mayor | 22 Aprel 2013 18:51
salam həkim öncədən sizə belə bir şərait yaratdığınıza görə təşəkkür edirəm. sizə sualım belədir; kunilinqus hər hansı xəstəliyə səbəb ola bilərmi?
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:29
Salam Mayor. Oral seks zamanı, cinsi infeksiyalarla yoluxma riski var, amma yüksək deyil. Uğurlar.
Elmin | 22 Aprel 2013 18:43
Salam Hekim. Prostatitin 100 %lik mualicesi varmi? Yoxsa , sadece mueyyen qeder naliyet elde oluna biler ve yaxud sadece daha da boyumesinin qarsisini almaq olar. Tesekkur edirem.
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:25
Salam Elmin. Prostatit effektiv müalicə olunur, amma ildə 2 dəfə profilaktik kurslar keçmək, məqsədəuyğundur. Uğurlar.
Nemat | 22 Aprel 2013 16:01
Həkim salam. Manda USM nəticəsində prostat vəzində 5mm və xırda kalçenatlar olduğu müəyənləşdi. Hakim sualım belədi kalçenatları yox etmək olarmı? Yoxsa bu daim orada qalacaq böyüyəcəkmi. 5 ay müalicə götürdüm yaxşılaşma oldu amma kalçenatlar da artıb. Bu yəqinki məndə yenidən ağırlaşmalar yaradacaq? Cavab üçün Əvvəlcədən minətdarlığımı bildirirəm.
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:22
Salam Nemat. Prostat vəzidə olan kalsinatlar, müalicə olunmur. Müalicənin əsas məqsədi, kalsinatların böyüməməsinə nail olmaq və prostat vəzidə sağlam toxumanı, qorumaqdır. Əgər prostat vəzidə, sağlam zonalar azalırsa, müəyyən problemlər yarana bilər. Uğurlar.
L-nur | 22 Aprel 2013 15:32
hekim bagislayin nece yeni hansisa xesteliyin elametidir? heckesnen elaqede olmamisam axi, sidikdeki iltihabin olmasindan ola biler? yoxsa ciddi nesedi?
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:17
Xəstəlik dedikdə, mütləq cinsi yolla keçən infeksiya nəzərdə tutulmur. Səpgilərin, sidikdəki iltihaba aidiyyatı yoxdur. Uğurlar.
ziya | 22 Aprel 2013 10:37
salam, bazar gunleri gelib muayineden kecmek olar? bazar gunleri klinikanizda laboratoriyalar da isleyir? muayineye ac qarina gelmek lazimdi? sagolun
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:13
Salam Ziya. Bazar günləri, müayinələr aparılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ramal | 22 Aprel 2013 09:11
Salam doktor. 34 yaşım var. Keçən həftə spermoqramma analizi verdim. Sperma sayı minimal normadan artıqdır, amma, spermin aktivliyi 48 faizdir. Ən əsası isə cəld irəli hərəkətlilik faizi minimal 25 yerinə 12-dir. Faizi qaldırmaq üçün nə eləməliyəm? Bu uşaq olmasına problem yaradır yeqin ki. Bir də cinsəl həvəsim əvvəlki dövrlərlə müqayisədə azlıb. Bu problemleri aradan qaldırmaq mümkündür mü? Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:07
Salam Ramal. Spermoqrammada, hərəkətlilik faizlərinin aşağı düşməsi, cinsiyyət sistemində hansısa problemlərin olmasından xəbər verir. Bu problemlər aşkarlanıb, müalicə olunsa, göstəricilər qalxacaq. Ola bilər, eyni səbəblərdən, cinsi həvəssizlik də yaranıb. Bu problemlərin, müalicəsi var. Uğurlar.
Cavansir | 22 Aprel 2013 08:32
salam hekim,Insallah yaxsisiz..hekim size mualiceyle bagli meslehetim var,demeli men prostatiden mualicew olunuram,uje 2 gundu,ama ehtirasli oyanmada agrilar verir mene penis,ele ilk gunde gece yatarken oz ozume bowaldim,bowalmanin mualiceye nese bir pis tesiri ola bilermi,dediyim kimi ehtirasli kinoya baxarken pensiimde biraz hiss edireemm ele bilki oyanmah istemir bax bele,ne meslehet gorerdiz hekim xahiw edirem etrafli melumat vererdiz
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 07:05
Salam Cavnsir. Penisdəki ağrılarırın, prostatitə aidiyyatı yoxdur. Boşalmanın müalicəyə təsiri yoxdur. Uğurlar.
Elmar | 22 Aprel 2013 07:54
Salam Hekim. Men cinsi yolla infeksiya kecirdmisdim. Mualice olundum. Xvamidiya, ureoplazma, mikoplazma ve yaxmanin umumi analizin verdim temiz cixdi. Uziden kecdim her sey normal oldu. 4 ay sonra tekrar muyene olundum xroniki prostat.
Prostatda boyume cixdi. Qan analizi psa-1.04 olmusdu. Mualice oldum. Tekrar getdim hekime sidik analizi ve uzi etdirdi ve dedi her sey normaldi ve 5mm deyisiklik hemise qalacaq.
Mende ise cinsi zeiflik ve hevessizlik yaranib. Axirinci
Qebul etdiyim dermanlar.. Oc os, pa fe, md.
Ne meslehet gorursuz.
Tesekkurler
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 06:57
Salam Elmar. Cinsi zəifliyin səbəbləri, mütləq cinsi infeksiyalar və ya prostatitlə bağlı deyil. Ola bilər, Sizdə hormonal disbalans var, ola bilər psixoloji səbəblər var. Hər halda yalnız iltihabı aradan qaldırmala, cinsi zəiflik aradan qalzmır. Uğurlar.
feride | 22 Aprel 2013 05:58
Hekim salam. hamileliyin 7-ci heftesinde qanda RUBELLA IG - 12, HERPES SİMPLEX IIG - 17,44, SİTOMEQALOVİRUS G - 38, SİTOMEQALOVİRUS M - 11,470, TOKSOPLAZMOZ G - 15,7, LİSTERİOZ - 13,4 çıxdı. qeyd edim ki, dol inkişafdan qalmishdi. sizce bu neticeler dolun inkishafdan qalmasina sebeb ola biler?
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 06:54
Salam Feride. Bu infeksiyalar, hamiləliyin gedişatını poza bilən infeksiyalardı və səbəb ola bilər. Amma dəqiq, yalnız qinekoloq deyə bilər. Uğurlar.
Farid Ns | 21 Aprel 2013 19:25
Salam...Hekim birdeki mende prastat agrisi sol terefdedir. ve penisimde sol terefe eyilir..buna sebeb ne ola biler? yeni penisin eyilmeyine sebeb prastatdi yoxsa bawqa sebebleri olur? Tewekkur edirem...
Dr.Orxan Agabəyov | 23 Aprel 2013 06:51
Salam Farid Ns. Bu prosesslər, bir-biri ilə bağlı deyil. Penisin əyilməsi, ya anadangəlmə olur, yada sonradan travma nəticəsində yarana bilər. Uğurlar.