Cahid | 17 Aprel 2013 16:21
Salam evvelceden size tesekkur edirem. Men hec bir problem hiss etmemisem sadece ozumu hekime yoxlatmaq istedimki tam emin olumki her sey heqiqetende yolundadi. Tanidigim bir androloq vardi ona yoxlandim o spermaya mikroskop altinda baxdi ve aktiv, zeif ve passiv spermotozoidlerin sayin bildirdi 5-6 aktiv 4-5 zeif ve s. Düzü mikroskopla özümede gosterdi amma saymadim. Mene aktivlerin az oldugunu, hemcinin spermanin qederinin de az oldugun bildirdi. Dermanlar yazdi, ondan oteriki aktivlerin sayin artirmaga. Amma yeniden basqa bir yerde yoxlanmaq isteyirem. Sizin bu meseleye fikrinizi bilmek isterdim. Men bildiyime gore 1 aktiv spermatozoid hamilelik yaratmaga kifayet edir. Men nese etmeliyemmi? mene ne meslehet gorursuz? Bir sualim da var, aktiv spermotozoidlerin sayin artirmaq ve spermanin qederin artirmaq ucun ne etmek lazimdi? derman istifade etmeden. meselen hansi qidalardan daha cox istifade etmek ve yaxud hansi hereketleri etmek? Evvelceden tesekkur edirem size.
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 11:03
Salam Cahid. Normada, 1 ml-də spermotozoidlərin sayı 5-6 yox, 15 milyondan çox olmalıdır. Əgər spermotozoidlərin sayı, bu rəqəmdən azdırsa, deməli cinsiyyət sistemində hər hansı problem var. Bu problemi aşkarlıyıb, müalicə etdirmək məsləhətdir. Təkrar spermoqramma verin və göstəricilərinizi norma ilə müqayisə edin. Uğurlar.
Natiq | 17 Aprel 2013 15:57
Salam Doktor mende prostat xesteliyi var sizden bilmek isteyirem ki, onun mualicesi varmi???onceden teshakkurler.
Dr.Orxan Agabəyov | 19 Aprel 2013 06:09
Salam Natiq. Bəli, prostat vəzi xəstəliklərinin, effektiv müalicə metodları var. Uğurlar.
tural | 17 Aprel 2013 15:31
Salam hekim.Men babama gore sizi narahat edirem.77 yasi var. Prostat xosxasseli hiperploziyasi. Olculeri AP 65 mm. R 82mm. L 65 mm. V 180 qr, PSA 6,1 yoxlanilib. Amma 1 ay bundan qabaq PSA 4,8 cixmisdi.Bu narahatciliq 1,5 ay olar ki var. Cox xahis edirem meslehet veresiz.Bir hekim deyir cerahiye,biri deyir dermanla muelice olar.Yasa gore de qorxuruq. Ne gozleyir sizce?coxmu agirdi?Siz ne meslehet verirsiz?Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 19 Aprel 2013 06:11
Salam Tural. Əgər dərman preparatları fonunda, sidik ifrazı normaldırsa, bu yaşda əməliyyat etməmək də olar. Birdə, sərbəst PSA(Free PSA) yoxlanması, vacibdir. Uğurlar.
ismət | 17 Aprel 2013 15:07
bagislayin Orxan hekim sizi narahat eden mesletinize ehtiyaci olan ve sualimi cavabladirsaz cox minnetdaram olaram sizden bir soz sorcum bir mutexesisis bu sahenin hekimi kimi tez bosalmagin sebebi ve onun tebii bitkilernen mualicesi adeten cinsi orqana mualice az esitmisem tebii usullar bir terevezlerden petruskanin birde dede baba qaydasi quru meyveler( qoz ,findiq) bir mutexesis kimi deye bilersiz mualicesini ne edek bu problemi sukur bir az yaxsiam qabaq saniye cekimirdi 10 saniye bosalmaqnan bir az t-l dermani haqda bilersiz bir az komek oldu amma ene narahatam
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 08:13
Salam İsmət. Erkən boşalmanın müalicəsində, təbii vasitələr istifadə olunmur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
celal | 17 Aprel 2013 14:48
Salam doctor. Menim cinsiyyet orqanimin ustune tuk cixir, yani cinsiyyet orqanimin deri olan hissesine, uc tereflerine yox.. Bu da meni narahat edir, maraglandigima gore hec kimde bele hala rast gelinmir, meni narahat edir, bu neden asilidir.. cox sag olun..
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 08:11
Salam Celal. Bu individual xüsusiyyətdir və tibbi problem sayılmır. Əgər, Sizi narahat edirsə, epilyasiya edə bilərsiz. Uğurlar.
nicat | 17 Aprel 2013 12:22
salam.menim 24 yawim var.erken bowaliram.hemde penisim yumwaq olur/ sag xayamda biraz kicik damarlar gorsenir? hec bir agri yoxdur/ ne xesteliyi ola biler?
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 06:53
Salam Nicat. 1.Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. Çox güman ki, damar genişlənməsi var(varikosele), dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
ekrem | 17 Aprel 2013 11:06
salam hekim. mene taniw hekim deyib ki mende varikos (damar geniwlenmesi) var onu nece deqiqlewdire bilerem. bi de ki hekim men her seher yerimden qalxanda cox ehtirasli oluram bunun sebebini de deyerdiz zehmet olmasa. evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 06:02
Salam Ekrem. Xayada damar genişlənməsinin olub-olmasını, xayaların doppler müayinəsindən keçərək, öyrənmək olar. Səhərlər, ehtiraslı olmaq, kişidə testestesteronun səviyyəsinin ən yüksəkdə olmasından olur, bu normal haldır. Uğurlar.
Emin Abbasov | 17 Aprel 2013 09:52
Hekim mende tez bosalma olur. hetta ele olur ki bir nece saniye oolur. utaniram. ehtirasim coxdu amma hereket vaxti cox tez bosaliram. mene bir meslehet verin
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 06:11
Salam Emin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Saytda, erkən boşalma haqqında məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsininz. Əgər bir müddətdən sonra fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Aqil | 17 Aprel 2013 07:25
Salam Doctor, qadinin hamilelik dovrunde cinsi elaqede olmaq normaldimi? ve eger normaldirsa hansi ayina qeder? ve sonradan fesadlari ola bilermi?evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 07:08
Salam Aqil. Bəli, əgər əks-göstəriş yoxdursa(ginekoloq təyin edir), hamiləlik vaxtı cinsi əlaqədə olmaq olar. Amma, qinekoloqun konsultasiyası, məsləhətdir. Uğurlar.
mehman | 17 Aprel 2013 06:25
salam
kesriy emeliyyati olmuw qadinla nece vaxt sonra cinsi elaqede olmaq olar
cox sag olun
Dr.Orxan Agabəyov | 18 Aprel 2013 05:46
Salam Mehman. Keysəriyyə əməliyyatından sonra, minimum 4 həftə(ən yaxşısı isə 6-8 həftə), cinsi əlaqədə olmaq, məsləhət görülmür. Uğurlar.