ƏTRAFLI MƏLUMAT
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.
Mən, həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.
Hörmətlə, Dr. Orxan Ağabəyov
Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ramil | 6 May 2013 14:20
Salam hekim 18 yasim var cinsi orqanimda eyrilik var bunun sebebini bilmek isterdim
Dr.Orxan Agabəyov | 7 May 2013 05:24
Salam Ramil. Penisin əyriliyi, Peyroni xəstəliyi, penisin travmaları nəticəsində və anadangəlmə ola bilər. Uğurlar.
Ruslan | 6 May 2013 13:27
salam hekim
liqamentotomiya nechiye basha gelir və ekstenderlərin bunu qiymeti nechiye basha geliri.birde hekim bu insan ucun ziyan deyil ki,
Dr.Orxan Agabəyov | 7 May 2013 05:12
Salam Ruslan. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Nermin | 6 May 2013 12:12
hekim bir daha salam. Bagishlayin, aprelin 8-de - 6-ci heftede dol inkishafdan qaldi deye abort eletdiresi oldum. sonra analizler neticesinde bezi infeksiyalar ashkarlandi. bir muddetden sonra onlarin mualicesine bashlayacam. bilmek isterdim ki abortdan ne qeder sonra qoruyucu ile ya da qoruyucusuz elaqede olmaq olar? bu dovrde cinsi elaqenin ziyani varmi? zehmet olmasa etrafli cavablandirardiniz. evvelceden teshekkur edirem.
Dr.Orxan Agabəyov | 7 May 2013 05:31
Salam Nermin. Abortdan sonra 3 həftə ərzində, cinsi əlaqə olmaz. Ən yaxşısı isə, ilk menstruasiyadan(aybaşı) sonra cinsi həyata başlamaqdır. Sonrakı 6 ay ərzində, prezervativlərdən istifadə etmək, məqsədəuyğundur. Uğurlar.
anonim | 6 May 2013 09:18
Salam menim sualim erken bosalma ile elaqedardir penisimin basi cox hessasdir ona gore de tez bosaliram bezen tabletkadan istifade edirem cox az komek elir bunun mualicesi mumkundurmu mumkundurse bahalidirmi indiden her seye gore tesekkur edirem isinizde ugurlar
Dr.Orxan Agabəyov | 6 May 2013 19:39
Salam Anonim. Bəli, erkən boşalma probleminin effektiv müalicə metodları var. Qiymətlər münasibdir, daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Terlan | 6 May 2013 09:04
salam doktor.bir sualim var.varikoselenin tez bosalmaya tesiri varmi?varsa nece tesiri var?
Dr.Orxan Agabəyov | 6 May 2013 19:35
Salam Terlan. Varikoselenin, erkən boşalma probleminə heç bir aidiyyatı yoxdur. Uğurlar.
Aygün | 6 May 2013 06:25
Salam men cinsi elaqede olanda cox gec boşaliram ve boşalmaq ücün özümü cox sixiram buna sebeb ne ola biler cox vaxt uğursuz alinir
Dr.Orxan Agabəyov | 6 May 2013 19:44
Salam Aygün. Bu Sizin individual xüsusiyyətiniz ola bilər, yəni orqazma çatmaq müddəti hər qadında fərqlidir. Eyni zamanda, orqazma çatmaq, psixoloji durumdan asılıdır - çalışın cinsi əlaqə vaxtı orqazm(nəticə) haqqında fikirləşməyəsiz, prosessdən zövq alın. Uğurlar.
orxan | 6 May 2013 06:21
evvela salam hekim menim sag xayamda kicik findiq boyda bir wiw emele gelib ancaq onunla elaeder hec bir narahatciliq hiss elamirem bu ne ola birer neyese ziyan vera bilermi
Dr.Orxan Agabəyov | 6 May 2013 19:31
Salam Orxan. Bu problemi dəqiqləşdirmək üçün, mütləq xayaların doppler müayinəsindən keçmək lazımdır(ola bilər, kistadı). Xayada olan problemlər, spermoqrammanın göstəricilərini aşağı sala bilər. Uğurlar.
Elsen | 5 May 2013 21:09
salam həkim. Həkim məndə cinsi əlaqə zamanı tez boşalma olur. ikinci dəfəyə isə umumiyyətlə həvəs olmur. İkinci dəfəyə masturbasiya ilə hazirlaşanda cinsi orqan tam hazir olmamiş boşalma olur. xais edirem bunun müalicəsinin olub olmamasıni deyerdiz. Qabaqcadan təsəkkurlər
Dr.Orxan Agabəyov | 6 May 2013 19:12
Salam Elsen. Bəli, bu problemlərin effektiv müalicə metodları mövcuddur. Uğurlar.
azer | 5 May 2013 16:22
Salam hekim varikoselden emeliyat olunan biri ucun spayk olma tehlukesi var?
Dr.Orxan Agabəyov | 6 May 2013 19:10
Salam Azer. Əgər əməliyyat düzgün aparılıbsa, adətən heç bir problem olmur. Uğurlar.
elcan | 5 May 2013 14:33
salam, doktor cinsiyyet orqanini hansisa bir usulla yekeltmek olar? mene cox maraqlidir.olarsa sizinle e;aqe saxliyaram,minnetdaram.
Dr.Orxan Agabəyov | 6 May 2013 19:08
Salam Elcan. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.