L-nur | 21 Aprel 2013 17:33
Salam hekim menim 17yasim var, sidiy analizi vermisdim leykosit cox cixdi, leksoit nedi? bideki cinsiyet orqani derisinin ustunde sepkiler var bu nedi? sidye gedende gec alinir seher, herden gucnen durur, hisselemirem, meslehet verinde zehmet olmasa tesekkur.
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 06:16
Salam L-nur. Leykositlər, iltihabi prosessin əlamətidir, yəni sidik-cinsiyyət sistemində iltihab var. Səpgilər müxtəlif xəstəliklərin əlaməti ola bilər, baxışdan sonra dəqiq demək olar. Birinci növbədə, iltihabi prosess, müalicə olunmalıdır. Uğurlar.
cavid | 21 Aprel 2013 17:01
salam hekim mende dehseti qasinma var sperma analizi vermisem 5faiz cixib sperma fazi mualice ile qaldirmaq olarmi xais edirem suali cavablandirasiniz onceden tesekur.
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 06:07
Salam Cavid. Sidik kanalında qaşınmaya səbəb cinsi infeksiya ola bilər. Spermotozoidlərin hərəkətlilik faizini, qaldırmaq olar, amma düzgün müalicə yalnız səbəbləri dəqiləşdirəndən sonra, təyin etmək olar. Uğurlar.
YADIGAR MEMMEDLI | 21 Aprel 2013 16:40
doktor salam.cinsi elaqe zamani hevesim oyanir ve tez de yatir.hevesden duwurem.penis et kimi yumuwaq olur. tabletka ile her wey qaydasinda olur.bu haqda melumat almaq isterdim mumkunduse.onu da deyim ki,ozel klinikada bununla baqli mualice aldim xeyrin gormedim.yawim 35.onceden twk
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 06:20
Salam Yadigar. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Səbəbləri araşdırıb, düzgün müalicə yəyin etmək olar. Bu tip dərmanların istifadəsi, psixoloji asıllıq yarada bilər. Uğurlar.
Rövşən | 21 Aprel 2013 11:52
Salam Hekim,
28 yasim var, subayam. Cinsi heyatim qeyri muntezemdir, demek olar ki 2-3 ayda bir defe. Birde 5-10 gunden bir masturbasiya. Amma tez tez ehtiraslaniram deye prostat etrafi yungulvari agrayir ve axir vaxtlar ereksiya zeiflemesi var. Evvel ise bele deyildi. Ereksiyanin zeiflemesi ne ile bagldir ve nece muailce etmek olar? pereparat meslehet gore bilersiniz? Birde hekim siz harda oturursunuz? Xidmetleriniz bahalidir? qiymet nece deyisir?
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 05:42
Salam Rövşən. Prostat vəzidə ağrılar, adətən iltihab nəticəsində olur(prostatit). Ereksiya problemləri həm psixoloji həmdə orqanik səbəblərdən ola bilər. Səbəbləri araşdırıb, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğular.
ashraf | 21 Aprel 2013 09:49
salam hekim.narahatciliga gore uzr istiyirem. umumiyyetle cox heyecanlaniram. intimde de heyecan meni cox pis veziyyetde qoyur. demek olar ki heyecandan penisim berkimir. cox erken bowalma olur. 23 yawim var. bele hallar heyecanli oldugum ucun baw verir yoxsa bawqa problemler de ola biler? mene meslehet verin zehmet olmasa. tewekkur edirem.
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 05:39
Salam Ashraf. Bəli psixoloji səbəblər ola bilər. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Amma orqanik səbəblərdə, mütləq inkar olunmalıdır. Uğurlar.
dagectan | 21 Aprel 2013 07:52
salam hekim ...men sperma analizi vermek isteyirem ama mende masturbasiya zamani sperma gelmir , ama cinsi elagede olanda sperma gelmeyinde problem yoxdu men nece analiz verim belke penisim 11 sm olduquna gore sperma masturbasiya zamini gelmir ??
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 05:35
Salam Dagectan. Penisin ölçülərinin, spermanın gəlib-gəlməməsinə, aidiyyatı yoxdur. Spermoqramma yalnız, masturbasiya yolu ilə verilir. Uğurlar.
hasan | 21 Aprel 2013 07:14
salam hekim men xarice sperma az ifraz edirem bu usaqin olmasina tesiri olarmi
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 05:32
Salam Hasan. Bəli, təsiri ola bilər, amma dəqiqləşdirmək üçün, spermoqramma analizini verin, öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Uğurlar.
kerem | 21 Aprel 2013 06:39
SALAM,HEKIM PROSTATITIN TAM SAGALMASI MUMKUNDUR?
Dr.Orxan Agabəyov | 22 Aprel 2013 05:30
Salam Kerem. Prostatit effektiv müalicə olunur, amma ildə 2 dəfə, profilaktik kurslar keçmək, məsləhətdir. Uğurlar.
Orxan | 20 Aprel 2013 17:45
Saam Orxan hekim bagislayin yene sizi narahat etdim men hormonlarla bagli yazmisdim boyun ve bedenenin inkisafi ile bagli.hekim nece yasa kimi bu mualiceni etmek olar? menim 20 yasim var..
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 05:53
Salam Orxan. 20 yaşdan sonra boy artımı adətən olmur. Amma əzələ kütləsinin artımı hər yaşda mümkündür. Uğurlar.
Rafiq | 20 Aprel 2013 17:17
Salam xais komek edin penisin bas hissesinde kapilyarlar partlayib ama indi qara noqte lekeleri qalib uzun muddetdiki getmir ne meslehet gorerdiz? bele bir krem varma surtum aparsin? tsk
Dr.Orxan Agabəyov | 21 Aprel 2013 06:03
Salam Rafiq. Ola bilər, Sizdə hansısa dermatoloji xəstəlik var(bunu dəqiq baxış zamanı bilmək olar). Əgər doğrudanda ləkələr, damarların partlaması nəticəsində yaranıb, heç bir krem vurmaq lazım deyil. Uğurlar.