqdeyme neticesinde menim xayamda yumurtaligin biri bedenme xaric olmusdu sora 12 yasimda men emeliyat oldum yumurtaligin biri oz yerine getirildi.ve o oz inkisafndan qalib digerinden kicikdi emeliyatdan sora indiyedek inkisaf edib ama digerinen kicikdi .bilmek isteyirem gelecekde bu mende sonsuzluqa bagli bir problem yarada biler?
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 15:53
Salam Vusal. Bunu yoxlamaq üçün, spermoqramma analizini vermək lazımdır. Əgər, göstəriciləriniz, normaya uyğun olsa, narahat olmaya bilərsiz. Uğurlar.
seyfeddin | 11 Aprel 2013 17:49
Salam hekim. Men bilmek isderdim ki cinsiyet orqani hansi yaw dovrune kimi inkiwaf edir?.ve ne edimki 1 defe cinsi elaqede olduq dan sora hevesden duwmuyum?.. Evvelceden minetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 07:02
Salam Seyfeddin. Cİnsi inkişaf, adətən 17-19 yaşa kimi davam edir. Əgər 2-ci cinsi əlaqəyə həvəsiniz olmursa, deməli sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonar, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.