ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
orxan | 7 May 2013 18:44
salam həkim . men bilmek istiyirem cinsi orqani uzatmaq ucun sadece dermanan istifade etmekle olar? sonraki xeyatimda problem ola biler?
Dr.Orxan Agabəyov | 8 May 2013 04:59
Salam Orxan. Heç bir dərman preparatı, cinsi orqanın ölçülərini artırmır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Elmeddin | 7 May 2013 17:44
salam hekim.........men cinsi elaqede olanda tez boshaliram amma elede olur ki,gec qutariram 2-defe olmaqa hevesim qalmir qutarandada sperma cixanda yaxshi meni qiciqlandirmir,birde ele olur ki,birinen olanda bashqasini fikirleshirem sizin meshlehetinize ehtiyacim var..........teshekkurler
Dr.Orxan Agabəyov | 8 May 2013 05:08
Salam Elmeddin. Cinsi əlaqə zamanı, partnyoru deyil, başqa qadını fikirləşmək, problem sayılımır, sadəcə partnyorun Sizi  o qədərdə ehtiraslandırmadığını göstərir. Amma Sizdə cinsiyyət sistemində müəyyən problemlər var. Hər birinində müxtəlif səbəbləri var. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
nura | 7 May 2013 15:35
salam doktor oncelikle uzr isteyirem mende cinsi munasibet zamani gec orqazim olur hecde hemiwe ugrlu netice alinmir birinciden sonrada bagiwlayin quruma baw verir ehtras qalmir 2 ci bezen yarimciq bezende ugursuz sona catr.
Dr.Orxan Agabəyov | 8 May 2013 16:39
Salam Nura. Orqazmın gec olması, Sizin individual xüsusiyyətiniz ola bilər. Birinci növbədə, cinsi əlaqələrin arasında fasiləni biraz artırın. Birdə ola bilər, müəyyən hormonal problemlər var, dəqiqləşdirmək məsləhətdir. Uğurlar.
ayka | 7 May 2013 12:53
salam doktor cisi munasibetde soyuqluq var heves yoxdu buda yoldashimla menim aramda boyuk soz sohbete sebeb olur artiq uzun muddetdi beledi 5 il olar mene meslehetiniz 37yashim var
Dr.Orxan Agabəyov | 8 May 2013 13:17
Salam Ayka. Bu problemlər həm psixoloji həmdə orqanik(hormonal) səbəblərdən yarana bilər. Səbəbləri dəqiqləşdirin və müalicə kursu keçin. Uğurlar.
sadiq | 7 May 2013 09:45
Salam Həkim, 36 yaşım var. 1.Cinsi əlaqdə 2 gündə bir dəfə olanda ikincidəfə cinsi əlaqədə olmaq istəmirəm., Cinsi istəyim olsada alət yaxşı oyanmır. 2.Nədənsə hərdən hər gün cinsi əlaqədə oluram. Bəzən isə 7-8 gün istəyim olmur. Səhər-səhər daha çox istəyim olur axşamlar yoruluram.
Dr.Orxan Agabəyov | 8 May 2013 04:51
Salam Sadiq. 1. Ola bilər potensiya zəifləyib, amma bu hal, mütləq hansısa problemlərdən xəbər vermir, ola bilər potensiya zəifləyib, sadəcə çalışın fasiləni bir gün deyil iki gün edəsiz. 2. Bu tamamilə normaldır. Uğurlar.
Samir | 7 May 2013 09:42
Salam. Birinci defe uchun erektsiya ve ya evakulyasiya problemi olmur amma ikinci, uchuncu defeler uchun son zamanlar bir az problemler var. erketsiya emel gelse de evakulyasiya olmadan yox olur. Bunun ne ile bagli oldugunu sorushmaq isterdim. Hem bir de Ushaqliqda fiziki zede neticesinde, sag teref xayami chixariblar. Bir Xayanin olmasinin erektsiyaya men bildiyim qederi ile tesiri olmamalidi amma yene de siz aydinliq verses chox minnetdar olaram. Teshekkurler.
Dr.Orxan Agabəyov | 8 May 2013 04:49
Salam Samir. Xayanın çıxarılması, ereksiya problemlərinə birbaşa aidiyyatı yoxdur. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Resad | 7 May 2013 06:22
Salam Doktor Orxan muellim .... menim 21 yasim var.. men heleki, subayam.. amma bir nece defe qizla cinsi elaqede olmuwam her wey normaldi..ancaq doktor menim cinsi hevesim heddinden artiq cox yuksekdi...gunde 3-4 defe cinsi elaqede oluram....xaiw edirem cavablandirin bu mende qorxuludu ya yox...
Dr.Orxan Agabəyov | 8 May 2013 04:41
Salam Resad. Yəgin ki, Siz masturbasiyanı nəzərdə tutursuz. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Əgər söhbət normal cinsi əlaqədən gedirsə, bunun heç bir ziyanı yoxdur. Uğurlar.
anonim | 7 May 2013 04:22
Salam menim oğlumun avqust ayında 16 yaşı tamam olacaq , ancaq onun nə üz nə də qoltuq nahiyəsində tüklənmə prossesi başlamayıb hələ vaxtı deyilmi, çox narahatam ki, gələcəkdə nə isə bir problem ilə üzləşə bilərik.Mümkunsə məlumat verin..Əvvəlcədən təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 8 May 2013 04:28
Salam Anonim. Ola bilər, bu individual xüsusiyyət olsun, yəni elə oğlanlar var ki, bu prosess onlarda biraz gec olur. Eyni zamanda, müəyyən hormonal pozğunluq nəticəsində də, belə problemlər ola bilər. Hər halda, əgər şübhələriniz varsa, yoxlanmaq məsləhətdir. Uğurlar.
Osman | 7 May 2013 04:14
Salamun Aleykum 1.Həkim məndə bir çox səhərlər boşalmalar olur. bunun qarşısın necə ala bilərəm? 2.İndiyə kimi cinsi əlaqədə olammışam bunun gələcəkdə mənə mənfi təsiri ola bilərmi? təşəkkürlər
Dr.Orxan Agabəyov | 8 May 2013 04:22
Salam Osman. 1. Özü-özünə boşalmaların səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. 2. Nə qədər cinsi həyata tez başlasaz, bir o qədər ehtimal çoxdur ki,  problem olmayacaq. Uğurlar.
isimxan | 6 May 2013 16:38
salam hekim. mende cinisi zeyiflik var mene qoyulan diaqnoz xroniki prostat ve qadina yaxinlasma qorxusu var dediler ve 2-3 defe mualice gorturmusem hemde butun kursu basa vupmusam prostati masajla birge ama komeyi deymeyib sizden xayisim mene meslehet veresiniz
Dr.Orxan Agabəyov | 7 May 2013 05:08
Salam İsimxan. Əgər orqanik səbəblər(prostatit) müalicə olunubsa, deməli cinsi əlaqənin uğurlu keçməsinə mane olan, psixoloji faktorlardı. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.