ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Cavid | 29 Aprel 2013 10:47
Salam Doktor. Cinsi Potensiyanin hemiwe guclu olmasi ucun Neler meslehet gorerdiz? Hemiwe, Ozumu Cinsi Elaqede Guclu hiss etmek ucun. Hemcinin, Spermanin da Cox Olmasi ucun
Dr.Orxan Agabəyov | 30 Aprel 2013 06:37
Salam Cavid. Əsas prinsip, potensiyanı zəiflədən faktorlaedan uzaq olmaqdı. Potensiyanı gücləndirmək üçün tövsiyyələri, saytda, potensiyanın gücləndirilməsi məqaləsində oxuya bilərsiz. Uğurlar.
Resad | 28 Aprel 2013 20:17
salam hekim..deyirler K-U tozu cinsi zeifliyi aradan qaldirir..onun istifadese necedir hec bir ziyani eks gosterishi varmi??
Dr.Orxan Agabəyov | 30 Aprel 2013 06:34
Salam Resad. Bu tip vasitələr, cinsi zəifliyin müalicəsində istifadə olunmur. Uğurlar.
Tural | 28 Aprel 2013 19:02
salam doktor.menim 23 yasimvar 8 ay olarki men qizla cinsi elaqede olmaq isteyende menim penisim bosalir yeni olur mecburiyyet qarsidinda herdefe elaqede olmaqdan oteri kamaqra dermani atib soradan elaqede oluramki penisim bosalmasin doktor bu meni cox narahat edir hemde qizin yaninda pert oluram bu neden olar mualicesi varmi
Dr.Orxan Agabəyov | 29 Aprel 2013 05:26
Salam Tural. Bu problemin müxtəlif səbəbləri ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Perviz | 28 Aprel 2013 18:57
Salam hekim size bir sualım xahiş edirem tam olaraq cavablandırasız. Cinsi elaqenin vaxtını uzatmaq üçün keyleşdirici melhemden istifadeni bir zereri varmı hem mene hemde qarşı terefe. Birde hansı melhemi istifade etmey meslehetdir adnı yazardız.önceden teşekkür edirem
Dr.Orxan Agabəyov | 29 Aprel 2013 05:25
Salam Perviz. Məlhəmlər bu problemi həll etmir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
TEHRAN | 28 Aprel 2013 18:22
SALAM HEKIM..MEN ESEBIYEM,TEZ ESEBLEWIREM,BU CUR PSIXOLOJI PROBLEMLERI ARADAN QALDIRMAGA MENE MESLEHET VERIN NOLAR..ESEBILIK,PSIXOLOJI TESIRLER MENE CINSI ELAQEDE OLMAGA MANE OLUR..
Dr.Orxan Agabəyov | 29 Aprel 2013 05:29
Salam Tehran. İstirahətinizə biraz vaxt ayırın və müəyyən sakitləşdirici bitkilərdən istifadə edin. Amma cinsi zəiflik çox nadir hallarda yalnız əsəbiliklə bağlı olur, ola bilər Sizdə başqa (orqanik) problemlər olsun. Yalnız bu problemlər aşkarlanıb, müalicə olduqdan sonra, cinsi həyat normal olar. Uğurlar.
emin | 28 Aprel 2013 16:33
salam hekim bilmek olar mi sizde prastat ucun tok malicesi var ve onun mudeti ne qeder dir ve qiymeti
Dr.Orxan Agabəyov | 29 Aprel 2013 05:22
Salam Emin. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Orxan | 27 Aprel 2013 20:58
Salam DR , menim cinsiyet orqanimin etrafinda yeniki gobeyimden 10 sm ashaqida aciq qehveyi rengde yemru bir leke var o , neden ola biler . teshekkur
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 06:36
Salam Orxan. Ola bilər, göbələk infeksiyasıdır, amma dəqiq yalnız baxış zamanı təyin etmək olar. Uğurlar.
teymur | 27 Aprel 2013 19:44
salam hekim. men qizdirmali veziyetde qiznan oldum seheri belimde guclu agrilar oldu. hekime bildirmedim. ondan sonra bosalmam 34-45 deyqe cekir bu ne ola biler
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 06:42
Salam Teymur. Ola bilər, Sizdə prostat vəzidə iltihab(prostatit) yaranıb. Dəqiqləşdirmək üçün, prostat vəzinin USM-indən(UZİ) keçmək, məsləhətdir. Uğurlar
Maqa | 27 Aprel 2013 19:37
Salam hekim.Menim 30 yawim var hele evli deyilem varkaseldende emeliyyat olmuwam menim problemim evveller erken bowalma idi indide lap ciddilewib penisim tam berkimemiw uje bowaliram xahiw edirem mene etrafli bu haqqda yazasiz ne etmeliyem evvelceden minnatdaram
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:48
Salam Maqa. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Varikoselenin bu problemlərə aidiyyatı yoxdur. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Zahid | 27 Aprel 2013 19:13
Salam hekim.Cinsi orqanda damar geniwlenmesi ne olan weydir?zehmet olmasa qisaca aciqlamasini verediniz/Twk onceden
Dr.Orxan Agabəyov | 28 Aprel 2013 05:58
Salam Zahid. Xayalarda olan damar genişlənməsi, varikosele adlanır. Bu xəstəliyin əsas fəsadı, spermanın yaranmasının zəifləməsidir və varikosele, kişi sonsuzluğunun əsas səbəblərindəndir. Varikoslenin olub-olmamasını, xayaların doppler müayinəsindən keçib, öyrənmək olar. Uğurlar.