mamed | 27 Aprel 2013 15:57
hekim salam. bilmek isterdim ki, tez-tez cinsi elaqede olanda spermanin keyfiyyeti yaxshi olur, ya gec-gec olanda?
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 06:32
Salam Mamed. Cinsi həyatın ritminin, spermanın keyfiyyətinə birbaşa təsiri yoxdur. Əgər hamiləlik planlaşdırılırsa, günaşırı(və ya iki gündən bir) cinsi əlaqədə olmaq, məsləhət görülür. Uğurlar.
Anonim | 27 Aprel 2013 10:16
Salam,həkim.
23 yaşım var. Məndə tez boşalma problemi yaşayıram,hətta 1 dəqiqədən belə tez .2-ci 3-cü dəfələrdə də bu problemi yaşayıram.Vaxt eliyib yanınıza müayinəyə gələcəm. Mənə hələlik əks təsiri olmuyan sprey ya maz nə tövsiyə edə bilərsiz?
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 06:21
Salam Anonim. Maz və ya spreylər, bu problemi həll etmir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
farid | 27 Aprel 2013 08:01
salam hekim menim bir prablenim var menim xayamda wis var birde cinsi elaqede olanan sanra xayam axriyir onun qorxusu var mumkundurse bir meslehet verin
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:44
Salam Farid. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Yaqo | 27 Aprel 2013 02:13
Salam doktor mende zob emeliyyatından xayalarda kiçilme hiss edirem sperma ifrazı yaxşıdı ama bu veziyyet menim pisxalogiyama çox pis tesir edir bu kiçilme ne qeder davam eder ve sonu nedir???Cavablandırsaz sevinerem..
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:28
Salam Yaqo. Kiçilmə, çox güman ki hormonal pozğunluq nəticəsində yaranıb və pozğunluq aradan qaldırılsa, kiçilmə prosessi dayanar. Birinci növbədə hormonları yoxlamaq, məsləhətdir. Birdə spermoqramma analizi vermək, məsləhətdir(xayalar kiçilibsə, spermanın yaranmasıda zəifləyir). Uğurlar.
Ferid | 26 Aprel 2013 15:47
hekim salam.kavernozometriya ve ya kavernozoqrafiya testlerini kecmek olarmi?onceden tesekkur
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:36
Salam Ferid. Adətən bu metodikalar, ivaziv olduğundan, ilkin diaqnostikada istifadə olunmur. Həmdə, hətta venalarda problem təsdiqlənərsə, aparılan əməliyyatlar çox vaxt effektiv olmur. Amma birinci növbədə, başqa səbəblər yoxlanmalıdır. Uğurlar.
Elvin | 26 Aprel 2013 10:32
Salam.Bilmek isteyirem ki, masturbasiyanin tez-tez edilmesi gelecekde konkret hansi xesteliklere sebeb olur?
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:25
Salam Elvin. Müxtəlif problemlər ola bilər - boşalmanın gecikməsi, cinsi əlaqə zamanlı ereksiyanın itməsi, ereksiyanın yaranmasının çətinləşməsi və s. Uğurlar.
Silent | 25 Aprel 2013 21:01
Izvinite doktor za vopros, jenshina s kotoroy ya vstrecayus yey 43 qoda, mı vstrecalis s ney 5 mesyacev. V nacale nashix otnosheniy ot odnoqo prikosnoveniya ona trepetala, poyavlyalas pılkoye jelaniye, no v posledneye vremya ona stala xolodnoy i ravnodushnoy na moi laski, ctobı ya ne delal, kak bı ya yeye ne laskal ona ostayetsya bescuvstvennoy i ne vozbujdayetsya. Cto vı mojete posovetovat, zaraneye blaqodaryu.
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:16
Здраствуйте Sİlent. Смените обстановку, еще лучше встречайтесь в разных местах. А также поменяйте позы в которых чаще занимались сексом. Проблема также может быть связана с организмом женщины. Удачи.
Guler | 25 Aprel 2013 20:15
Salam hekim.. Menim 19 yawim var. 4 aydi evliyem., (uzir istiyirem) cinsi elage zamani vajinamda deywetli daralma olur. 1 ci defe olmur daralma ama 2ci defe daralma olur. O derecede olurki yoldawim gucnen salir vajinaya.. Bu neden emele gele biler? Indiden tewekkurler.. Yenede uzir istiyirem..
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:25
Salam Guler. Ola bilər ki, ikinci dəfə, Sizdə ehtiraslanma olmadığı(və ya az olduğundan), bu problem yaranır. Bu halda, cinsi əlaqədən öncə, preludiya statiyasını(nəvazişlər) biraz uzatmaq, məsləhət görülür. Birdə lubrikantlardan(sürtgünü azaltmaq üçün kremlər - smazka), istifadə edin. Uğurlar.
ceka | 25 Aprel 2013 17:09
xayalarin balaca olmaginin prablemi var.onceden tewekkurler
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:18
Salam Ceka. Bəli, xayaların kiçik olması, spermanın yaranmasının zəif olmasından xəbər verir. Amma dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsi və spermoqramma analizindən keçmək, məsləhətdir. Uğurlar.
Sahin Quluzadeh | 25 Aprel 2013 16:02
salam.menim 14 yawim var.her gun boshaliram.her gun sperm atiram.bunun neye ziyani ve xeyiri var?
Dr.Orxan Agabəyov | 26 Aprel 2013 05:13
Salam Sahin. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.