gun | 14 Aprel 2013 21:07
salam hekim uzur istiyirem. yoldawimda elaqe zamani prablem yaranir tam berk olmur durur olmag isteyir ancag yumsag olur? bu ne ile se elaqedardi ? ne etmek olurar ? hansisa derman komek ede biler?
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:58
Salam Gun. Sizdin yoldaşınızda, potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
ulvi | 14 Aprel 2013 13:13
salam hekim.men 1cidefe oluram ama 2 ci defe yaxwi alinmir.bunun sebebi ne ola biler? bowalmani kenarda eliyirem qadinin hamile olmamgi ucun. bu sebe ola biler? bir il bunnan qabaq 3-4 defede ela alinirdi
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 06:10
Salam Ulvi. Kənarda boşalmaq çox ziyandı, amma başqa səbəblərdə ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Potensiyanın zəifləməsinin səbəblər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
SEBUHI | 14 Aprel 2013 08:23
HEKIM SALAM,MEN SEKER XESTESIYEM 38YASIM VAR,3ILDIRKI COX CETINLIKLE DURUR,ELEDE OLUR DURMUR,SPERMAM COX AZDIR,DEMEK OLARKI COX VAXT GELMIR,SIDIK KISESINE TOKULUR SPERMA DEYILENE GORE,BUNUN SEBEBI NEDIR,MUALICESI VARMI,SEKER XESTELERI UCUN HANSI DERMANDAN ISTIFADE EDA BILEREMKI,YAXSI DURSUN,COX EZIYYET CEKIREM..ONCEDEN TESEKKURUMU BILDIRIREM
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:44
Salam Sebuhi. Spermanın, sidik kisəsinə tökülməyinin(retroqrad eyakulyasiya) səbəbi, çəkərli diabet xəstəliyidir. Cinsi zəifliyik də, şəkərdən yarana bilər, amma yanaşı başqa səbəblər də ola bilər. Hər halda, Sizə hansısa bir preparat yox, kompleks müalicə keçmək, məsləhətdir. Uğurlar.
alik | 14 Aprel 2013 08:16
salam doktor menim penisimin basi (halqa terefi) sisib bu neden ola biler?zede zad almamisam
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:38
Salam Alik. Ola bilər, masturbasiya zamanı, zədələnmə olub(hiss etməmisiniz), amma dəqiq cavabı yalnız əyani baxışdan sonra vermək olar. Uğurlar.
Silent love | 14 Aprel 2013 07:58
Salam, əvvəlcədən sualıma görə üzr istəyirəm. Sizə 2 sualım var. 1. Qadınla sevişdiyim zaman, cinsi əlaqədə olmadan penisim nəmlənir, sperma deyil, amma maye şəklində olur , onu nə dən olur. 2) müxtəlif massaj vasitəsilə penisin ölçülərini böyütmək olurmu. Təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:29
Salam Silent love. 1. Bu, orqanizmin cinsi əlaqə zamanı sürtgü(smazka) kimi istifadə olunan ifraz etdiyi, şirədir. 2. Heç bir massaj növü, cinsi orqanın ölçülərinin, artırmır. Uğurlar.
Anar | 13 Aprel 2013 18:57
salan hekim bagislayin sizi narahat edirem evvelceden size derin tesekkur edirem
hekim men dunen spermatogramma eletdirdim nəticədə 1 ml də sperm.miqdari 19-21 mln/ml,bütün eyakulyatda sperm miqdarı 65-71 mln/ml ,fəal hərəkətli sperm.33 faiz,zəif hərəkətli 14,hərəkətsiz 53 faizdir.spermatogenez hüceyrələr 1 faiz,degenerativ spermatazoidlər 12 faiz.leykositlər 1-3 g/s,epitelal hüceyrələr 0-1 g/s.lesitin az miqdarda baş 9 faiz boyun 3 faiz olub
zehmet olmasa bu gostericiler necedi ve men ne etmeliyem xahis edirem mene melumat veresiz.onu da size bildirim ki teqriben 7 ay bundan qabaq xayamda ezilme olmusdur amma hec bir mualice olmadim ve kecdi yeni ciddi ezilme deyildi
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:26
Salam Anar. Sizin göstəricilər, normaya uyğundur, narahat olmayın. Uğurlar.
Elnur. | 13 Aprel 2013 18:13
Salam. Hekim deyerli vaxtinizi bizlere ayirdiqiniz ucun cox sagolun! Menim 25yasim var kecenil mart ayinda sol xayamda nece desem sanci kimi agri olub kecirdi may ayinda davamli oldu 10gun agriya doze bilmedim axir getdim hekime baxdi ve anadangelme birinci dereceli varikosel olduqumu soyledi ve hecbir qorxusu olmadiqini dedi ve elastik tuman geymeyimi dedi aldim geydim indiyedekde geyirem agri kecdi indi sol xayam yuxari qalxanda ele bil xayamin yuxari hissesinde wiw gorunur ama elimle axtariram tapa bilmirem, birde gezende yox uzananda yungul agri olur. Men bilmek isteyirem bu xestelik sonsuzluqa sebeb ola bilermi? Deyirlerki elastik tuman xayalari rahat hereket etmeye qoymur onun ucunde ziyandir, bu dogrudurmu? Son sualim bowaldiqdan sonra yene sol xayamin yuxari hissesinde agri olur bunun sebebi ne ola biler? Suallarimi cavablandirdiqiniz ucun evvelceden cox sagolun deyirem!
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:21
Salam Elnur. Birinci növbədə, spermoqramma verib, bilmək olar, göstəricilər necədi(sonsuzluq ola bilər ya yox). Ən əsası isə, xayaların doppler müayinəsindən keçin, ola bilər birinci müayinə zamanı problemlər tam aşkar olunmayıb(ağrı varsa - səbəbdə var). Uğurlar.
esma | 13 Aprel 2013 15:28
Salam hekim menim hamileliye hazirlandigim dovrde hekimim mende testesteron harmonu cox olduguna gore yoldasima da bu harmonun faizini asagi salmaq ucun derman yazdi. Lakin bundan sora yoldasimda cinsi zeiflik yarandi. O ne qeder istesede cinsi elaqeye gire bilmir . Mene meslehet vererdiz hekime getmek istemir
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 17:39
Salam Esma. Testesteron kişi cinsi hormonudur, və kişidə onun səviyyəsini azaltmaq ki qadında çoxdur, nə deyim, absurd və cəfəngiyyatdır. Aydındır ki, yazılan preparat, Sizin yoldaşınızda hormonal pozğunluq yaradıb, yəni kişiyə ən vacib olan hormonun, testesteronun səviyyəsi düşüb və buna görədə, cinsi zəiflik yaradıb. Mənim məsləhətim isə - ən azından yoldaşınız o preparatı qəbul etməsin birdə hormonal balansı bərpa edən müalicə kursu keçsin. Uğurlar.
sexavet | 13 Aprel 2013 10:39
salam hekim,men ne edirem tez bowaliram bunun sebebi nedi bilmey olar ki, hansisa dermandan istifade etsem mene nese ziyan ola biler?
Dr.Orxan Agabəyov | 14 Aprel 2013 17:03
Salam Sexavet. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.