Saleh | 30 Aprel 2013 07:34
Salam həkim, bilmək istəyirdim ki, prostatı necə müalicə etmək olar ? Dərmanla, yaxud təbii bitkilərlə. Bu mümkündürmü?
Dr.Orxan Agabəyov | 1 May 2013 05:22
Salam Saleh. Bəli, mümkündür - prostat vəzinin xəstəliklərində, həm dərman preparatları həmdə bitki preparatlarından, istifadə olunur. Uğurlar.
gunay | 30 Aprel 2013 07:19
salam hekim mende vaginizim problemi var.bu problemi en tez ne qeder vaxta hell etmek olar.size muraciet ede bileremmi
Dr.Orxan Agabəyov | 1 May 2013 05:15
Salam Gunay. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 30 Aprel 2013 06:12
salam, doktor, kisi cinsi elaqede olanda neche saniye ve ya deqiqeye boshalmanin getmeyi normal qiymetlendirilir? ve yaxud problemlidise muddet ne qeder olur??? evvelceden minnetdaram
Dr.Orxan Agabəyov | 1 May 2013 05:11
Salam Anonim. Normal cinsi əlaqənin müddəti, ən azı 7 -8 dəqiqə çəkməlidir. Bu müddətdən tez boşalma olursa, erkən boşalma sayılır. Uğurlar.
Baris | 30 Aprel 2013 06:06
какие методы естественного укрепления мужской силы
Dr.Orxan Agabəyov | 1 May 2013 05:05
Здраствуйте Baris. О методах укрепления мужской силы можете прочитать на сайте, в статье - усиление потенции. Удачи.
rahil | 30 Aprel 2013 06:06
salam hekim . menim 27 yasim var son zamanlar men de cinsi elaqeye giren zaman heves olmur bu neden ola biler onceden tesekkur
Dr.Orxan Agabəyov | 1 May 2013 04:54
Salam Rahil. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Mirismayil | 30 Aprel 2013 04:57
Salam Doktor! Üzür isteyirəm mən hiss edirəm məndə nəsə yüngül xəstəlik var yaxmadan analiz verməkdən qorxuram bunu analizsiz kökündən necə müalicə edə bilərəm.
Dr.Orxan Agabəyov | 1 May 2013 04:51
Salam Mirismayil. Əgər yaxmanı, savadlı(əl qabiliyyəti olan) laborant götürürsə, heç bir ağrı və ya narahatçılıq olmur. Bir variantda var, cinsi infeksiyaları sidikdə yoxlamaq, amma ən yaxşı variant, yaxma analizidir. Uğurlar.
Omer | 30 Aprel 2013 01:17
Salam hekim, qinekomastiyanin mualicesi dermanlarnan olur yoxsa cerrahi mudaxile lazidmir?
Dr.Orxan Agabəyov | 1 May 2013 05:00
Salam Omer. Qinekomastiyanın müalicəsin həm cərrahi, həmdə konservativ (dərman preparatları istifadə edilir). Bu qinekomastiyanın yaranma səbəblərindən, inkişaf stadiyasından və s. asılıdır. Uğurlar.
Kamil | 29 Aprel 2013 21:25
Salam hekim menim bir problemim var meni cinsi elaqede olanda 2 3 deqeye bosalilar ne etsemde bu bele olur men ne etmeliyem ki bu biraz artsin sualima cavab verseniz minetdar olaram
Dr.Orxan Agabəyov | 30 Aprel 2013 06:40
Salam Kamil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Aywen | 29 Aprel 2013 20:24
Salam hekim. Men evliyem 19 yawim var.. Men cinsi elage zamani orqazm vaxti menen hecbir maye ifraz olunmur.. Vajinada deywetli doyuntuler olur bedenim tutulur ama hec bir maye olmur. Bu neden ola biler.. Birde bu hall menim ana olmagima mane olmazki? Indiden cox sagolun
Dr.Orxan Agabəyov | 30 Aprel 2013 07:10
Salam Aywen. Orqazm vaxtı, mayenin ifraz olunmaması, problem sayılmır(bu individual xüsusiyyət ola bilər). Və hamilə qalmağa heç bir maneçilik törətmir. Uğurlar.
Ceyhun | 29 Aprel 2013 19:27
salam hekim, xahis edirem mene xaya artiminda kista haqqinda melumat veresiniz. Sag xayada küt agrilar sebebi ile hekime muraciyet etdim, hekim uzinin dopler cavabindan sonra bezi dermanlar ve iyne yazdi mene..mualicenin xeyri oldu.agrilar tamamile getdi. Ama elimle kiseye toxundugumda yumru kicik bir seyin qaldigini hiss edirem. Ehtirasim evvelki kimi de deyil, bu mende cinsi zeyifliyin olmasina sebebdirmi? ne etmeliyem. Cox sagolun
Dr.Orxan Agabəyov | 30 Aprel 2013 07:05
Salam Ceyhun. Çox güman ki, Sizdə epididimit(xaya artımının iltihabı) olub. Əgər kistanın ölçüləri artmırsa, böyük problem olmaz. Cinsi zəifliyin başqa səbəblərdən yaranır və bu problemə, aidiyyatı yoxdur. Birinci növbədə spermoqramma verin birdə təkrar xayaların doppler müayinəsindən keçmək. məsləhətdir. Uğurlar.