ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
cingiz | 1 May 2013 16:58
salam hekim men 1gunde en azi qadinla 6 7defe oluram yorulmadan dayanmadan bunun1ziyani yoxdur normal elaqe gunde nece defe olmalidir
Dr.Orxan Agabəyov | 2 May 2013 07:22
Salam Cingiz. Bunun heç bir ziyanı yoxdur. Əgər özünüzü məcbur etmirsizsə, yəni rahat olursuzsa, bu ziyan deyil, sadəcə potensiyanın güclü olduğunu göstərir. Uğurlar.
Amil | 1 May 2013 16:09
Salam hekim menim 20 yasim var bilmirem mene ele gelir yoxsa heqiqeten eledi spermam duru kimidi yeni rengi aciqdi neden bele ola biler? Bu irelide usaqimin olmamasina getirib cixara biler?
Dr.Orxan Agabəyov | 2 May 2013 07:16
Salam Amil. Spermanın rənginin dəyişməsi və durulaşması, cinsiyyət sistemində iltihabi prosess nəticəsində yarana bilər. Birinci növbədə, spermanın keyfiyyətini yoxlamaq üçün, spermoqramma analizini verin. Əgər bütün göstəricilər, normaya uyğundursa, narahat olmayın. Uğurlar.
anonim | 1 May 2013 15:55
salam hekim men cinsi elaqede olanda tez bosaliram 2 ci defeye mende heves yaranmir.birde geceler 2 3 gunden bir yuxuda ecayib seylerden gorurem bosaliram.zehmet olmasa aciqlaya bilersiz nedendi bu hallar?yasim 23 dur.
Dr.Orxan Agabəyov | 2 May 2013 07:14
Salam Anonim. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Yuxuda boşalmalar səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Uğurlar.
Emil | 1 May 2013 11:05
erken bosalma mualicesi ne qeder cekir ve kime muraciet edim?is yeriviz haradi?
Dr.Orxan Agabəyov | 2 May 2013 06:27
Salam Emil. Erkən boşalmanın müalicəsi, adətən 1,5 - 2 ay çəkir. Qəbul, Nyu-med klinikasında aprılır, Həsən Əliyev küçəsi, 29(TQDK-nın yanı). Qəbul vaxtının dəiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Heska | 1 May 2013 10:19
Salam Orxan hekim . Mende ilk once sperma ifraz olunandan indiyedek (15) yawimdan spermanin icinde qeyri adi sheyler olur. Meselen: ele bil shaftalini soyduqdan sonra qalan letli hissesinin aciq sariya oxshar renginde hisseleri ise 0.5 - 1 sm uzunlugunda maddeler olur. bu indiye qeder mende var helede. qorxuram pis shey deyil goresen ? 26 Yasim var Subayam
Dr.Orxan Agabəyov | 2 May 2013 06:25
Salam Heska. Bu situasiyada, problemin olub-olmamasını bilmək üçün, spermoqramma analizini verin. Əgər bütün göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Tofik | 1 May 2013 10:10
Salam hekim. Tesedufu cinsi elaqede olmusam qorumasiz. 1 heftedir. axitma zad yoxdur. amma sidiye chixanda bir az yanma hissi olur, Qorxulu bir sey varmi ? Proflaktika ucun ne meslehet gorerdiniz ?
Dr.Orxan Agabəyov | 2 May 2013 06:22
Salam Tofik. Birinci növbədə, cinsi infeksiyaların olub-olmamasını yoxlamaq üçün, yaxmadan analiz vermək, məsləhətdir. Uğurlar.
Elnur | 1 May 2013 09:54
Salam hekim...bagislayin mende spermanin analizi zamani oligoastenozoospermiya askar olundu..bunun ucun men ne etmeliyem????cox sagolun evvelceden
Dr.Orxan Agabəyov | 2 May 2013 06:12
Salam Elnur. Cinsiyyət sistemini yoxlamaq lazımdır - hansı problem var ki - spermanın keyfiyyəti aşağıdır. Səbəblərini araşdırıb, müalicə kursu keçməyiniz, məsləhətdir. Uğurlar.
Cavid | 1 May 2013 09:53
Salam Doctor. Potensiyanin zeiflemesine sebebler ne ola biler?
Dr.Orxan Agabəyov | 2 May 2013 06:09
Salam Cavid. Potensiyanın zəifləməsinin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Uğurlar.
mahir. | 1 May 2013 09:46
salam hekim. 33 yasim var mende 5 aydi cinsi elaqede olanda 1 defeden artiq olmaq istemirem . hevesim olur
Dr.Orxan Agabəyov | 2 May 2013 06:07
Salam Mahir. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
resad | 1 May 2013 07:03
salam hekim bilirem size bu suallar cox verilib .mende bowalma 1ci 2ci hetda 3cu defe ardicil olursa bele cox tez zamanda baw verir men neylemeliyem
Dr.Orxan Agabəyov | 2 May 2013 06:02
Salam Resad. Sizdə erkən boşalma problemi var. Bu problemi aradan qaldırmaq üçün, effektiv mülicə metodları var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.