ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Namik | 26 Oktyabr 2014 15:34
Salam hekim Baqisliyin narahat edirem yoldasimin bedeninde ziyilebenzer sepkiler olur butun gunu qasinma olur ammaki sepkiler yerdeyismekle yox olur basqa yerden cixir dodaqi gozunun alti sisir elebilki ari vurub biraz aradan sonra yox olur.Xahis ediremki komek edesiniz.Evvelceden tesekkurler Genceden Namik
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:09
Salam Namik. Bu sualı dermatoloqa(dəri həkimi) verməyiniz daha düzgün olar. Uğurlar.
nicat | 26 Oktyabr 2014 10:03
salam doktor uzun muddetdir cinsi zeiflikden mualice aliram spermoqramma analizinde her bir gostericiler normaldir sadece Aqlutinasiya 3-5-dir.birde morfoloji qurulusda norma 4-dur ama mende 2-cixib bu ovladin olmamagina sebebdirmi? 5-ildirki aileliyem ovladim yoxdur xahis edirem cavablandirin
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:09
Salam Nicat. Spermoqrammanın göstəricilərinin yaxşı və ya pis olması, cinsi zəiflik probleminə aidiyyatı yoxdur, bu göstəricilər yalnız kişinin mayalandırma qabiliyyətini göstərir. Cinsi zəifliyin müxtəlif - orqanik və psixoloji səbəbləri ola bilər. Morfoloji normal spermotozoidlərin normadan az olması, hamiləliyin yaranmamasına səbəb ola bilər. Problemlərin səbəbləri dəqiq məlum olsa, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
l-im | 26 Oktyabr 2014 07:02
salam doktor.men iki defe varikosel emeliyyati kecirmiwem.indi xayalarda qawinma ve xirda et xallari meni narahat edir.bu her hansi virusla baglidi yoxsa yene varikoz?uwaq vaxti svinka da kecirmiwem.indiden minnetdaram.
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:09
Salam İ-im. Xeyr, bu varikoselenin əlaməti deyil. Çox güman ki, cinsi yolla keçən infeksiya olan - papillomavirusun əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Gülü | 26 Oktyabr 2014 00:12
Salam hekim. Men nişanlımla yaxınlıq edirem, ama tam elaqede olmuruq. Özümüzü tuturuq. Özümüzü saxlamagımızın bir ziyanı varmı?
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:12
Salam Gülü. Əgər kişidə ereksiya(sərtlik) yaranırsa, amma bu proses boşalma ilə bitmirsə -  bu kişi cinsi sağlamlığı üçüz zərərlidir. Uğurlar.
Sebuhi | 25 Oktyabr 2014 20:35
Salam hervaxtiniz xeyir doxtur bağışlayın narahat etdiyime göre Cinsi orqanim yaxşı durmur iki il evvel bele bir sey yox idi son iki il erzinde bu yaranib Ve birde cox tez bosaliram 3. 5deqiqeye ne edim komeyliy edin.saqolun,
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:10
Salam Sebuhi. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nəriman | 25 Oktyabr 2014 17:22
Salam Həkim Axşaminiz Xeyir ! Dr.Orxan Bəy Mən Sizə 1 necə Sual Vermek İsdərdim Dr.Orxan Menim 17 yaşim var men 1ci defe qiznan cinsi əlaqəyə girəndə qoruyucusuz oldum xestelik kece biler ? amma mende axinti zad yoxdu Sayib Oxuduqunuz Ucun Təşəkkur Dr.Orxan
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:10
Salam Nəriman. Bəli, nəzəri cəhətdən belə bir ehtimal var. Əgər bu Sizi narahat edirsə, cinsi infeksiyaları yoxlayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nihat | 25 Oktyabr 2014 11:20
Salam hekim menim 22 yasim var mende son 5 ayda cinsi zeiflik musahide olunur xaya ve cinsi orqan nahiyesinde keskin agrilarim olur. cinsi oyanma zamani sunnetimde yapiwqan maye halinda damci axintisi olur. sizden artiq derecede xahiw edirem mene komek olun. sualimi cavablandirin.
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:10
Salam Nihat. Cinsi zəifliyin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mehpare | 25 Oktyabr 2014 06:41
Salam hekim menim yoldasim herbicidi ,3ildi evliyik 2usagimiz var amma...1aydan coxduki zeiflik hiss edirem ele bil tam oyanmir organi. Yazda da olmusdu bele ama cox cekmedi duzeldi. Ama indi yene hrleki cekir. Bu neden olar? Bele bir soz esitmisemki cox saqqatdamaq damar genislenmesi olur. Bu duzdurmu? Tebii yolla ne etmek olar? Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:10
Salam Mehpare. Damar genişlənməsinin ümumiyyətlə cinsi zəifiliyə aidiyyatı yoxdur. Səbəblər fərqli ola bilər, misal üçün hərbçilərdə iş, stressli iş sayılır və bu stresslərin nəticəsi kimi, potensiyanın zəifləməsi yarana bilər. Hər halda səbəbləri dəqiqləşdirib, düzgün müalicə taktikası təyin etmək olar. Hər hansı xəstəlikdə(o cümlədən cinsi zəiflikdə) təbii yollarala müalicə, xəstəlik inkişaf etməmişdən effekt verə bilər. Əgər xəstəliyin əlamətləri artıq özünü göstərirsə, müalicə mütəxəssis tərəfindən aparılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Azer | 25 Oktyabr 2014 06:27
Salam hekim.Bagislayin sizi narahat edirem.Hekim cinsi elaqeye girmek isteyirem ancaq cinsiyyetim durmur.Bir iki aydir beleyem.O ne ile elaqedar ola biler?Ozum aciq urek emeliyyeti kecirmisem artiq 8aydir.Onurga sutunundanda emeliyyat olunmusam 2009-cu ilde.Onceden tesekkurler.
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:10
Salam Azer. Həm keirdiyiniz onurğa əməliyyatı həmdə fərqli səbəblərdən bu problem yarana bilər. Hər halda əgər bu problem narahat edirsə, səbəbləri dəqiqləşdirib - müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zeka | 24 Oktyabr 2014 08:39
Salam hekim, hekim menim 26 yashim var, Mende cinsi istek cox yuksek oldugu halda cinsi elaqe zamani ereksiya problemlerim olur, ereksiya pozgunlugu problemi sadece (uzr isteyirem) yataga girib cinsi elaqeye girmek isteyen zamani baw verir, son 6 cehdden yalniz 2-sinde ugurlu olub ki bu da qarwi terefin boyuk seyleri neticesinde, bu problemin helli mumkundurmu? birde acigi, hekime muracietden cekinirem
Dr.Orxan Agabəyov | 27 Oktyabr 2014 06:11
Salam Zeka. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.