Ferid | 20 Aprel 2013 11:19
hekim salam.dorzal vena catismamazliginin mualice usullari var?zehmet olmasa bu haqda melumat vererdiniz
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:18
Salam Ferid. Bu diaqnozu yalnız penisin damarlarının doppler müayinəsindən sonra, təsdiq etmək olar. Müalicə yalnız cərrahidir, amma bu əməliyyatlar həmişə uğurlu nəticə vermir. Uğurlar.
mine v | 20 Aprel 2013 02:13
Salam doktor biz yoldasimla normal cinsi elaqede oldugumuz vaxt birden bilmemezlikden cinsi orqani iki saniyelik arxa terefime rast geldi ve meni cox incitdi bu anal sex sayilirmi ve mene ziyani olarmi anal sexdeki kimi
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:23
Salam Mİne v. Xeyr, bu anal cinsi əlaqə sayılmır və Sizin üçün heç bir ziyanı yoxdur, narahat olmayın. Uğurlar.
Ferid NS | 19 Aprel 2013 20:45
Salam hekim...Evelceden tewekkur..ALLAH razi olsun sizden... Size iki sualim olacaq... qebzlewmeden insan prastatit ola bilermi? Birdeki insan arqanizminde uzun muddet qurd varsa askardioz, lyambla kimi bu insani cinsi zeifliyine tesir edirmi?
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 07:58
Salam Ferid NS. 1. Qəbzlik, adətən prostatitin yaranmasına birbaşa səbəb deyil. 2. Qurd invaziyaları, orqanizmə xələl gətirir, cinsi zəifliyə aidiyyatı yoxdur. Uğurlar.
araz | 19 Aprel 2013 13:26
salam.hekim menim 23yawim var son 3 ildiki zeifleme gedir bu sizce neden ola biler?onuda deyimki 1 defe tripit olmuwam onnan bele bawladi zeiflik cinsi elaqe zamani tez tez cetinlik olur gah zeifliyir gahda normallawir arada ayqlarimdada titreme olur.tewekurller.
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:26
Salam Araz. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Dagectan | 19 Aprel 2013 10:10
salam hekim... 19 yawim var uwaqliqdan indiye kimi hec bir meyve yememiwem , spermanin gelmeyinde hec bir problem yoxdu, ama narahatam geleceyde uwaq olamqinda problem olmaz? cunki bedenimize vitamin meyveden alir ..
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:45
Salam Dagectan. Uşaq olma ehtimalı, yalnız spermanın keyfiyyətində asılıdır. Bunu bilmək üçün, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə, müqayisə edin. Uğurlar.
El Nur | 19 Aprel 2013 09:31
Salam Doktor. Mən uşaq vaxtı kriptorxizm keçirmişəm və cərrahi əməliyyat olunmuşam (5 yaşında). Bunun mualicəsi varmı? Bildiyime görə spermaların % dərəcəsinə, hərəkətliliyinə təsir edir. Süni mayalanma olmadan spermanın % dərəcini artırmaq, hərəktliliyi artırmaq mümkündürmü?
Cavabınıza görə təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:48
Salam El Nur. Birinci növbədə spermoqramma verin, öz göstəricilərinizi öyrənin. Müalicənin üsulları, Sizin hal-hazırda olan göstəricilərinizdən asılıdır. Uğurlar.
teymur | 19 Aprel 2013 09:29
salam, hekim.menim oglumun 5yasi var.amma xayalari kisede deyil yuxardadir.Bir il evvel aperasiya eletdirmek istedim.urolok dediki hele agri vermir 5 yasina qeder kozlemek olar.mene bir meslehet verin.men edim hekim birde bu xestelik irsden kece bilermi babasinnda ve mende xayalarin biri yuxardadir sagolun
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 07:29
Salam Teymur. Tezliklə əməliyyat olunmağı, məsləhətdir(əslində 5 yaş gecdir). Bəli, kriptorxizmin yaranmasında irsi meyillik, vacib rol oynayır. Uğurlar.
emil | 19 Aprel 2013 09:29
Salam hekim men evveller idmanla mesqul olmusam o vaxtlar dermenden istifade edirdim. Indi cinsi elaqe zamani men cox tez qurtariram. Bu hemin o dermanlarin eks neticesi ola bilermi? Bunu ucun men ne etmeliyem? Yeni bunun mualicesi var? Onuda qeyd edimki men subayam. Onceden tesekkurler.
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 07:17
Salam Emil. Erkən boşalmanın səbəblərinin içində, hansısa dərmanların qəbulu yoxdur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Ferid | 19 Aprel 2013 08:43
salam hekim.men spermadan analiz vermisem netice beledir (A B) 19%, celd ireli hereketli (A) 10% , ireli proqressiv hereketli 9%, zeif ireli hereketli 5% , hereketsiz76%, morfoloji normal spermotozoidler 21%, pataloji formalar 18%, spermotogenez huceyreler 3% faizler cox asagidir?zehmet olmasa deyerdiz birdeki bunlari mualice ile ne qeder muddete qaldirmaq olar ve ne kimi ziyani ola biler? evvelceden cox sagolun tesekkur
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 07:25
Salam Ferid. Sizdə hərəkətlilik faizləri normadan aşağıdır. Birdə Siz, vacib göstəricilərdən olan, spermotozoidlərin sayını yazmamısınız. Müalicənin müddəti, bu problemləri yaradan səbəblərdən asılıdır. Uğurlar.
qaqaw | 18 Aprel 2013 20:34
doktor klinikaya gelsem menim butun problemlerimi aradan qaldira bilersiz?mende damar geniwlenmesi var(xayamda sol nahiyesinde damarlar yigilib)tez bowaliram ozde cox tez her defe(1ci defede,2ci defede.....)durandada tam durmur yumwaq olur,ele vaxt olur tam durmamiw bowaliram,nebilim weyimin ucundan axidiram durmuw veziyyetde qalanda ve meni bu problemler cox narahat edir men klinikaya gelsem bunlari mualice eleye bileceksiniz siz?
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:57
Salam Qaaw. Bəli, bu problemlərin effektiv müalicəsi mümkündür, çalışaram Sİzə kömək edim. Uğurlar.