ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anar | 5 May 2013 11:35
salam hekim.varukasel emeliyatindan nece gun sonra masin surmek olar?Varukasel emeliyatindan sonra testesteron qalxma ehtimali varmi?varukasel emeliyatindan sonra ilk gunler gunde nece saat gezmek lazimdi?
Dr.Orxan Agabəyov | 6 May 2013 19:17
Salam Anar. Adətən varikosele əməliyyatından sonra, 7-10 gün ərzində məhdudiyyətlər olur(konkret rəqəmlər yoxdur, sadəcə özünüzü ağırlığa salmayın). Bu əməliyyatın, testosteronun səviyyəsinə birbaşa aidiyyatı yoxdur. Uğurlar.
Ruslan musayev | 5 May 2013 11:02
salam doktor. menim problemim cinsi elaqede oluram 1 defa 2 cini ola bilmirem olsamda cox gec olur zeyiflik hissi olunur ancak olmak isteyirem men alinmir. mene komek edin neden ola biler? nece edim belki yoxlanmak lazimdir?
Dr.Orxan Agabəyov | 6 May 2013 19:04
Salam Ruslan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Akif | 5 May 2013 09:25
Salam həkim mən 5-6 gün cinsi əlaqədə olmayan müddətdən sonra,böyük bayıra gedən zaman həm cinsiyyət üzvümdən həm də gücənərkəın anal dəliyindən sperma axır.Xahiş edirəm buna aydınlıq gətirəsiniz.qabaqcadan sizə öz minnətdarlığımı bildirirəm.
Dr.Orxan Agabəyov | 6 May 2013 18:59
Salam Akif. Çox güman ki, Sizdə prostat vəzinin iltihabı(prostatit) var. Dəqiqləşdirmək üçün, prostat vəzinin USM-i (UZİ)  məsləhətdir. Uğurlar.
aytac | 5 May 2013 08:41
salam doktor.1 aya yaxindi toyumuz olub. 1 1mizi cox sevib evlenmiwik. lakin hele de munasibetde ola bilmemiwik. yoldawim niwanli vaxti cox ehtirasli idi ama toydan sora ehtiras hissi yoxdu. istediyi kimi durmur. her 2miz cox eziyyet cekirik. xahiw edirem bize yol gosterin. qebulunuza duwmeye ehtiyac varsa tezlikle duwek. bu cox ciddi problemdi? caresi var yoxsa omur boyu davam edecek. sualimi cavablandirsaniz cox memnun olaram. tewekkurler
Dr.Orxan Agabəyov | 6 May 2013 18:53
Salam Aytac. Bu problem adətən, psixoloji səbəblərdən yaranır. Bu problemin həllində həm dərman preparatları, həmdə rasional psixoterapiya istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nermin | 4 May 2013 21:07
salam hekim menim erim 5 aydan coxdu ki menimle elaqede olmur.istemir.yatir.cox soyuq munasibetdeyik geceler.ne edim
Dr.Orxan Agabəyov | 6 May 2013 18:50
Salam Nermin. Ola bilər, Sizin yoldaşınızda hansısa cinsi problem var. Hər halda, bu mövzuda söhbət edib, həkimə müraciyət etməyi, məsləhət görə bilərsiz. Uğurlar.
gunay | 4 May 2013 20:38
hekim salam. menim toyum 17 /03/2013 de olub. indi de 4 heftelik ahamileyem. amma bu gune qeder men orqazm yasamamısam.(yeni lezzeti hiss elememisem) bu belemi olacaq hemise yoxsa mende beledir?
Dr.Orxan Agabəyov | 6 May 2013 18:47
Salam Gunay. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Birdə ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Ola bilər ki, doğuşdan sonra, bu situasiya düzəlsin. Uğurlar.
samir | 4 May 2013 20:33
Salam hekim.liqomentamiya emeliyyati olunsa onun nese ziyani olar?bes bu emeliyyatdan mueyyen muddet sonra yeniden etmek lazim gelir?misal ucun adice. qadinlar adice silikon qoyduranda mueyyen muuddet sonra yeni emeliyyatla teze silikon qoyurlar..bu emeliyyatdada beledir???? netde yazilib ki extenderle max 6 cm kimi uzatmaq olur(2ilmuddetde).bu ne derecede duzdu??
Dr.Orxan Agabəyov | 6 May 2013 18:43
Salam Samir. Bu əməliyyat bir dəfə edilir, təkrarlamağa ehtiyac olmur. Ekstenderlə maksimum 1,5-2 sm əldə etmək olar. Uğurlar.
mahir memmedli | 4 May 2013 18:01
salam hekim men cinsi eleqede olanda tez qurtariram memun qalmiram ve 2 nci admda memun olmur nece ete bileremki gec qurtarim ve mende 2 sexsde memun olsun mene komek edin.
Dr.Orxan Agabəyov | 5 May 2013 08:33
Salam Mahir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Muxa | 4 May 2013 15:29
Salam, doktor menim penisimdə (üst hissəsində) axır zamanlarda damarların sayı çoxalıb,meselen 4-5 aydı hiss edirem ki,evvelki aylara nisbeten damarların sayı çoxalıb.Bu nə ilə bağlı ola biler?
Dr.Orxan Agabəyov | 5 May 2013 08:37
Salam Muxa. Ola bilər, Sizdə penisin damarlarının varikoz genişlənməsi yaranıb. Əgər Sizi narahat etmirsə(və daha da çoxalmırsa), müalicəyə ehtiyac yoxdur. Uğurlar.
Perviz | 4 May 2013 13:27
Salam doktor ilk dönce evvel verdiyim suala cavab verdiyniz üçün size minnatdaram. Daha bir sualım var xahiş edirem cavanlandırardız. Saytda potensiyanın güclendirimesi üçün müeyyen quru meyve ve baldan istifade etmekle günde iki defe qebul etmey lazım geldiyini yazmısız. Bilmey isterdim bunu yemekden once ve ya yemekden sonramı etme lazımdır? Birde doktor menim pensim çox hessasdır hessaslıqı nece azaltmaq olar? Bununcun müeyyen melhemler var ancaq oların zereri olub olmadıqnı bilmey isterdim.Önceden teşşekür edirem.
Dr.Orxan Agabəyov | 5 May 2013 08:26
Salam Perviz. Bu tip qidaları, əsas yeməkdən əvvəl qəbul etmək, məsləhətdir. Erkən boşalma probleminin birdəfəlik həlli üçün,  müalicə lazımdır, kremlər bu problemi həll etmir. Uğurlar.