seid | 17 Aprel 2013 06:05
salam hekim men ikinci defe ola bilmirem. yeni birinci defe olandan sora tam olur. ikinci defe olmur.bu normaldir ? problemi yoxdurki?
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 06:00
Salam Seid. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Cavid | 16 Aprel 2013 23:38
Salam hekim.Menim 22yawim var.Mende novroloji problemler olub.Mualice almiwam ve davam edir.Psixoloji problerime gore de bir nece psixoloqla goruwsem de musbet netice vermeyib.Men de cinsi elaqe zamani cox vaxt heveszilik yaranir,fikrim yayinir ve zeiflik yaradir.Hetta bezen partnyorumun mene toxunmasina baxmayaraq hec bir ehtiras oyanmir.Bu hallar texminen 1-2 il olar davam edir.Bu sebebden belke problem partnyordadi deye partnyorumu deyiwsem de eyni weyler baw verir.Belkede sirf bu sahede ixtisaslawmiw psixoloqa muraciet etmeliyem ama evvelce sizden bu barede meslehet almaq isterdim.Diqqetinize gore evvelceden Teshekkur!!
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 05:51
Salam Cavid. Bu problem, psixogen mənşəli, erektil disfunksiya adlanır. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Amma səbəblər, cinsiyyat sisteminin xəstəlikləridə ola bilər, bunu dəqiqləşdirib sonra müalicəyə başlamaq lazımdır. Uğurlar.
Tehran | 16 Aprel 2013 22:29
salam doctor.zehmet olmasa sualimi cevaplandirardiniz.evelceden twk..cinsi elaqede tez tez olmaq daha yaxwidi,yoxsaki gec gec..texminen ayda nece defe normal veziyyetde?
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 05:38
Salam Tehran. Həftədə 2 dəfə cinsi əlaqədə olmaq, tam normaya uyğundur. Daha çox olmaq, ziyan deyil(temperamentdən asılıdır). Uğurlar.
ibiwevic | 16 Aprel 2013 19:26
Salam Doktor.Bir soz sorusum menim penisim 11 sm men nece onu boyude bilerem?
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 05:32
Salam İbiwevic. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
roman | 16 Aprel 2013 18:23
salam hekim menim 26 yasim var birincini normal oluram ama tez kutariram ikincini ise olmaq ucun gerek 5-6 saat kece sonra tez olmaq isteyende durmur.x tabletkasindan istifade eleyirem onda hem sunnet mohkem olur hemde istediyim kimi oluram.men ne edim bunun malicesi nedi?ve x istifade elemek ziyan deyil?birde mende tez tez sunnetin papaginin al terefinden sulux kimi sepki olur dehsetde qasinir yoxa cixir bir muddet sonra yene cixir qasinir sisir sulux kimi sonra gene itir.
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 06:44
Salam Roman. 1. Bu tip preparatlar, daimi istifadə etdikdə, psixoloji asıllıq yarada bilər və hər bir dərman preparatı kimi, yan təsirləri var. 2. Bu çox güman ki, herpes virusudur(cinsi infeksiya), müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Kavkazech | 16 Aprel 2013 18:19
1.cinsi organimi dermanlarla nece boyude bilerem ki bawqa orqanlarim kimyavi heblerden eziyyet cekmesin?cinsi orqanin boyumesi ucun
hansi hebler yeni derman meslehet vererdiniz?(max 20-25 sm)
2.cinsi elaqe zamani tez bowalmamaq ucun ne etmey ve hansi dermanlari qebul etmeyh lazimdir?
sizin wifahi komeyinize cox ehtiyacim var.men vetenden uzax olduqum ucun sizden komey isteirem.
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 05:29
Salam Kavkazech. 1. Heç bir dərman vasitəsi, cinsi oranın ölçülərini artırmır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. 2. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
fazil | 16 Aprel 2013 16:09
Salam Doctor cinsi elaqde az olmaq cinsi orqanin zeif inkisafina sebeb ola biler ?
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 06:36
Salam Fazil. Cinsi həyatın intensivliyinin, cinsi orqanın inkişafına heç bir aidiyyatı yoxdur. Uğurlar.
Serdar | 16 Aprel 2013 15:04
Salam doktor. Davmli olaraq masturbasiya ile mesgul olmaq cinsi guce nece tesir edir? Bunun ne kimi fesadlari ola biler? Cavabiniz chox onemlidir,onceden teshekkurler.
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 06:10
Salam Serdar. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Altay | 16 Aprel 2013 14:22
Salam həkim mənim 20 yaşım var cinsi əlaqə zamanı erkən boşalıram hardasa 2 dəqiqə çəkmir bunun bir müalicəsi varmı,və nişanlıyam necə yoxluya bilərəmki evlənəndə uşağım olacaxmı ... əvvəlcədən təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 06:25
Salam Altay. Bəli, erkən boşalmanın effektiv müalicəsi var. Uşaq olma ehtimalını yoxlamaq üçün, spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
emin | 16 Aprel 2013 12:40
salam hekim size sualim erken bosalma yeni birinci defe tez cox tez oluram ikinci defe biraz normal oluram ve en esasi onu bilmek istiyirem cox uzur istiyirem men 3il bundan qabaq xesteliye tutulmusam ve mualice almisam yeni prastatimi mualice edibler sidik kisem qalib onan sonra aile qurmusam ve bir usaqim var indi sidikde goynemeler olur aqrilar olur bilmek istiyirem ki bu xestelik yeni sidik kisemde qalan xestelik eleqe zamani yoldasima kecib ve kecmiyib men onu nece bilerem bu yaxinlarda prostatimi mualice edib sonra yene elaqede olmusam yeni bilmek istiyirem ona dusub birde mene qayidanda mende nece elametler olur en esasi bunu bilmek istiyirem birde hekim sidiyin surtme analizi n-gn tapildi (tek tek)bu analiz ne demekdi xais edirem mene cavab yazasinis
Dr.Orxan Agabəyov | 17 Aprel 2013 07:53
Salam Emin. 1.Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Cinsi infeksiyala analiz verin, təyin edəcəksiz, hansısa infeksiyanı yoldaşınıza keçirə bilərsiz ya yox. 3. Əgər söhbət gonoreyadan gedirsə(tam yazmamısınız), bu cox ciddi xəstəlikdir, mütləq müalicə olunmalıdır. Uğurlar.