ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
oqtay bakinskiy | 1 May 2013 07:00
salam aleykum 1. kisi cinsiyyet orqanindan spermanin gelib tokulme muddeti nece saniye ve ya deqiqe cekmelidi? bu neden asilidi? cinsiyyet orqanina masaj qullugundan, yoxsa sperma gelerse, gozlemekle ozu axib qurtaracaq, deqiq saniyesini yazsaz sad olaram? 2. cinsi elaqede olmaqla bosalan sperma ve ozun tek sperma atmaqla; bunun saglamliga gore ne ferqleri var? 3. 1 defe sperma atmaq nece saatdanbir ve ya gundenbir meslehetdi saglamliga gore?
Dr.Orxan Agabəyov | 2 May 2013 05:57
Salam Oqtay. 1. Normal cinsi əlaqənin müddəti, 7-8 dəqiqədir. Əgər boşalma daha az müddət çəkirsə, erkən boşalma problemi var. 2. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. 3. Belə normativlər, mövcud deyil. Uğurlar.
Anar | 1 May 2013 06:28
Salam hekim. Varikosel emeliyatinnan nece gun ve ya hefte sonra cinsi elaqede olmaq olar?
Dr.Orxan Agabəyov | 2 May 2013 05:27
Salam Anar. Varikosele əməliyyatından sonra 1 ay ərzində, cinsi əlaqədə olmaq, məsləhət görülümür. Uğurlar.
Asif | 1 May 2013 05:33
Çox sagolun!!! Teşekkurler!!! hörmətlə Asif Hekim birde bir sualim olacaq men dusunurem ki, evlenmemisden evvel her bir kisi ozunu muayine etdirmelidir. Menim sualim ondan ibarətdir ki, bu muayine ucun sizin klinikaya müraciet etmək istəyirəm. umümi məlumat üçün nə qədər pul xərcləməli olacam???
Dr.Orxan Agabəyov | 2 May 2013 05:26
Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
samiral | 30 Aprel 2013 21:12
salam. hekim yasim 28, muayyan sababa gora (qaldigim yere gora) bu yasa qadar cinsi elaqede olmamisam. Indiya kimi masturbasiya ile ozumu rahatlatmisam.Saglamligim tam yarindadir. Bilmak istayiram evlandikdan sonra bu manda hansisa bir problem yaradar mi...Tesekkurler.
Dr.Orxan Agabəyov | 2 May 2013 05:23
Salam Samiral. Cinsi həyata nə qədər tez başlasaz, bir o qədər yaxşı olar. O ki qaldı, masturbasiyaya - əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
EMil | 30 Aprel 2013 19:27
Salam hekim mende erken bosalma problemi var helli mumkundur?yani mualice effekt verer?yasim 25dir xahis cavablandirin.
Dr.Orxan Agabəyov | 1 May 2013 05:33
Salam Emil. Bəli, erkən boşalma probleminin effektiv müalicəsi, mümkündür. Uğurlar.
ulduz yehyayev | 30 Aprel 2013 16:59
salam hekim varesel idim emeliyat oldum iki ay olar indi men ne etmeliyem?men ne zaman tam saglam olaram malicede aliram
Dr.Orxan Agabəyov | 1 May 2013 05:35
Salam Ulduz. Müalicəni davam edin, adətən varikosele əməliyyatından sonra tam sağalma 6 ay çəkir. Birinci dəfə spermoqrammanı, əməliyyatdan 3 ay sonra yoxlayın. Uğurlar.
gul | 30 Aprel 2013 11:11
salam doktor 3 illik evliyem.elaqe zamani vajinada hec bir hiss gelmir.yeni elaqe zamani xos qiciqlanma olmur.bunun duzelmesi ucun hansi dermanlardan istifade ede bilerem.xais edirem derman adi yazin problem yasayiram
Dr.Orxan Agabəyov | 1 May 2013 05:45
Salam Gul.Bu problemdə, hansısa konkret dərman preparatı, istifadə olunmur.  Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən və cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
sayid | 30 Aprel 2013 09:46
Salam hekim menim 29 yasim var men eytiras olan zamani pensimden aq sire gelir birde birinci defe tez oluram (1-2deyqe)ikincini ise(15-20deyqeye)cekir bu neden ireli geler.
Dr.Orxan Agabəyov | 1 May 2013 05:29
Salam Sayid. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Asif | 30 Aprel 2013 09:36
Salam hekim. menim problemim ondan ibarətdir ki, mən hər hansi məndə ehtiras doğuran qizla ya opüşəndə, ya da intim münasibətə keçməmişdən qabaq yaxınlıq göstərəndə və ya adi telefonla danisdiqda bele çox ehtirasli söhbətlərdə öz-özünə penisdən şəffaf şirə (sperma) ifraz olunur.bu xəstəlikdir mi? ya yüksək həssaslıqdır? onu da qeyd etmək istərdim ki, çox ehtiraslı insanam...(evli deyiləm) zəhmət olmasa mənə ətraflı məlumat verin. əvvəlcədən minnətdarlığımı bildirirəm. uzr isteyirem unutmuşdum 26 yasim var. hörmətlə Asif...
Dr.Orxan Agabəyov | 1 May 2013 05:17
Salam Asif. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
tural | 30 Aprel 2013 09:24
slm,,mendede varda o prablem tez bowalma,,ancag dermannan oluram,,nece eliye bileremki vaxti uzadim,,cvb yazsaydi wad olardim
Dr.Orxan Agabəyov | 1 May 2013 04:57
Salam Tural. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.