namelum | 13 Aprel 2013 08:35
hekim salam.cox uzr istreyirem bu sualima gore hem sizden hemde oxuyan insanlardan.mecburen verirem bu suali/22yawim var.penisim uzunlugu 11sm mende hardasa bu 14 15 yawindan inkiwaf dayandi qalinligi normaldi ama uzunlugu yox.ve bu meni heddinden artiq narahat edir ve psixoloji tesir gosterir mene.hetta aile qurmagima bele mene pisxi tesir edecek qeder.emeliyyat istemirem hekim.ama mene meslehet verin men neynim?bu olcu menim yoldawimla olmagima uwaq olmagina qizliq perdesi ucun qane edir ya yox?xaiw edirem mene geniw melumat verin.Allah sizden razi olsun canivizi sag elesin.sizede ugurlar ve twekkurler
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 17:22
Salam Namelum. Penisin 11 sm-lik ölçüsü, həm uşaq olmağa, həmdə deflorasiya prosessi(bakirəli pərdəsini keçmək) üçün yetərlidir. Sadəcə ölçülər, qadının cinsi əlaqə vaxtı, orqazm olmağına təsir edə bilər, yəni hesab olunur ki, ölçülər nə qədər böyükdürsə, bir o qədər qadın daha çox zövq alır. Amma bu mütləq deyil, əgər ereksiya güclüdürsə və cinsi əlaqənin müddəti yetərlidirsə, problem olmaz. Uğurlar.
Afsun | 13 Aprel 2013 07:20
Salam hekim,mene maraqlidir evli insanlarin heftede nece gun cinsi elaqede olmaligi normaldir.
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 17:06
Salam Afsun. Bu daha çox yaşdan asılıdır, amma həftədə 2 dəfə normal sayıla bilər. Uğurlar.
Elvin | 12 Aprel 2013 20:32
Salam evela uzr isteyirem sozlerime gore,menim 29 yashim var evveller normal yashaya bilirdim ureyim isteyen qeder indi bir defe orqazma catandan sonra ikincini ola bilmirem butun ehtirasim olur! Siz mene ne kimi komeklik ede bilersiz amma onuda deyimki cox tez az yashlarimdan orta mekteb vaxtindan menim partnyorum olub. Indi ozumu cox pis hiss edirem buna gore. Onceden teshekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 16:55
Salam Elvin. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonar, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Nuhizade | 12 Aprel 2013 18:57
Salam hekim.men bilmek isteyirem ki penise tupurcek vasitesi ile hansi xestelikler kece biler?umumiyyetle cinsi elaqe zamani deb halini almis novunden istifade etdikde penis tupurcekli olur.hansi xestelik tutmaq olar bununla?
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 16:50
Salam Nuhizade. Bəli, bir çox cinsi infeksiya oral cinsi əlaqə zamanı keçə bilər. Amma, belə ehtimal, o qədərdə çox deyil(vaqinal və anal cinsi əlaqə ilə müqayisədə). Uğurlar.
anonim3 | 12 Aprel 2013 18:20
salam.cinsi zeyifliyi erken bowalmani nece mualice etmek olur? ve bu mualiceden sonra effekt nevaxtadek davamli olacaq,yani mualiceden sonra yeniden erken bowalma ola bilermi ve neqeder vaxtdan sonra baw vere biler?
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 16:43
Salam Anonim3. Əgər müalicə, düzgün aparılıbsa, adətən yaranan boşalmaya nəzarət vərdişi, həmişəlik olur(gələcəkdə, bu problemə gətirib çıxaran hansısa səbəb olmazsa). Uğurlar.
Rizvan 5-7 | 12 Aprel 2013 18:03
salam Hekim bilmek isterdim heyacani hansi mualice usulu ile mualice edirsiz?evvelceden chox saqolun Allahrazi olsun
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 16:40
Salam Rizvan 5-7. Yəgin ki, söhbət cinsi əlaqə zamanı olan həyəcandan gedir. Birinci növbədə, uğurlu cinsi əlaqə təmin olunur, eyni vaxtda, psixoterapiya və müəyyən dərman preparatları, istifadə olunur. Uğurlar.
Ali | 12 Aprel 2013 17:34
DOKTOR SALAM BAGIWLIYIN SUALIMA GORE AMMA MECBURAM BU SUALI VERMEYE. Penisi boyutmek olurmu?? eger olursa nece?? menim penisim 12 sm-dir mene v-s meslehet gorduler amma bezileride dediki o pereparat tesir etmir. cavab gozleyirem twk.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 17:00
Salam Ali. Heç bir dərman preparatı, penisin ölçülərini artırmır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Pervin | 12 Aprel 2013 17:21
tez qurtarmaq. buna gore hekime getdim dedi ki, spermani oldurmek olar, ya da derman deyerem olanda istifade edersen. bele istemirem. Umumiyyetle gec qurtasin isteyirem. hec olmasa en azi 10 deq ceksin. qurtarmaq mende 15-20 saniye cekir. analizlerde de saglam cixib. Xestelik yoxdur. gec qurtarmaq ucun mualice. aile heyatina zerer vurmamaqla.
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:39
Salam Pervin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
anonim | 12 Aprel 2013 16:30
salam hekim psixogen menweli erektil disfunksiya ucun e-l meslehetli preparatdi?tewekkurler
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:50
Salam Anonim. Psixogen mənşəli erektil disfunksiyada, müalicənin əsasını, rasional psixoterapiya təşkil edir. Müalicədə bir neçə grup preparat istifadə olunur. Uğurlar.
MURAD | 12 Aprel 2013 16:30
SALAM men bilmek isdiyerdim protein dermanin ne ziyanlari var?
Dr.Orxan Agabəyov | 13 Aprel 2013 16:20
Salam Murad. Protein dərman deyil, zülal mənbəyi olan qidadır, idman qidası. Ona görədə, protenin, nə cinsi sağlamlığa nədəki orqanizmə, heç bi ziyanı yoxdur. Uğurlar.