ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
A L I | 16 Aprel 2013 05:52
orxan hekim Allah siden razi olsun ki,vaxtinizi bizim kimi insnlara hesr edirsiniz ve bizde sizin cavablarinizla teselli tapiriq..................COX SAQ OLUN .
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 06:12
Salam Ali. Xoş sözlərə görə, təşəkkürlər. Uğurlar.
Hasan | 16 Aprel 2013 02:15
Salam Doktor qulaqdibi xesteliyinden xayamin biri balacalasib sizce sonsuzluga getirib cixarda biler? analiz verdim normal cixdi
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 06:05
Salam Hasan. Əgər, spermoqrammada, göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Kenan | 15 Aprel 2013 22:19
salam. hekim bilmey isteyirem mende her wey qaydasindadi amaki tez cuwe gelirem axir vaxtlarda bayra cixanda qati halda sperma gelir sidikle 1yerde bunun ne kimi ziyani var? hekime getdim dedi bu normaldi, analizde elemedim hec, 1de bilmey istiyirem men esgerlikde prostatima soyug deymiwdi ehtiraslanma berkime olmurdu ve diyanmadan axinti olurdu mualice oldum sonra texris olanann sornada mualice oldum kecib getdi arada cole cixanda gucenme olur sidikle qati sperma geli bunun qorxusu ola biler gelecekde mene? 1de cox ehtiraslananda bowalmasam xayalarimda sancilar olur? buda normaldi? sualim cox oldu uzurlu hesab eldin, cox sagolun indiden, 1de pis cixmasin sizde sidikle spermanin analizin goturulmesi neqeder tutur?
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 06:01
Salam Kənan. Spermanın, sidiklə birlikdə gəlməsi, prostatitin(prostat vəzinin iltihabının) əlamətidir. Xayalarda sancıların səbəbini bilmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Spermoqramma - 20 AZN, sidiyin ümumi analizi - 7 AZN-dir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
emil176 | 15 Aprel 2013 18:55
salam doc.zehmet olmasa sualimi cavablandirardiz.menim cins orqaninda xal kimi et cixintilari emele gelir.cox xirdadi.ne ola biler bu? evvelceden cox sagolun.
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 16:27
Salam Emil176. Bu çox güman ki, papillomavirusdur. Papillomavirus, cinsi yolla ötürülən infeksiyadır(daha ətraflı, saytda, cinsi infeksiyalar bölümündə, papilloma məqaləsində oxuya bilərsiniz). Müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Rashad | 15 Aprel 2013 15:20
Salam Doktor.bir sualim var size.normal halda kiwide sperma nece faiz olmalidir ? ve bu spermanin nece faiz oldugunu harada yoxlatdirmaq olar?evvelceden tewekkur edirem size
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 16:10
Salam Rashad. Spermanın hərəkətlilik faizi, normada 32% -dən çox olmalıdır. Spermoqrammanı, bizim klinikada verə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Namelum | 15 Aprel 2013 12:40
Salam hekim cox sagolun ki bele bir sait acmisiz...hekim mende xroniki prostatit var idi ve mualicede almiwam..amma yenede cuzi goynelti xayalarimin altinda goynelti dersinde qizarti var bu prostatin tam sagalamamsi anlamina gelirmi?xroniki prostat mualice olunandan sonra tezeden yarana bilermi...ve pensitde sertlewmeye getirib cixara biler fesadlari gelecekde potensiyaya m,ane ola bilermi zehmet olmasa cavablandirradiz
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 16:18
Salam Namelum. Xroniki prostatit, yenidən kəskinləşə bilər, buna görədə ildə 2 dəfə profilaktik müalicə etdirmək, məqsədəuyğundur. Xayadakı prosessləri, xayaların doppler müayinəsindən sonra, dəqiqləşdirmək olar(qızartının, prostatitə heç bir aidiyyatı yoxdur). Xroniki prostatit, potensiyanın zəifləməsinə, gətirib çıxara bilər. Uğurlar.
Orxan | 15 Aprel 2013 10:15
Salam hekim menim 20 yasim var bedenin inkisafdan dayanmasi,cinsi orqaninda inkisafdan dayanmasi,uzde tuk cixmamasi hormonlarla bagli ola biler? ve eger bu istiqametde mualice alinsa mualicenin tesiri olar? qabaqsadan teshekkurler..
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 11:06
Salam Orxan. Bəli, səbəb hormonlarla bağlı ola bilər və əgər düzgüm müalicə aparılsa, problemlər aradan qalxar. Uğurlar.
Samir | 15 Aprel 2013 09:25
Salam hekim size 1 sual verim men 5 ay yarım olar varikoselden axrıncı derece emelyat olundum indi meşq edə bilərəm. Sagol
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 08:03
Salam Samir. Yüngül məşqlərə, başlaya bilərsiz. Uğurlar.
BAXRAM | 15 Aprel 2013 08:56
salam hekim men gec kutariram el vat olurki hetta 1 sahat kutara bilmirem o nedendir bes ?
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 06:06
Salam Baxram. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
anonim 77 | 14 Aprel 2013 22:24
Salam hekim menim cinsiyet orqanim 9sm 22yasim var evlene bilerem.cox sag olun
Dr.Orxan Agabəyov | 16 Aprel 2013 05:54
Salam Anonim 77. Penisin 12 sm-dən artıq ölçüləri, normaya uyğun sayılır. Ola bilər ki, cinsi həyatda, müəyyən çətinliklər yarana bilər. Uğurlar.