ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ibrahim | 2 May 2013 09:40
salam hekim uwaqin 7 yawi var xayalari normaldi cinsi orqani boyumur nazik 1 sm normal deyil meslehet tewekur
Dr.Orxan Agabəyov | 3 May 2013 05:37
Salam İbrahim. Uşaq uroloqunun konsultasiyasından keçmək məsləhətdir. Uğurlar.
anar | 2 May 2013 09:14
salam hekim.men 1ci ve 2ci defede tez bowaliram ama yorulmuram ve davamini isteyirem.tez bowalmamaqcun ne etmek lazimdi?hemde sperma tam guclu gelmir axan kimi olur.hemde sag xayam tez tez yuxari dartilir bunun sebebii aciqlamanizi isterdim.tewekkurler
Dr.Orxan Agabəyov | 3 May 2013 05:12
Salam Musa. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Xayanın yuxarı dartılması, ehtiraslanma ilə bağlı ola bilər, birdə ola bilər Sizdə kriptorxizm (xayaların kisəyə düşməməsi) var. Xayalarda problemlərin olub-olmamasını yoxlamaq üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
gul | 2 May 2013 06:55
salam doktor klitoral orqazmla vaqinal orqazm arasinda hansi ferq var?(hezz menada).birde cinsi elaqe zamani klitor cox as stimulyasiya olunsa orqazm olmamaq serti ile sonra cinsi elaqe zamani 1nece deqiqeye orqazm olursa bu vaqinal orqazm sayilir?
Dr.Orxan Agabəyov | 3 May 2013 07:25
Salam Gul. Klitoral orqazmla, vaqinal orqazmın arasında heç bir fərq yoxdur. Sizin suala birmənalı cavab vermək olmur, çox güman ki vaqinal orqazmdır. Uğurlar.
qulu | 2 May 2013 06:19
Salam həkim. Menim problemim penisimin ölçüsü ile bağlıdır. men hiss edirem ki, penisim balacadır. size de sualım bele olacaq ki, ele bir meyar var mı ki, onun uzunluğu nə qədər olmalıdır deye. 2-si de eger metodları varsa onu necə böyütmək olar?
Dr.Orxan Agabəyov | 3 May 2013 05:02
Salam Qulu. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
sahmar | 2 May 2013 06:16
salam doktor. ginekomastiyani nece mueyyen etmek olar? onun cinsi heyata tesiri varmi?
Dr.Orxan Agabəyov | 3 May 2013 05:33
Salam Sahmar. Qinekomastiya, adətən baxış zamanı təyin edilir. Bundan başqa, süd vəzinin USM-i və hormonların səviyyəsi yoxlanılır. Əgər hormonal balans pozulubsa, bu müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Uğurlar.
Ilqar | 1 May 2013 22:05
Hakim salam,siza sualim odurki,haftada,neca gun va neca dafa seksla masgul olmaq daha duzdu va normaldi?Manim 2 ailam var,bunu bilmak mana vacibdi,cavab versaniz siza minnatdar olaram.Hormatla Ilqar!
Dr.Orxan Agabəyov | 2 May 2013 07:40
Salam İlqar. 30 yaşından yuxarı olan kişilər üçün, həftədə 2-3 gün və hər dəfə 2 cinsi akt yaşamaq, normal cinsi həyat ritmi sayıllır. Uğurlar.
ibrahim | 1 May 2013 20:59
salam hekim men tez bowoliram 2defiye hazir olmuram meslehet vein tewekur
Dr.Orxan Agabəyov | 2 May 2013 07:33
Salam İbrahim. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
mine | 1 May 2013 20:19
Sakam hekim necesiz men bilmek isteyirdim ki kisi ve qadin cinsiyyet sistemine usaq olmaga umumiyyetle internetin telofonla cox danismagin ziyani varmi esas da usaga qalamaga indiden tsk
Dr.Orxan Agabəyov | 2 May 2013 07:36
Salam Mine. Telefon və ya noutbuk istifadə edən zaman yaranan şualanma, orqanizmə müəyyən ziyan verə bilər. Amma, hamilə qalmaq şanslarına, bu faktorların birbaşa aidiyyatı yoxdur. Uğurlar.
ediw | 1 May 2013 20:12
salam DR size bir sualim olacaq menim cinsiyyet orqanimin awaqi hissesinde yeni kisede bezen sizilti ve aqrilar olur ve bu meni narahat edir birde men xayalarima elimle baxdiqda saq xayamda tam yumru olmadiqini his edirem (yeni bir az uzunfasondu) xahiw edirem cvblandirardiz onceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 2 May 2013 07:21
Salam Ediw. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
xeyal | 1 May 2013 18:03
salam. hekim menim sualim, ilk bowalma 3 5 deq cekir ilkden 20 30 deq sonra ikinci defe ehtiraslana bilirem bu vaxti bowalma 45 deqiqeden cox cekir bunun bu qeder cox cekmesinde her hansisa problem var? 3cu ise hec cure mumkun olmur 1 2 saat kecsede
Dr.Orxan Agabəyov | 2 May 2013 07:27
Salam Xeyal. Sizdə, potensiyanın zəifləməsi halları var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  İkinci dəfə boşalmanın gecikməsi, birinci cinsi əlaqədən sonra cinsiyyət sisteminin tam bərpası baş vermədiyindən, irəli gəlir.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.