ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
İsgəndərov | 24 Oktyabr 2014 07:29
Salam həkim,üzr istiyirem vaxtıvızı alıram,məndə sidik vaxtı az da olsa yanma olur.ereksiya vaxtı az axıntı olur adı vaxtlarda da çox az rəngsiz axıntı olur,sidik kanalında xırda qabarıqlıqlar hiss olunur,nəyin əlaməti ola bilər və müalicəsi necə ola bilər?öncədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:11
Salam İsgəndərov. Bu əlamət ya cinsi yolla keçən infeksiyanın ya da cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 21 Oktyabr 2014 11:50
salam doktur. menim xayam toz kimi qabig buraxir neden ola biler? ciddi bir problem olmaz ki?
Dr.Orxan Agabəyov | 22 Oktyabr 2014 05:58
Salam Emin. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq  qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Yashar | 21 Oktyabr 2014 09:35
Salam hekim bagishlayin sizi narahat edirem.Hkim son gunlerde menim penisin baş terefində yaralar əmələ gəlir penisin ozundə sanki qabıq soyulurmuş kimidir.qaşınmır amma yaralar emeələ gelir.Sizce neden ola biler?
Dr.Orxan Agabəyov | 22 Oktyabr 2014 05:57
Salam Yashar. Ola bilər cinsi infeksiyanın əlaməti olsun və ya  göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq  qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
shahin | 21 Oktyabr 2014 08:47
Salam/ Hormetli Orxan bey, sualim eyakulyatinin miqdari ile bagli olacaq/ bele ki, normalda 2-5 ml intervalimda olmali gosterici mende 6,8 dir. Internetde bu gostericinin az olmasi ile bagli melumat tapsam da eks gostericiler gormedim/ Bu mene ne kimi problemler yarada biler / Evvelceden minnetdaram/
Dr.Orxan Agabəyov | 22 Oktyabr 2014 05:57
Salam Shahin. Ola bilər sadəcə sonuncu boşalmadan çox vaxt keçib və ona görə spermanın miqdarı çoxdu. Əgər təkrar spermoqrammada göstərici normadan artıq olarsa, bu hal polispermiya kimi dəyərləndirləcək. Bu problemin səbəbləri hormonal dəyişiklər və cinsiyyət sistemində iltihabi prosess ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ram | 21 Oktyabr 2014 06:56
Salam hekim sualim var menim sag xayam yuxari dartilir ve Cox pis diskomfort yaradir yuxari sixillir sanki bosluga kecmey uzredir perdeni sixir...qrijam yoxdur....axir iki heftedi elimle yoxluyuram el vuranda agrimir ancaq bir az keylesib sag xayam sizildiyir....ne ola biler mende? Cox sag olun
Dr.Orxan Agabəyov | 22 Oktyabr 2014 05:57
Salam Ram. Xayalarda yaranmış diskomfortun səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 20 Oktyabr 2014 11:30
salam hekim. menim 21 yasim var 14 yasimnan indiye kimi sol xayamda varikasel var ama hec vaxt agrisi filan olmayib nese qorxusu ola biler bunun?? eger mende usaqliqdan testosteron azligi varsa mualice eletdirsem bu yasdan sonra yeniden inkisaf geder mende??
Dr.Orxan Agabəyov | 22 Oktyabr 2014 05:57
Salam Fuad. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Testosteron azlığının müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Coni194 | 20 Oktyabr 2014 08:28
Salam hekim narahat etdiyim ucun uzr isteyirem. Men yaxmanin mikroskopiyasindan analiz verdim her wey normal bir selikde cixib bu neden ola biler?arada sire gelir mende
Dr.Orxan Agabəyov | 22 Oktyabr 2014 05:57
Salam Coni194. Yaxmanın mikroskopiyası analizi düzgün diaqnosika üçün yetərli deyil. Əgər ifrazat varsa, birinci növbədə cinsi infeksiyaların olub-olmaması yoxlanmalıdır. Sonra düzgün müalicə taktikası seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnare | 20 Oktyabr 2014 00:00
Salam hekim.Narahat etdiyim ucun bagiwlayin.Cox uzr istiyirem sualima gore yoldawimin cinsiyyet orqaninda ziyile benzer noqteler emele gelib ve dehwetli derecede qawinmasi var bu ne ile elaqedardi?
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Elnare. Bu cinsi infeksiyalara aid edilən, papillomavirusun əlaməti ola bilər. Amma adətən papilloma olanda qaşınma olmur, yanaşı göbələk infeksiyası ola bilər,  yalnız əyani baxışda diaqnozu dəqiq təyin etmək mümkündür. Hər halda yoldaşınızın müalicə kursu keçməyi məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sebuhi | 19 Oktyabr 2014 20:59
salam doktur.size sualim budu men adice qizin elini tutanda cinsiyetimde maye gelir.neden ola biler?
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Sebuhi. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 19 Oktyabr 2014 19:07
Salam doktur men cox gec kutariram o nedendi
Dr.Orxan Agabəyov | 20 Oktyabr 2014 06:21
Salam Huseyn. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.