Elcin | 25 Aprel 2013 15:42
Салам Др Орхан сизе суалым варкасел генишленме иле баглыды ,,мен билмек истейиремки онун муаличеси емелиятсыз мумкунду?бу даха чох ушагын олма себебине тесир еде билер?сперманын фаизини олдурдуйуну билирем амма мен там дегигликле емин ола билмиремки о буна себеб тореде билер я йох
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:21
Salam Elcin. Variosele, kişi sonsuzluğunun ən rast gəlinən səbəblərindən biridir. Varikosele, spermanın keyfiyyətini aşağı salır. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsi və spermoqramma analizindən keçmək, məsləhətdir. Uğurlar.
Qasim | 25 Aprel 2013 13:03
Doktor salam men spermagrama testi vermek isteyirem dogru ve duzgun harani meslehet gorersiz.
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:15
Salam Qasım. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
aattaa | 25 Aprel 2013 10:31
salam hekim men 32 yasm var cinsi eleqede olarken tez qurtariram .1 defeden artq olamram. mulice ucun nece eleqe saxlamaq olar
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:11
Salam Aattaa. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Rəhim | 25 Aprel 2013 09:23
Həkim salam! Səhər durub tualetə çıxanda sidik kanalımdan irinli mayenin gəldiyini gördüm. Gedib həkimə müraciət etmədən laboratoriyada yaxmadan və sidikdən analiz verdim. Analizdə трихомониаз çıxdı. Sonra həkimə getdim. Həkim mənə 2 dənə Ц (iynə) vurdu və Д (1x3), Т (2x3) tabletlərini yazdı. Evdə dərmanları həkimin dediyi qaydada qəbul etdikdən (günorta və axşam) sonra səhər yenə sidik kanalında irinli maye görsəndi. Hətta gün ərzində penisin uc hissəsində qıcıqlanmalar hiss edirəm. Hansı ki, analiz verənədək belə simptomlar hiss olunmurdu? Sualım belədir:
1. трихомониаз zamanı iynə vacibdirmi?
2. həkimin yazdığı tabletlərin təsir gücü zəifdirmi?
3. ümumiyyətlə, siz hansı müalicə üsulunu məsləhət görərdiniz? çünki getdiyim həkimin yazdığı müalicəyə şübhə ilə yanaşıram. bu gün ona zəng edib vurdğu iynənin nəticəsi barədə bildirəndə, mənə başqa iynə vurdurmağı məsləhət gördü. açığı, özümü sınaq meydançası kimi hiss etdim...
Əvvəlcədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:03
Salam Rəhim. 1. Trixomoniaz xəstəliyində, adətən iynə(yazdığınız preparat) istifadə olunmur. 2. Başqa həkimin müalicəsinə(güclü və ya zəif olmasına) rəy bildirmək, etik cəhətdən, düzgün deyil. 3. Mənə müraciət etmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə əlaqə saxlayın. Uğurlar.
Gulnare | 25 Aprel 2013 06:36
Salam doktor.Men 3ildilki erdeyem,cinsi elaqe zamani bowalmiram,ehtiraslana bilimirem.Mene komek edersiz?
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 04:56
Salam Gulnare. Anorqazmiyanın(boşalmanın olmaması), həm psixoloji həmdə orqanik(hormonal) səbəbləri ola bilər. Birdə elə qadınlar var ki, ümumiyyətlə vaqinal orqazm yaşaya bilmirlər, yalnız klitorun stimulyasiyası nəticəsində, boşalma olur(klitoral orqazm). Birdə ola bilər ki, yoldaşınızda erkən boşalma var, və cinsi əlaqənin müddəti qısa olduğundan, Sizdə orqazm olmur. Hər halda, dəqiq səbəblər araşdırıldıqdan sonra, müalicə təyin etmək olar. Uğurlar.
anonim | 24 Aprel 2013 21:50
salam hekim men oglanla oldum 1ci defe... 1ci defe olandan sonra qan geldi, ustunde 40 deq sonra yene olduq yene geldi, sonra 30 deq sonra yene olduq yene de qan geldi... bu normaldi ? uje 3 gun kecib ustunden..yene olsam yene eyni wey olacaq?
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 04:50
Salam Anonim. Qanaxmanın olması, normaya uyğundur, bir həftə fasilə versəz, təkrarlanmayacaq(və ya getdikcə azlacaq). Uğurlar.
Anar | 24 Aprel 2013 15:18
Salam həkim men 4 ildi evlenmişəm amma helede uşağım olmur həkimlər deyir ki sendendir. men ne edə bilərəm ikansa mənim dərdimə əlac edin
Dr.Orxan Agabəyov | 25 Aprel 2013 07:06
Salam Anar. Siz spermoqramma vermisiz? Göstəricilər necədi? Nəticələri yazın, çalışaram Sizə kömək edim. Uğurlar.
ramile | 24 Aprel 2013 11:35
salam hekim uzinin cavabi sag xaya inkisafdan qalib maye azalib onun malicesi varmi tek xaya ile ata ola bilermi .
Dr.Orxan Agabəyov | 25 Aprel 2013 06:59
Salam Ramile. Bir xaya ilə, ata olmaq olar, amma spermanın göstəricilərinin zəif olma ehtimalı var. Birinci növbədə, spermoqramma analizi verin və göstəriciləri norma ilə, müqayisə edin. Əgər göstəricilər, normadan aşağı olarsa - müalicə lazım olacaq. Uğurlar.
Arif | 24 Aprel 2013 10:35
salam Həkim. 15 yaşım var, həftədə 3-4 dəfə mastubrasiya edirəm. bunun gələcəyimə və ya spermanın miqdarı və keyfiyyətinə bir ziyanı varmı? cavablandırsanız gözəl olar. öncədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 25 Aprel 2013 06:57
Salam Arif. Masturbasiyanın, spermanın miqdarına və keyfiyyətinə, heç bir aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Tofik | 24 Aprel 2013 10:24
Salam doktor. Prostatimda bir az boyume var. Qarshisini nece almaq olar ?
Dr.Orxan Agabəyov | 25 Aprel 2013 06:44
Salam Tofik. Əgər prostatit varsa, müalicə kursu keçmək məsləhətdir. Müntəzəm cinsi həyat yaşayın, idmanla məşğul olun və soyuqdəymədən özünüzü qoruyun. Uğurlar.