ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
dilsuz | 4 May 2013 09:54
salam Man aila quranda yoxlanmadim aila qurdum 2 ildi bir dafa yoldasim hamila qaldi ondada 2 aydan sonra usaq inkisafdan qaldi?indida usaga qalmir
Dr.Orxan Agabəyov | 5 May 2013 05:48
Salam Dilsuz. Bu problemlərdə, kişi faktorunun olub-olmamasını öyrənmək üçün, birinci növbədə spermoqramma analizi vermək məsləhətdir. Əgər göstəriciləriniz, normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Ramin | 4 May 2013 09:15
Salam hekim men 2 defe cinsi elaqede oluram sonra olmaq istemirem heves o,mur 21 yasim var.buna gore mende nese problem ola biler ya normal haldi?
Dr.Orxan Agabəyov | 5 May 2013 05:37
Salam Ramin. Əslində bu normal haldı, narahat olmayın. Uğurlar.
ferhad | 4 May 2013 09:13
salam doktor men son bir heftede hec kimle cinsi elaqede olmamisham ama bu gun seher duranda gordum ki sidiye cixanda yandirir sora sixdim cirk kimi qati maye cixir sari rengde mene ne ola biler 3 il bundan oncede trixonomoz xestelenmishdim ama mualicani sona qeder chatdirmamishdim
Dr.Orxan Agabəyov | 5 May 2013 05:40
Salam Ferhad. Elə cinsi infeksiyalar var ki, bir həftəyə deyil, daha  uzun müddətdən sonra özünü göstərir. Hər halda dəqiq, yalnız analizlərdən sonra bilmək olar. Uğurlar.
fuad | 4 May 2013 07:25
Zdrastvuyte doktor.mne 25 qoda.u menya vse bilo krome intimnoqo akta.i skoro u menya svadba.u menya vse v poryatke na skolka ya znayu,sportam zanimayus,ne pyu,ne kryu.ya xo4u uznat,u menya budet problemi posle svadbi?Blaqadaryu.
Dr.Orxan Agabəyov | 5 May 2013 05:30
Здраствуте Fuad. Отсутствие сексуального опыта может привести к определенным проблемам, но необъязательно. Желательно также сдать спермограмму и определить все ли в порядке. Удачи.
Ramin | 4 May 2013 07:08
Salam Orxan həkim.Sizin işlərinizdə uğurlar arzulayıram. Mənim sualım belədir. Məndə herpes virusu var.bu bur dəfə özünü göstərib,üz nahiyəsində.Bundan sonra müalicə almışam və bu virusun ölüb ölmədiyini deyə bilmirəm,çünki bildiyimə görə bu virus ölsə də bədəndə qalır.Bir də bu yaxınlarda analiz vermişdim nəcisdən (çoxlu sayda maya göbələyi çıxdı).İndi penisdə qaşıntılar var,həmişə olmur.Hərdən olur hərdən yox.Dərinin səthində qaşıntılar olur və qızarır(dərinin sıyrılması kimi) bəzən də qaşıntıdan sonra yəni(üzür istəyirəm qaşıyandan sonra) dəri qızarır,sıyrılır və şişkin olur.Bunlar məni çox narahat edir.Sizdən xahiş edirəm ki,bu məsələlərlə bağlı mənə bir məsləhət verəsiniz. Bir də həkim,ikinci sualım isə xayanın birində xırda kista var.Bunun da mənim həyatıma və eyni zamanda cinsəl həyatıma nə dərəcədə mənfi təsiri olduğunu və müalicəsinin hansi istiqamətlərdə aparmağın məsləhət olduğunu əsirgəməməyinizi sizdən xahiş edirəm. Öncədən sizə təşəkkürlərimi və sayqılarımı çatdırıram.
Dr.Orxan Agabəyov | 5 May 2013 05:17
Salam Ramin.  Əgər herpes virusu, dodaqda olubsa, bu cinsiyyət sistemində olan genital herpes deyil. Qaşıntıların və gızartının səbəbləri müxtəlif ola bilər - baxış zamanı təyin etmək olar. Xayada olan kista böyük problem sayılmır, sadəcə ölçülərin dinamikasını izləmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
aslan | 4 May 2013 06:51
salam hekim. ormadi isteyirem cinsi elaqeni gec qurtarim ne edim/ umumiyyetle ne qeder vaxtda qurtarmaq normaldı?
Dr.Orxan Agabəyov | 5 May 2013 05:11
Salam Aslan. Normal cinsi əlaqənin müddəti, 7-8 dəqiqə təşkil edir. Boşalma bu müddətdən tez olursa, erkən boşalma problemi var. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ceyhun | 4 May 2013 06:35
Salam.Cinsi elaqede olan zaman tez bosaliram.Bu ne ile elaqedardi ve nece etmek olar ki,gec bosalim? Cinsi orqani boyutmek ucun neynemek lazimdi?Mualicesi ne qeder davam edir?ne qeder xerci var texmini?birde gec bosalmaq ucun derman varmi atasan gec bosalasan?
Dr.Orxan Agabəyov | 5 May 2013 05:07
Salam Ceyhun. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar.  Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
sebine | 3 May 2013 16:26
Salam,doktor.yoldashimda spermanin faizi sifir faizdi.2 ayliq mualice ile 15%e qalxib.Yeniden mualice goturse men ushaga qala bileremmi?
Dr.Orxan Agabəyov | 4 May 2013 09:02
Salam Sebine. Əgər artım davam etsə, hamilə qala bilərsiz. Əsas göstəricilər, 1ml-də spermotozoidlərin sayı(norma - 15 milyondan çox) və aktiv hərəkətlilərin faizi - 32 % -dən çox olmalıdır. Uğurlar.
metleb | 3 May 2013 16:24
Salam hekim.1 hefte evvel xayamla qicimin kesisdiyi yerde qrija yarandigini gordum.isin pis terefi her 2 terefde var.evveller bele bir sey olmayib.duzunu desem cox qorxdum.teze-teze yox,amma indi sag ayagimi qaldiranda biraz agri verir.agir fiziki islede mesgul olmamisam.19 yasim var,hec vaxt elaqede olmamisam.durdugum yerde nece yarana biler?bunu nece yox etmek olar?Bes sonra normal heyata davam ede bilerem.idmana, islemeye.bes ata ola bileremmi?xahis edirem bu haqda biraz danisasiniz.Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 4 May 2013 09:24
Salam Metleb. Yirtiqın(grıjanın) yalnız cərrahi müalicəsi var(əməliyyat). Əgər əməliyyat düzgün aparılarsa, normal həyata qayıda biləcəksiniz. Uğurlar.
anonim | 3 May 2013 14:22
salam hekim mende bir problem var.penisim hedden artiq boyukdu hansi qadina yaxinlassam qacir hemde ozumde hezz ala bilmirem.nece etmek olarki bu problem yasanmasin.uzunluq 27 sm dir.
Dr.Orxan Agabəyov | 4 May 2013 09:21
Salam Anonim. Cinsi orqanın ölçülərini əməliyyat vasitəsilə azaltmaq olar, amma bu tip əməliyyatlarda müxtəlif ağırlaşmalar ola bilər. Uğurlar.