ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Isgender | 24 Aprel 2013 10:08
Zdrastvuyte,menya ochen silno bespokoit bistraya samoizverjenie.Ya ochen rad chto etot sayt nashel.i ochen budu rad esli vi pomojete.ya xochu eto toje skazat chtobi vi znali chto delat.Mne v Apteke predlojili tabletku S I ona toje ne pomogla.Chto mne delat?
Dr.Orxan Agabəyov | 25 Aprel 2013 06:39
Здраствуйте İsgender. Причинами преждевременного семяизвержения могут быть разнообразные причины - гиперчувствительность кожи полового члена, воспалительный процесс в половой системе, психологические причины. Выяснив причины, можно назначит эффективное лечение. Удачи.
Elman | 24 Aprel 2013 06:39
Salam doktor.menim 26 yasim var.men cinsi elaqede olanda tez qurtariram ve bu meni narahat edir.sizce buna sebeb ne ola biler?
Dr.Orxan Agabəyov | 25 Aprel 2013 06:34
Salam Elman. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Cavid | 23 Aprel 2013 16:25
Salam Doktor. 23 yawim var. Men 3 ildi Cinsi Elaqede olmuram. Amma, Mastrubasiya edirem. Bowalma Cox Tez baw verir. Hardasa 2 Deqiqeye. Bu o Demekdir ki, Cinsi Elaqe zamani da Bowalma Bele tez olacaq?
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:55
Salam Cavid. Bunu nəzəri cəhətdən demək olmaz. Belə bir ehtimal var, amma yalnız cinsi əlaqənin(mastubasiyanın yox) müddətinin az olması, erkən boşalma problemi sayılır. Uğurlar.
L-nur | 23 Aprel 2013 13:56
hekim suallari cavabladiginiz ucun tesekkur edirem, son bir sualim olacag, muayine olunmah lazimdir mutleq? Ve neden baslamag lazimdir? Bu sepgiler deye bilersiz texminen hansi xesteliklerin elametidir? Indide tesekkurler
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:53
Siz yazmışdız ki, müayinə olunmusuz. Ən əsas, müalicə olunmaq, məqsədəuyğundur. Səpgiləri görməmiş, heçnə demək olmaz. Uğurlar.
Ismayil_M | 23 Aprel 2013 13:18
Salam Həkim. Öncədən sizə təşəkkür eliyirəm belə bir şəraitə görə. Mən cinsi əlaqəyə girə bilmirəm. Cinsi orqanım tam durmur boş vəziyyətdə olur. Bunun üçün nəsə dərman var? bele ehtiras normaldı.Mene bir sey yazin. Cox xahis eliyirem
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:49
Salam İsmayil_M. Bu problemin, orqanik və psixoloji səbəbləri ola bilər  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Farid Ns | 23 Aprel 2013 11:50
Salam hekim bagiwdiyin sizide narahat edirem ama bu sual meni cox maraqlandirir...penis eyrisini duzeltmek nece mumkundur ? bunun cinsi zeiflemeye tesiri ola bilermi? ne qeder maddiyat tewkil edir...Tewekkur edirem
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 06:42
Salam Farid Ns. Adətən penis əyriliyi,   cərrahi yolla(əməliyyat) ilə müalicə olunur. Penis əyriliyi, cinsi zəifliyə səbəb ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elmar | 23 Aprel 2013 09:45
Salam. Cox saqolun cavab ucun. Tewekkur edirem. Evvel demisdim amma bir sey var ki, her gece sexle mesqul oluram. Bir qadinla 2 defeden artiq ola bilmirem. Amma hemin vaxt bawqa biri ile de eyni sayda ola bilirem ancaq bir qadinla 2 defeden artiq alinmir. Evvel bele deyildim. Bu neyin elameti sayilir?
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:46
Salam Elmar. Hər halda potensiya güclü olarsa, belə problemlər olmaz. Bu problem daha çox psixologiya ilə bağlıdır. Uğurlar.
Camal | 23 Aprel 2013 08:57
Salam həkim mən pivə içəndən sonra cinsi əlaqədə olanda penisim göynəyir o nədən ola bilər?
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:35
Salam Camal. Çox güman ki, Sizdə sidik kanalında iltihab var(uretrit). Cinsi infeksiyaları yoxlamaq, məqsədəuyğundur. Uğurlar.
Tebriz | 23 Aprel 2013 08:38
Salam hekim bagwda narahat edirem .cinsiyet organini nece uzatmaq yogunlatmaq olar ,tebi yola hansi yemek ve ya hansi idman buna komek eder
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:32
Salam Tebriz. Heç bir təbii vasitə ilə, penisin ölçülərini artırmaq mümkün deyil. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Rovshan Abilov | 23 Aprel 2013 08:28
salam Bir sualim var : 1-ci dereceli varikoseli cerrahiye emeliyeti olmadan sagala biler , ya mutleg emeliyyat olmalidi? Onceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 24 Aprel 2013 05:28
Salam Rovshan. Birinci dərəcəli varikoseledə, adətən əməliyyat aparılmır. Əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa, müalicəyə ehtiyac yoxdur. Uğurlar.