Elcin | 3 May 2013 12:42
Salam Həkim Mənim şikayyətim evveller tez tez əlaqedə olurdum amma inda olmaq istemirəm
Dr.Orxan Agabəyov | 4 May 2013 08:53
Salam Elcin. Sizdə, həm potensiyanın zəifləməsi halları var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
PUNHAN | 3 May 2013 12:37
salam hekim size sualim budur ki men tez bosaliram ne qederde olsam tez bosaliram en azi 5 defe oluram amma yene tez tez bosaliram amma bedenin enerjili olur zehmet olmasa mene cavab yazin
Dr.Orxan Agabəyov | 4 May 2013 08:50
Salam Punhan. Sizdə erkən boşalma problemi var. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
roma | 3 May 2013 11:39
Doktor salam.ailəmdən başqa sevdiyim qadınla 2 ay bunnan əvvələ qədər hər şey qaydasında olub.son vaxtlar tekce ona yaxınlaşanda beynimə girir və hecnə alınmır.əgər digərləri ilə hec bir problem yoxdursa bu nədən ola ola bilər?təşəkkür
Dr.Orxan Agabəyov | 4 May 2013 08:20
Salam Roma. Bu problemə, selektiv(seçici) erektil disfunksiya deyilir və sırf psixoloji səbəbləri var. Yəni hansısa qadın, kişi üçün digər partnyorlarda fərqlənirsə(məsələn daha əhəmiyyətlidir yada tənqidə meyllidir və s.) belə problemlər yaranır. Müalicədə əsasən rasional psixoterapiya və dərman preparatları istifadə olunur. Uğurlar.
ruslan | 3 May 2013 10:38
salam,doktur men 2 il evel cinsi yolla xesdeliye tutulmuwdum,menden maye ifraz olunurdu,sonra doktor derman yazdi ve axitma dayandi amma men dermanlari axira qeder icmedim,artiq 2 il kecib mende o xesdelikden nese qala biler?aile qurmaqa hazirlawiram bunun ucun mene maraqlidi?
Dr.Orxan Agabəyov | 4 May 2013 08:09
Salam Ruslan. Belə bir ehtimal ola bilər. Ən yaxşısı, toy qabağı analizlər paketindən keçıb(bu bütün kişilərə məsləhətdir), rahatlığla ailə qurmaq. Uğurlar.
resul | 3 May 2013 05:54
Salam
Erken bosalmanin sebebleri haqqinda qisa da olsa cvb yaza bilersiniz mi?
Hormetle
Dr.Orxan Agabəyov | 4 May 2013 08:01
Salam Resul. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
cemil | 3 May 2013 05:17
Salam hekim bilmek isterdim spermanin azligi cinsi zeifliyin elameti ola biler? Ve birde cox masturbasiya etmeyin bir ziyani varmi?.. Evvelceden teshekkurler
Dr.Orxan Agabəyov | 4 May 2013 08:02
Salam Cemil. Spermanın azlığı, cinsiyyət sistemində iltihabi prosessin əlaməti ola bilər. Cinsi zəiflik - ereksiyanın zəif olmasıdır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Anar | 2 May 2013 17:09
salam hekim size bele bir sualim olacaq mumkunse cavab vererdiniz? penisin boyumesi ucun ne etmek lazimdir? sag olun
Dr.Orxan Agabəyov | 3 May 2013 07:36
Salam Anar. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Shaka | 2 May 2013 16:56
Salam Hekim. Men seksle meshqul olmaq isteyende cinsi aletim tam berkimir ve tez boshaliram.Hekime getdim A-n s-r ve a-n dermanlarini mene yazdi ve bunlari qebul eledim. Demek olar ki, neticesini gormedim. Zehmet olmasa mene komeklik eleyesiniz. yash 33
Dr.Orxan Agabəyov | 3 May 2013 07:34
Salam Shaka. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Xose | 2 May 2013 11:10
Salam Doktor, Kisilerde normal bosalma vaxti nece deqiqe olur? Cox saolun
Dr.Orxan Agabəyov | 3 May 2013 05:43
Salam Xose. Normal cinsi əlaqənin minimum müddəti, 7-8 dəqiqə təşkil edir. Boşalma bu müddətdən tez baş verirsə, erkən boşalma problemi sayılır. Uğurlar.
nermin | 2 May 2013 10:35
hekim salam. hamileliyimin 7-ci heftesinde dol inkishafdan qaldi deye abort eletdiresi oldum. mende RUBELLA IG - 2, HERPES SİMPLEX IIG - 17,44, SİTOMEQALOVİRUS G - 38, SİTOMEQALOVİRUS M - 11,470, TOKSOPLAZMOZ G - 15,7, LİSTERİOZ 13,4 çıxdi. sidik analizinde ise ureoplasma. sizce bunlardan daha cox hansi dolun inkishafdan qalmasina sebeb ola biler?
Dr.Orxan Agabəyov | 3 May 2013 07:29
Salam Nermin. Yazdığınız infeksiyalar, TORCH infeksiyalara aiddir və hər biri dölün inkişafına təsir edir. Həmdə ki, müəyyənləşdirməyin mənası yoxdur - bu infeksiyaların müalicəsi eyni dərman preparatları və prosedurlarla aparılır. Uğurlar.